Archive for » April, 2010 «

Biomimetika: Təbiətdəki Texnologiyaların Təqlidi

Hal-hazırda Yer kürəsinin ən mühüm problemlərindən biri qlobal istiləşmə və ekoloji tarazlıqların pozulmasıdır. Bunları nəzərə alaraq elm dünyası insanların diqqətini təbiətin və canlıların qorunmasına çəkməyə çalışmaqdadır. Milyonlarla il ərzində təbiətdəki ekoloji tarazlıqlar çərçivəsində yaşayan milyardlarla canlı, sahib olduqları texnologiyalar sayəsində həm həyatlarını davam etdirir, həm də təbiətə və ekoloji tarazlıqlara zərər vermirlər. Təbiətdəki dizaynlar ən az məmulat və enerjidən istifadə edərək maksimum səmərə verir, öz-özlərini təmir edə bilir, yenidən istehsala qayıdırlar. Eləcə də təbiət dostu olmaları, səssiz işləmə prinsipi, estetik, dayanıqlı və uzun ömürlü olmaları baxımından sənaye texnologiyasına nümunə təşkil edirlər. Amma insan əli ilə istehsal olunan texnologiyalar təbiətdəki hazır texnologiyalardan fərqlənir. Bu fərq yeni bir elm sahəsi olan Biomimetikanı doğurmuşdur.

Biomimetika insanların təbiətdə olan sistemləri təqlid edərək əldə etdikləri maddələrin, alətlərin, mexanizm və sistemlərin bütününü ifadə edən termindir. Təbiətdəki dizaynlardan nümunə götürərək əldə edilən alətlərə xüsusilə nanotexnologiya, robot texnologiyası, süni intellekt (AI), tibbi sənaye və hərbi təchizat və s. sahələrdə ehtiyac var. Biomimetika təbiətdəki modelləri araşdıran, sonra da bu dizaynları təqlid edərək və ya bunlardan ilham alaraq insanların problemlərini həll etməyi məqsədinə çevirmiş yeni elm sahəsidir.

“Biomimikri” kitabının müəllifi Cenin M. Benyus  təbiətdəki mükəmməl sistemlərin, modellərin təqlid edilməsinin vacibliyini nümunələrlə belə izah edir: davamı »

120 kq Qaldıra Bilən Kərtənkələ

Geko (Gecko) kərtənkələsinin ayağının altında setae adlandırılan milyonlarla tükcük var. Bu tükcüklər bir metrin 200 milyardda biri uzunluğundadır. Hər bir tükcüyün ucunda da təxminən min ədəd spatül adlı milyardlarla mikroskopik tükcüklər var. Dr. Kellar Autumn başçılıq etdiyi qrupun apardığı araşdırmalara görə gekonun ayağındakı tükcüklər zəif elektrostatik qüvvə təsiri (Van Der Vals qüvvəsi) meydana gətirir. Kərtənkələnin ayağındakı milyardlarla kiçik tükcüklər sayəsində təmas olunan səthlə çox qüvvətli yaxınlıq təmin edilir və 120 kq çəkini qaldıra bilən möhkəm yapışma qüvvəsi meydana gəlir. Möhtəşəm dizayna malik olan geko saniyədə 15 addım atır və “yapışdığı” səth ilə 30 dərəcəlik bucaq meydana gətirərək ayağını qaldıra bilir. Bu cür addım atmadığı təqdirdə ayaqlar səthə kilidlənir. Gekonun ayaqlarındakı dizayn təqlid edildikdə bu gün xəyal kimi görünən proyektlər həyata keçirilə bilinəcək:

  • Kosmos kimi havanın olmadığı mühitdə maddələrin möhkəm yapışması təmin ediləcək.
  • Gekonun yapışma sisteminə malik olan robotlardan yanğın və digər fəlakətlərdən sonra xilasetmə əməliyyatlarında istifadə ediləcək (belə robotlar artıq var).
  • Geko təqlid edilərək xüsusi yapışqanlı əlcəklər və hündürə dırmanma üçün xüsusi geyimlər istehsal ediləcək.
  • Ağrısız çıxarılan yara bantları, eləcə də suda yapışan və ya dönə-dönə istifadə edilən xüsusi bantlar istehsal olunacaq. (5)