Ağcaqanad möcüzəsi

agcaqanadOvun yerini müəyyən edən həssas reseptorlar

Ağcaqanad temperatur, qaz, rütubət və qoxu detektorları ilə təchiz olunmuş döyüş təyyarəsi kimidir. 30 metrdən ovunun görür və yerini müəyyən edir. 10 mm uzunluğundakı ağcaqanadın bu qədər təsirli reseptorlarla  təchiz edilməsi göstərir ki, bu canlının ehtiyacları doğulduğu andan üstün şüur sahibi yaradan tərəfindən təmin edilmişdir. Bu üstün yaradan ağcaqanadı yoxdan var edən Allah’dır.

Ağcaqanad ovunu asanlıqla tapmasına imkan verən xüsusi sistemlərə malikdir. Bu sistem temperatur, qaz, rütubət və bəzi kimyəvi maddələrə həssas müxtəlif reseptorlardan təşkil olunmuşdur. Bu sayədə ağcaqanad ovunun yerini qaranlıqda asanlıqla müəyyən edir.

Dövrümüzdə çox istifadə edilən müasir texnologiyanın məhsulu olan istiliyə həssas detektorlar xüsusilə qaranlıq mühitlərdə olduqca təsirli üsuldur. Ağcaqanadın bədənində də çox həssas temperatur reseptoru var. “Tarsi” adlı bu orqan ağcaqanadın ön ayaqlarında yerləşir. Bu reseptor sayəsində dərinin altında qanın çox olduğu bölgələri (damarlar toxumalardan daha isti olduğu üçün) asanlıqla tapır. Ağcaqanadı cəlb edən başqa bir amil də karbondioksid qazıdır. İnsan və heyvanların nəfəsində olan bu qaz ağcaqanadları cəlb edir və ovunu asanlıqla tapmasına kömək edir.

Temperatur, qaz, nəm və ya kimyəvi sekresiya impulslarından birini hiss edən ağcaqanad dərhal ovuna yönəlir. Ağcaqanad ovunun üzərinə o qədər yüngül qonur ki, çox vaxt hiss edilmir. Daha sonra ağız bölgəsindəki bir cüt alətin köməyi ilə deşmək üçün ən uyğun nöqtəni tapır.

İlk deşmə prosesi alt və üst çənə ilə həyata keçirilir. Xortumun içində olan dörd kəsici bıçaq dərini dərindən kəsir. Temperatur, qoxu, dad və toxunma duyğu orqanları dəri altındakı kapillyarların sıx olduğu yerləri təyin etməkdə əhəmiyyətli rol oynayır. Bir neçə cəhddən sonra ağcaqanad damarı tapır.

Ağcaqanad açdığı dəlikdən içəri uzatdığı borucuq vasitəsilə qanı sorur. Bu borucuq vasitəsilə kiçik kapillyardan qanı birbaşa içə bilir. Dərini deşdikdə ətrafdakı toxumalarda yığılan qanı da sorur. Deşici iynələr dəriyə dik şəkildə girir. Ağcaqanadın iynəsinin ən mühüm xüsusiyyəti müəyyən dərinlikdə əyilməsidir. Bu möhtəşəm xüsusiyyəti sayəsində iynə dəri altında asanlıqla hərəkət edir, hətta dərinin səthinə paralel uzanan formaya düşür. Beləcə, ağcaqanad iynəsini damar  vasitəsilə qanla zəngin hissəyə çatdırır.

Ancaq burada ağcaqanadı gözləyən çox mühüm problem var. Ağcaqanad bir insanı dişlədiyi anda insanın immun sistemi hərəkətə keçir. Bədənə mikrobların girməsinə mane olmaq və qanaxmanı dayandırmaq üçün lazımi ferment yara bölgəsinə ifraz olunmağa başlayır.

Bu ferment qanın laxtalanmasını təmin edir. Qanda laxtalanmanın başlaması ilə ağcaqanadın qanı sorması qeyri-mümkün olacaq. Lakin bunu bilən (!) ağcaqanad kəsici bıçaqlarından birinin içindən yaraya laxtalanmağa mane olan maye yeridir! Bu mayenin tərkibində laxtalanmaya mane olan ferment var. Beləcə, qandakı ferment təsirsiz hala salınır və laxtalanmanın qarşısı alınır.

Bundan əlavə, bu maye ilə ağcaqanad qurbanına yerli anesteziya edir. Kəsdiyi bölgəni keyləşdirir. Beləcə, insan dərisinin kəsildiyini və qanının sorulduğunu hiss etmir. Dəridə qaşınmaya səbəb olan da məhz bu mayedir.

Bütün bu izah edilənlər saniyələr ərzində baş verir və insan özünü ağcaqanadın sancdığını belə hiss etmir.

Bu məlumatdan sonra aşağıdakı suallar yaranır:

  • Qanın laxtalanma xüsusiyyəti olduğunu ağcaqanad haradan bilir?
  • Kəsdiyi toxumanın canlı olduğunu, bu prosesin qurbanına ağrı verəcəyini necə öyrənmiş və bu problemə qarşı anesteziya texnikasını necə icad etmişdir? Prosesdən əvvəl yerli anesteziya etmək insanın tibb elmi vasitəsilə nail olduğu texnikadır. Ağcaqanad bu elmə necə yiyələnmişdir?
  • Bu mayelərin laboratoriya şəraitində belə sintez edilməsi çox çətin olduğu halda, ağcaqanad bu mayeyə doğulduğu andan necə sahib olmuşdur?

Ağcaqanaddakı mayeni və bu mayeni insanın qan damarına yeridən sistemi, insan bədəninin quruluşunu, ağcaqanadın anatomiyasını ən kiçik təfərrüatına qədər bilən və bunlara hakim olan Allah yaratmışdır.

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)