Hüceyrələrin əyləncəli həyatı

 

cell-structure1334774434699Bədənimizin hər nöqtəsində kiçik, ancaq kiçik olduğu qədər kompleks həyat yaşayan hüceyrələr var. Kiçikliyinə baxmayaraq, hüceyrə insanın həyatının davam etməsini təmin edən əsas quruluş vahididir. Hüceyrələr həyati funksiyaları yerinə yetirərkən bir-biri ilə uyğunluq içində işləyirlər. Bəs uyğunluq içində işləyərkən relslərdə sürətini artırdıqlarını, rəqs etdiklərini, akrobatik hərəkətlər etdiklərini və bayraq yarışına girdiklərini bilirdinizmi?

Elm dünyası

nın ortaq qənaəti ilə insanın bu günə qədər qarşılaşdığı ən kompleks sistem ünvanını qoruyan hüceyrədə hələ kəşf edilməmiş çoxlu sirlər yatır və hüceyrə Allah`ın yaratma sənətinin, üstün ağlının ən böyük dəlillərindən birini təşkil edir. Hüceyrənin həyata keçirdiyi kompleks prosesləri və bir-birini yoxlayan mükəmməl nəzarət mexanizmlərini tədqiq edən təkamül nəzəriyyəsinin müdafiəçiləri də  məşhur rus təkamülçü A.İ.Oparinin: “Təəssüf ki, hüceyrənin əmələ gəlməsi təkamül nəzəriyyəsinin ən qaranlıq nöqtəsini təşkil edir”, -sözləri ilə həmfikirdirlər. Hüceyrələrin ən kiçik hissələrində belə baş verən mükəmməl mütəşəkkillik yaradılış həqiqətini bir daha sübut edir.

Qatar relslərində sürət artıranlar

Zülallar amin turşusu adlanan, karbon, hidrogen, oksigen və azot atomlarından təşkil olunmuş molekulların yan-yana düzülməsi nəticəsində əmələ gəlir. Üçölçülü quruluşlarındakı girinti-çıxıntılar vasitəsilə və ya başqa zülallara, yaxud reseptor molekullara birləşərək hüceyrə daxilində fəaliyyətlərini həyata keçirirlər. Məsələn, motor zülallar hüceyrələrdə əzələ gərilməsi, hüceyrə bölünməsi, xromosomların hərəkəti, molekulların daşınması kimi yüzlərlə müxtəlif funksiyanı yerinə yetirən heyranedici molekulyar mexanizmlərdir. Həyati əhəmiyyətə malik olan bu hissəciklərin işində bir çatışmazlıq olsa, böyük bir cihaza bənzəyən insan orqanizmi funksiyasını yerinə yetirə bilməz və məsələn, ürəyimiz işləməz, həyatımız sona çatar.Relslərdə sürət necə baş verir?

Kimyəvi enerjini mexaniki hərəkətə çevirən miozin adlanan kiçik zülal motorlarını molekulları bir yerdən başqa yerə daşıma funksiyasını yerinə yetirən yük qatarlarına bənzətmək olar. Bu qatarın bir ana vaqonu var. Əsas vaqonun arxasında isə bala vaqon yerləşir. Bunlar aktin adlanan spiralvarı zülalın üstündə eynilə rels üstündəki qatar kimi hərəkət edirlər. Ancaq hərəkət zamanı ana vaqon relslərin sonuna çatdıqda dayanır. Arxadakı bala vaqon da daşıdığı yükün ağırlığından asılı olaraq yük ağırdırsa yavaş, yüngüldürsə sürətlə hərəkət edərək ana vaqonun arxasınca gedir və relslərin sonuna çatdıqda dayanaraq ana vaqona birləşir. Beləliklə, relsin sonunda ana və bala vaqon birləşir. Bu birləşmə ilə maddələr lazımi məsafəyə daşınır. Maraqlısı budur ki, gözləri olmayan, haraya gedəcəyini bilməyən ana və bala vaqonlar addımlarını bərabər məsafələrlə və dəqiq ölçü ilə atır, spiralvarı relsin ətrafında fırlanaraq irəliləmək əvəzinə eynilə relsin üstündə hərəkət edən vaqonlar kimi düz xətt boyu yollarına davam edir və yolun sonuna çatdıqda bir-birinə toqquşmadan dayanıb gözləyirlər. Ağlı və şüuru olmayan bu kiçik atomların yükünü istənilən yerə çatdırmaq funksiyası, əlbəttə, Allah`ın ilhamı ilə, Onun qoyduğu nizamla baş verir.

