VİRUSLARA QARŞI “VİP” NANOZƏRRƏCİK METODU

130402nano_particle.hlargeAlimlər virusların törətdiyi infeksiyaları müəyyən etmək və aradan qaldırmaq üçün virusla etiketlənmiş nanozərrəciklərdən istifadə etməyi düşünürlər.

Biologiya və tibb sahəsində nanotexnologiyanın nailiyyətlərindən getdikcə daha çox faydalanmağa başlayan alimlər ürək xəstəliklərinin müalicəsində kök hüceyrələrə nanozərrəcik köçürdükdən sonra indi də viruslarla mübarizədə nanozərrəciklərdən istifadə etməyə hazırlaşırlar.

İsveçrəli tədqiqatçılar orqanizmə daxil olan virusları müəyyən edəcək və onları məhv etmək üçün mübarizə aparacaq nanozərrəciklər hazırlamağa çalışır. İmmun sistemi viruslar bədənə daxil olduqda qarşılaşdığı təhlükəyə aid xüsusi antitellər hasil edir. Antitellər ilə viruslar arasında baş verən mübarizə üç şəkildə nəticələnə bilər: viruslar zərərsiz məhv edilir, müvəqqəti xəstəlik törətdikdən sonra zərərsizləşdirilir və ya ən pis ehtimalla orqanizmdə nəzarətsiz şəkildə yayılırlar.

Alimlər virus infeksiyaları ilə mübarizə aparmaq üçün süni antitellər əmələ gətirərək birinci ehtimalı daha da gücləndirmək istəyirlər. Bu süni antitellərdən əvvəlcə virusları müəyyən etməkdə istifadə olunacaq, sonrakı mərhələlərdə isə bu antitellər külli miqdarda hasil edilərək virusların üstünə göndəriləcək.

Virusa qarşı “VİP”

Şimali İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universiteti tədqiqat qrupunun hazırlamaq istədiyi süni antitellər sadə məntiqə əsaslanır: virusu müəyyən et, virusun surətini nanozərrəciklərə yerləşdir və meydana gələn virus-nanozərrəcik birləşməsi ilə əsl virusu məhv et.

Tədqiqatçılar viruslu nanozərrəciklər hasil etmək üçün iki metod üzərində işləyirlər. Birinci metod birləşdirici kimyəvi maddələrdən istifadə edərək virusu silisium nanozərrəciyin (SNP) üstünə yapışdırmaqdır. Ancaq burada istifadə edilən kimyəvi maddələr orqanizmə həddindən artıq zərərlidir.

Uğurlu nəticələr əldə edilib

SNP-ni örtən təbəqənin optimal qalınlığını müəyyən edən tədqiqatçılar daha sonra əldə etdikləri VİP-i virus infeksiyalı qan serumunda sınaqdan keçiriblər. 30 dəqiqə sonra virusların 88%-nin üstünü VİP-lər bürüyüb. VİP-lər virusa yoluxmuş su məhlulunda daha yüksək nəticə göstəriblər.

Alimlər əldə edilən ilk nailiyyətdən sonra VİP-lərdən müalicə məqsədilə istifadə etmək istədiklərini bildiriblər. İsveçrəli elm adamları yeni virus növləri ilə mübarizə aparan nanozərrəciklər hasil edildiyi təqdirdə gələcəkdə külli miqdarda süni antitel hazırlaya biləcəklərini deyiblər.

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)