Heyvan Gözlərindəki Müxtəliflik

Balıqlar su altında, quşlar isə uçarkən onlara görmə imkanı verən göz quruluşlarına malikdirlər. Bunlar kimi digər canlıların da göz quruluşları ehtiyaclarına görə yaradılmışdır. Bu, doğru dəyərləndirdikdə insana çox şey qazandıracaq məlumatdır. Göz kimi qarışıq və mürəkkəb quruluşda olan bir orqanın müxtəlif xüsusiyyətlərə malik hər canlıda öz-özünə olmayacağı aydındır. Bununla bağlı nümunələri araşdıran, ağıl və vicdanla düşünən hər insan canlıların yaradıldıqları həqiqətini dərhal anlayacaq. Aşağıda verilən nümunələr bu həqiqəti düşünmək üçün bir yoldur.

Quşlar insanlardan daha sürətli görmə gücünə malikdir və daha geniş sahəni çox aydın görə bilirlər. Bir quş insanın hissə-hissə görərək qavradığı bir çox görüntünü bir baxışda bütövlüklə görə bilir. Bu ov ovlayarkən böyük üstünlükdür. Bəzi quşların gözləri insanla müqayisədə 6 qat uzağı görür.İnsan üçün gözünü qırpdıqda ortaya çıxan anlıq görüntü itkisi çox da mühüm deyil. Ancaq yüzlərlə metr yüksəklində, böyük sürətlə uçan bir quş üçün belə xüsusiyyət mühüm problem yarada bilər. Bu səbəbdən quşlar gözlərini qırparkən heç vaxt görüntülərində fasilə yaranmır. Çünki quşun göz qırpma pərdəsi adlanan üçüncü göz qapağı var. Bu qapaq şəffafdır və gözün bir tərəfindən digərinə hərəkət edir. Beləliklə, quşlar gözlərini tamamilə yummadan qırpa bilirlər. Suya baş vuran quşlarda isə bu pərdə dalğıc eynəyi funksiyasını yerinə yetirir və gözə zərər gəlməsinin qarşısını alır.

Başqa bir nümunə kimi lazımi müdafiəni təmin edən xüsusiyyətlərə malik olan dəvə gözlərini göstərmək olar. Gözlərin ətrafındakı bərk sümüklər zərbələrə qarşı gözü qoruduqları kimi, günəş şüalarından da mühafizə edirlər. Olduqca güclü qum fırtınaları belə dəvənin gözlərinə zərər vermir. Çünki kirpikləri bir-birinin içinə keçən quruluşa malikdir və hər hansı bir təhlükə olduqda avtomatik örtülür. Beləliklə, heyvanın gözünə ən xırda toz belə girmir.

Balıqların gözləri isə dünyaya şəffaf örtük arxasından baxır. Bu pərdə dalğıcların sualtı eynəklərini xatırladır. Kürəşəkilli və bərk olan göz quruluşları yaxın plandakı cisimləri görür. Balığın gözünün kürəşəkilli olmasının başqa bir səbəbi isə işığın suda sınmasıdır. Göz, demək olar ki, su ilə eyni qatılığa malik maye ilə dolu olduğundan kənardakı görüntülər gözdə əks olunarkən sınmır. Bunun nəticəsində göz bəbəyi kənardakı cismin görüntüsünü tor qişa üzərində tamamilə fokuslayır və balıq, insanın əksinə, suyun içində son dərəcə aydın görür.

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)