Dördlü rəqs

Bir orqanizmin böyüməsi və inkişaf etməsi, ölən hüceyrələrin əvəzinə yenilərinin gəlməsi və çoxalma hüceyrələrinin əmələ gəlməsi (sperma və yumurta hüceyrələri) bu orqanizmi təşkil edən hüceyrələrin bölünməsi nəticəsində çoxalmaları ilə mümkün olur. Hüceyrənin çoxalması hüceyrənin böyüməsindən asılıdır.

Hüceyrə müəyyən ölçüyə çatdıqda nüvədəki genetik şifr öz-özünün surətini çıxardır və beləcə, yeni bala hüceyrə üçün lazım olan DNT sintezlənmiş olur.

Nüvədəki xromosomlar özlərinin surətini çıxardarkən bir mərhələdən keçirlər ki, bu mərhələni dörd nəfərlik rəqs qrupunun səhnədəki estetik rəqsinə bənzətmək olar.

DNT-nin surətinin çıxarılması prosesi insanı heyran edəcək qədər qüsursuz mütəşəkkillik və nizamla baş verir.

Dördlü rəqs necə başlayır?

Məlum olduğu kimi, xromosom X formasında olur. X-in hər çıxıntısı isə bir qol kimidir. X-in ortası qolların bir-birinə birləşdiyi mərkəzdir. Xromosomlar hüceyrənin bir ucundan digər ucuna gərilmiş ipliklərdən ibarət yerdə rəqs edirlər. X uclarından (telomer) və ya ortasından (sentromer) bu ipliklərdən yapışmış kəndirbaza bənzəyir. Xromosomlar bu ipliklərdən hüceyrənin ortasında olduqda yapışırlar. Ancaq aralarında gen dəyişikliyi etdikdən sonra əmələ gələn iki yeni hüceyrədə bərabər miqdarda xromosom olması üçün xromosomlar hüceyrənin iki ayrı ucuna getməlidirlər. Qütbləşmə və ya polyarizasiya adlanan bu proses zamanı ipliklərdən yapışmış xromosomlar qütblərə doğru çəkilərkən ipliklərdən bir növ kəmənd kimi istifadə edən akrobat rəqqaslara bənzəyirlər. Bəs sadəcə əyləncə olsun deyə, hüceyrədə bu qədər böyük mütəşəkkillik ola bilərmi? Əlbəttə, xeyr. Çünki bu şüursuz varlıqların rəqsi zamanı qüsursuz iş bölgüsü, intizamlı, ağıllı proseslər nəticəsində DNT-nin, yəni bizi biz edən bütün informasiyaların toplandığı arxivin xətasız və tam şəkildə surəti çıxarılır. Əlbəttə, burada düşündürən suallar var. Rəqs yoldaşları öz yerlərini və geriyə dönüş yollarını necə tapırlar? Hüceyrə bölünərkən fiziki yolla açılan xromosomlar necə olur ki bala hüceyrədə dərhal əvvəlki vəziyyətə qayıdırlar və hüceyrə bu qətiyyətli davranışını pozmur? Əlbəttə, bu sualların cavabı var: bu məlumatlar onlara öyrədilmişdir. Allah yaratdığı bu kiçik varlıqlara funksiyalarını ilham etmişdir və hər biri öz vəzifəsini bilir.

Bayraq yarışı

Hüceyrənin ən əsas quruluş vahidi olan zülallar bəzən müxtəlif səbəblərdən zədələnirlər. Zülalın zədələnməsi isə canlı həyatı üçün risklidir. Ancaq Allah ubikvitin adlı kiçik zülal yaradaraq bu riskin qarşısını alır. Zədələnmiş zülalların ucuna ubikvitin birləşdikdə bu zülallar asanlıqla tanınır və məhv edilirlər. Ubikvitin adlı bu kiçik zülalı bayraq, onu zədələnmiş zülallara birləşdirmək üçün daşıyan fermentləri isə yarışçılar kimi düşünək. E1, E2, E3 adlanan bu üç ferment ubikvitini yarışdakı bayraq kimi bir-birinə ötürərək heç yerə salmadan və ilişmədən daşıyır. Bayraq qrupların birindən digərinə keçdikdə oyunçu bəzən bayrağı yaxşı tutmaq üçün formasını dəyişir və bu qıvrılmalar, bükülmələr sayəsində ferment formasını dəyişən açar kimi hərəkət edir, zəncirdəki növbəti reaksiyanı başladaraq bayrağı özündən sonrakı bölgəyə təslim edir.

