Archive for » 2015 «

Yarpaqlardakı mikroskopik fabrik

Purple-leavesXVII əsrdə yaşamış belçikalı fizik Yan Baptist van Helmont elmi təcrübələrindən birində söyüd ağacının böyüməsini müşahidə edir və müxtəlif ölçmələr aparır. Ağacı əvvəlcə çəkir, 5 il sonra yenidən çəkir və ağırlığının 75 qr artdığını görür. Bitkinin böyüdüyü qabdakı torpağı çəkdikdə isə 5 il ərzində sadəcə bir neçə qram azaldığını görür. Fizik van Helmont bu təcrübəsində söyüd ağacının böyüməsinin səbəbinin sadəcə dibçəkdəki torpaq olmadığını aşkar edir. Bitki böyümək üçün torpağın çox az hissəsindən istifadə etdiyinə görə, deməli, başqa yerdən qida alır.

XVII əsrdə van Helmontun kəşf etməyə çalışdığı bu hadisə bəzi mərhələləri dövrümüzdə belə tam məlum olmayan fotosintez prosesidir. Yəni bitkilər qidalarını özləri hasil edirlər.

Bitkilər qida hasil edərkən təkcə torpaqdan faydalanmırlar. Torpaqdakı minerallarla yanaşı, sudan və havadakı karbon qazından istifadə edirlər. Bu xammalları götürüb yarpaqlardakı mikroskopik fabriklərdə emal edərək fotosintez edirlər.

Yarpaqlar xüsusilə bitkilərin qida hasil etməsi, tənəffüs etməsi kimi proseslər üçün dizayn olunublar. Bir az sonra təfərrüatı ilə görəcəyimiz bu dizayn, əlbəttə, bizə yarpaqları dizayn edən üstün qüvvət sahibi Allah`ın varlığını sübut edən dəlillərdəndir. davamı »

Cinayətkarı tapan DNT

imagesBir çox elmi mövzunun tarixən çox qədimlərə gedib çıxdığını düşünürük. Halbuki elmi kəşflərin bir qismi, xüsusilə insan DNT-si ilə bağlı məlumatların tarixi o qədər də qədim deyil. Demək olar ki, bir çoxu yaxın keçmişdə edilmiş kəşflərdir.

Məsələn, DNT-nin nukleotid ardıcıllığı 1987-ci ildə Leysester Universitetində biokimya professoru Alek Ceffris tərəfindən kəşf edilmişdir.

Tarixdə ilk dəfə hüquqi ekspertiza DNT vasitəsilə cinayətkarı müəyyən edə bilmişdir.

Qlobin zülalı üzərində tədqiqat aparan Ceffris bu tədqiqat zamanı nukleotid ardıcıllığının insandan-insana barkod sistemi kimi fərqləndiyini, hər kəsin DNT-sinin özünəməxsus sistem olduğunu müəyyən etmişdir.

Bu yolla səhv etmə riski, demək olar ki, qalmamış və əsl cinayətkarlar bir-bir tapılmağa başlamışdı. Çünki DNT izi (nukleotid ardıcıllığı) 99,99% ehtimalla bizə düzgün məlumat verir. Heç kimin DNT izi başqasının DNT izi ilə eyni deyil. davamı »

Orqanizmdəki maye miqdarını tənzimləyən böyrəklər

download (1)Orqanizmdə qüsursuz planlanmış sistem işləyir. Böyrəklər bu sistemlərdən biridir.

Əgər tərləmə və ya bir müddət su içməmə səbəbindən bir az su itirsək, qandakı suyun miqdarı azalar.

Qan beyində hərəkət edərkən hipotalamus adlanan bölgədəki xüsusi reseptorlar hərəkətə keçir və hipofiz vəzinə impuls göndərir. İmpulsu qəbul edən və orqanizmdə suyun azaldığını anlayan hipofiz vəzi böyrəklərə xüsusi mesaj (- ADH) göndərir. Bu mesaj borucuqlardakı hüceyrələrə “orqanizmdə su çatışmazlığı var, artıq suyu geri qaytarın” əmrini verir. Borucuqlar sidikdən daha çox suyu soraraq qana qarışdırırlar və bu şəkildə orqanizmdə su çatışmazlığı aradan qaldırılır. (Arthur C. Guyton, M.D., Text Book of Medical Physiology, W.B. Saunders Company, 7th Edition, 1986, səh.613-614)

Əgər artıq su içmişiksə, bu dəfə də həmin əmr sistemi zənciri çərçivəsində xəbərləşmə baş verir. Ancaq bu dəfə borucuqlardakı hüceyrələrə “orqanizmdə artıq su var, suyu lazımsız yerə geri qaytarmayın” əmri verilir.