Bayrağı tutma

Canlının ən kiçik hissəsi olan hüceyrənin 4 həyat fazası var. Bu fazalar G1, S, G2, M adlanır.

  • Yeni əmələ gəlmiş hüceyrənin DNT-sinin surətini çıxaracaq qədər böyüməsi üçün keçən mərhələ G1 fazasıdır.
  • Hüceyrənin DNT-sinin surətini çıxardığı müddət S fazasıdır.
  • DNT-nin sintezləndiyi və hüceyrənin bu mərhələdə artıq bölünmədən əvvəl son hazırlığını gördüyü mərhələ G2 fazasıdır.
  • M mitoz fazasıdır, bu fazada hüceyrə bölünür və iki yeni hüceyrə əmələ gəlir.

Fazalar arası keçidlər hüceyrə üçün əhəmiyyət daşıyır. Çünki hüceyrə bir fazadan digərinə keçdikdən sonra artıq geriyə dönüş yoxdur. Məsələn, yarımçıq material ilə DNT sintezləyə bilməz, mütləq ehtiyacı olan hər şeyi tədarük etməlidir. Mitoz bölünmədən sonra da geriyə dönüş yoxdur. Əgər bir hüceyrə mitoz fazaya, yəni bölünməyə hazır olmadan keçərsə, nəticədə, xətalı bölünmə baş verər. Bu zaman hüceyrə bölünmək əvəzinə özünü öldürür (apoptoz).

Bu mərhələlərin impulsları hüceyrə üçün həyati əhəmiyyət daşıyır. Burada siklindən asılı kinaz molekulları hüceyrə daxilində hazırlığın görülməsi üçün lazımi işarələri verən xəbərçilər kimidirlər. Bu molekullar sakit dayanmış zülallara fosfor molekulunu birləşdirirlər. Fosforun birləşdiyi zülallarda lampa olduğunu düşünək. Xəbərçi molekul gəlib əlaqədar zülala fosforu birləşdirdikdə bu lampa yanır. Lampanın yanması nəticəsində digər zülallar siqnalı qəbul edir və hüceyrə fazanı dəyişdirəcəyini anlayır.  Əlbəttə, burada çox incə detal və mütəşəkkillik var və bu nizamı şüursuz hüceyrə edə bilməz. Bu nizam sonsuz ağılın məhsuludur. Bu ağılın sahibi isə Allah`dır.

Hüceyrənin içindəki bütün zərrəciklər: DNT-lər, ribosomlar, mitoxondrilər, fermentlər və hormonlar çox aktiv varlıqlardır və heyrətamiz işləri uğurla həyata keçirirlər. Bizim ağıl adlandırdığımız şeyə, yəni düşünmə, təhlil etmə, qərar vermə kimi qabiliyyətlərə malikdirlər. Ancaq bunlar ardıcıl düzülmüş amin turşularından ibarət kimyəvi zəncirdən başqa bir şey deyil. Görmə, eşitmə, hiss etmə, düşünmə, qərar vermə qabiliyyətindən məhrum olan bu kimyəvi birləşmələr çox ehtişamlı ağıl nümayiş etdirirlər.

MƏNBƏ:

1. http://creationsafaris.com/crev200701.htm#20070131b

2. http://www.sciencedaily.com/releases/2004/09/040901091750.htm

3. http://www.microtubule.com/

4. http://www.nsf.gov/news/mmg/mmg_disp.cfm?med_id=55446&from=mn

5. Meaburn and Misteli, “ Nature 445, 379-781 (25 January 2007) | doi:10.1038/445379a.

6. Trempe and Endicott, “Structural biology: Pass the protein,” Nature 445, 375-376 (25 January 2007) | doi:10.1038/nature05564.

7. Michael Botchan, “Cell biology: A switch for S phase,” Nature 445, 272-274 (18 January 2007)  doi:10.1038/445272a.

8. Ivanov, Tainer and McCannon, “Unraveling the three-metal-ion catalytic mechanism of the DNA repair enzyme endonuclease IV.” Proceedings of the National Academy of Sciences USA, doi 10.1073/pnas.0603468104, January 30, 2007, 104:5, pp. 1465-1470.

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Bölmə: Vücudumuz
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)