Beyinin altında yerləşən hipofiz vəzini təşkil edən hüceyrələrin gördüyü işi yenidən düşünək. Burada yerləşən hüceyrələr özlərindən çox uzaqda yerləşən böyrək hüceyrələrinə xüsusi mesaj göndərirlər. Böyrək hüceyrələri də gələn əmrə qeyd-şərtsiz itaət edirlər. Daha sonra böyrək hüceyrələri sidiyin içindən su molekullarını bir-bir seçir və bu qarışıq mayenin içindən tər-təmiz su əldə edərək orqanizmə göndərirlər. davamı »

Kirpi balığı şişərkən nəfəsini tutmur

18589-long-spine-porcupinefish-animal-desktop-wallpaper-1920x1080Kirpi balığı yaxınlıqda təhlükə hiss etdikdə tikanlı dərisi dəqiqələr ərzində kürə formasını alır. Kirpi balığının şişməsi onu yem olmaq riskindən xilas edir. Kürə formasını aldıqda balıq dərin nəfəs alıb nəfəsini tutmuş kimi görünür. Ancaq şişkin vəziyyətdə də nəfəs almağa davam edir.

Kirpi balıqları şişmək üçün elastik mədələrini sürətlə su ilə doldururlar. “İtkin balıq Nemo” filmində kirpi balığı bloat da su topu kimi şişərək komik şəkildə suda üzməyə başlayırdı. Ancaq kirpi balıqlarının hava ilə şişmədiyi üzə çıxdı.

Tədqiqatçı Corcia Makgi (Georgia McGee) bu barədə belə deyir:

“Əvvəlki tədqiqatlarda kirpi balıqlarının nəfəslərini tutaraq şişdiyi iddia edilirdi. Biz su udaraq mədəsini şişirmə ehtimalı üzərində dayandıq. Nəfəsini tutsaydı, balıq həyati orqanlarında oksigen çatışmazlığı yaranmaması üçün qısa müddətli şişkin qala bilərdi”.

Tədqiqatçılar 8 ədəd canthigastervalentini cinsindən olan kirpi balığını hovuza atıblar. Burada kirpi balığının şişməsini sürəti yavaşladılmış kamera ilə dörd dəfə zəiflədilmiş sürətlə çəkiblər. Kirpi balığının nəfəsini tutub-tutmadığını anlamaq üçün oksigen sərfini də hesablayıblar. Bunun üçün hovuz suyundakı oksigen miqdarını ölçüblər. Nəticədə, kirpi balığının şişərkən, eyni zamanda, nəfəs alıb-verdiyini sübut ediblər. davamı »

Bölmə: Heyvanlar Aləmi  Açar sözlər: , ,  Şərh yaz

Hüceyrələrin əyləncəli həyatı

 

cell-structure1334774434699Bədənimizin hər nöqtəsində kiçik, ancaq kiçik olduğu qədər kompleks həyat yaşayan hüceyrələr var. Kiçikliyinə baxmayaraq, hüceyrə insanın həyatının davam etməsini təmin edən əsas quruluş vahididir. Hüceyrələr həyati funksiyaları yerinə yetirərkən bir-biri ilə uyğunluq içində işləyirlər. Bəs uyğunluq içində işləyərkən relslərdə sürətini artırdıqlarını, rəqs etdiklərini, akrobatik hərəkətlər etdiklərini və bayraq yarışına girdiklərini bilirdinizmi?

Elm dünyası

nın ortaq qənaəti ilə insanın bu günə qədər qarşılaşdığı ən kompleks sistem ünvanını qoruyan hüceyrədə hələ kəşf edilməmiş çoxlu sirlər yatır və hüceyrə Allah`ın yaratma sənətinin, üstün ağlının ən böyük dəlillərindən birini təşkil edir. Hüceyrənin həyata keçirdiyi kompleks prosesləri və bir-birini yoxlayan mükəmməl nəzarət mexanizmlərini tədqiq edən təkamül nəzəriyyəsinin müdafiəçiləri də  məşhur rus təkamülçü A.İ.Oparinin: “Təəssüf ki, hüceyrənin əmələ gəlməsi təkamül nəzəriyyəsinin ən qaranlıq nöqtəsini təşkil edir”, -sözləri ilə həmfikirdirlər. Hüceyrələrin ən kiçik hissələrində belə baş verən mükəmməl mütəşəkkillik yaradılış həqiqətini bir daha sübut edir.

Qatar relslərində sürət artıranlar

Zülallar amin turşusu adlanan, karbon, hidrogen, oksigen və azot atomlarından təşkil olunmuş molekulların yan-yana düzülməsi nəticəsində əmələ gəlir. Üçölçülü quruluşlarındakı girinti-çıxıntılar vasitəsilə və ya başqa zülallara, yaxud reseptor molekullara birləşərək hüceyrə daxilində fəaliyyətlərini həyata keçirirlər. Məsələn, motor zülallar hüceyrələrdə əzələ gərilməsi, hüceyrə bölünməsi, xromosomların hərəkəti, molekulların daşınması kimi yüzlərlə müxtəlif funksiyanı yerinə yetirən heyranedici molekulyar mexanizmlərdir. Həyati əhəmiyyətə malik olan bu hissəciklərin işində bir çatışmazlıq olsa, böyük bir cihaza bənzəyən insan orqanizmi funksiyasını yerinə yetirə bilməz və məsələn, ürəyimiz işləməz, həyatımız sona çatar. davamı »

Bölmə: Vücudumuz  Şərh yaz