Böyük partlayış nəzəriyyəsinin qələbəsi

1200x630_267788_big-bang-teorisi-aydinlaniyor1948-ci ildə Corc Qamov, (George Gamow) Corc Lemetrin (Georges Lemaître) hesablama işlərini genişləndirdi və böyük partlayışa bağlı olaraq yeni bir tezis irəli sürdü. Bu tezisə görə, kainat böyük partlayış nəticəsində meydana gəlibdirsə, kainatda bu partlayışdan gəlib çıxan müəyyən miqdarda radiasiya qalığı olmalıydı. Həmçinin bu radiasiya qalığı kainatın hər yerində bərabər miqdarda olmalıydı.

“Olması lazım gələn” bu dəlil çox keçmədən tapıldı. 1965-ci ildə Arno Penzias və Robert Uilson (Robert Wilson) adlı iki tədqiqatçı bu dalğaları kəşf etdilər. “Kosmik fon radiasiyası” adlandırılan bu radiasiya kosmosun müəyyən tərəfindən gələn radiasiyadan fərqlənirdi. Görünməmiş izotropluq (eynicinslilik) sərgiləyirdi. Digər bir sözlə, yerli mənşəli deyildi, yəni müəyyən mənbəyi yox idi, kainatın hər yerinə yayılmış radiasiya idi. Beləliklə də, uzun müddətdir ki, kainatın hər yerindən bərabər ölçüdə qəbul edilən istilik dalğasının, böyük partlayışın baş verdiyi ilk vaxtlardan qaldığı məlum oldu. Həmçinin bu rəqəm elm adamlarının əvvəlcədən proqnozlaşdırdıqları rəqəmə çox yaxın idi. Penzias və Uilson (Wilson) böyük partlayış nəzəriyyəsinin bu sübutunu təcrübi olaraq ilk göstərən insanlar olduqları üçün nobel mükafatına layiq görüldülər.

1989-cu ilə gəldikdə isə, Corc Smut (George Smoot) və onun NASA qrupu, Kosmik Arxa Plan Radiasiya Tədqiqatçısı Peykini (COBE) kosmosa göndərdilər. Bu təkmilləşmiş peykə yerləşdirilən həssas skanerlərin, Penzias və Uilsonun (Wilson) hesablamalarını təsdiqləməsi yalnız səkkiz dəqiqə davam etdi. Nəticələr, skanerlərin qəti şəkildə kainatın yaranma anındakı istilik və sıxlığın izlərini göstərdiyini sübut etdi. Elm adamları COBE-nin müvəffəqiyyətini böyük partlayışın görünməmiş təsdiqi kimi şərh etdi.

Böyük partlayışa aid digər bir mühüm dəlilsə, kosmosdakı hidrogen və helium qazlarının miqdarı oldu. Müasir dövrdə aparılan hesablamalar nəticəsində aydın oldu ki, kainatdakı hidrogen-helium qazlarının nisbəti böyük partlayışdan gəlib çıxmış hidrogen-helium nisbətinin nəzəri hesablanmasına uyğun gəlirdi. Əgər kainat, başlanğıcı olmadan, əzəldən bəri mövcud olsaydı, kainatdakı hidrogen tamamilə yanaraq heliuma çevrilərdi.

Bütün bunlarla yanaşı, böyük partlayış nəzəriyyəsi elm aləmində qəti şəkildə qəbul olundu. “Scientific American” jurnalının 1994-cü il oktyabr buraxılışında dərc olunmuş bir məqaləyə görə, kainat dayanmadan və nizamlı surətdə genişlənirdi və böyük partlayış modeli əsrimizin qəbul olunmuş tək modeli idi.

Fred Hoylla (Fred Hoyle) birlikdə uzun illər stasionar kainat nəzəriyyəsini müdafiə edən Dennis Siama (Dennis Sciama), arxa-arxaya gələn və böyük partlayışı sübut edən bütün bu dəlillər qarşısında düşdükləri vəziyyəti belə dilə gətirir:

“Stasionar kainat” nəzəriyyəsini müdafiə edənlərlə onu sınaqdan keçirən və məncə onu çürütməyə ümid edən müşahidəçilər arasında, bir vaxtlar çox kəskin mübahisələr yaşandı. Həmin vaxtlarda mən də müəyyən rol oynamışdım. Çünki gerçəkliyinə inandığım üçün deyil, gerçək olmasını istədiyim üçün, “stasionar kainat” nəzəriyyəsini dəstəkləyirdim. Nəzəriyyənin əsassızlığını müdafiə edən dəlillər ortaya çıxmağa başladıqca, Fred Hoyl (Fred Hoyle) bu dəlillərin üstəsindən gəlməkdə lider rolunu boynuna götürmüşdü. Mən də yanında yer almış, bu düşməncə dəlillərə necə cavab veriləcəyi barəsində fikir yürüdürdüm. Lakin dəlillər artdıqca, artıq oyunun bitdiyi və “stasionar kainat” nəzəriyyəsinin bir kənara qoyulmalı olduğu həqiqəti ortaya çıxırdı”.(1)

Kim kainatı yoxdan yaratdı?

Böyük partlayışın bu qələbəsiylə birlikdə, materialist əhkamın təməli olan “sonsuz kainat” anlayışı da tarixə qarışdı. Bəs böyük partlayışdan əvvəl nə vardı? Eləcə də, “olmayan” kainatı böyük partlayışla “mövcud” hala gətirən güc nə idi?

Əlbəttə ki, bu sual Artur Eddinqton (Arthur Eddington) kimi digər materialistlərin də xoşlamadığı həqiqəti, yəni “yaradılış həqiqət”ini göstərir. Əvvəllər ateist olan, lakin daha sonra Yaradılışı qəbul edən tanınmış fəlsəfəçilərdən Antoni Flyu (Anthony Flew), keçmişdə bu barədə bunları söyləmişdir:

“Etiraf etməyin insan ruhuna fayda verdiyini söyləyirlər. Mən də bir etiraf edəcəyəm: Böyük partlayış modeli, bir ateist baxımından olduqca narahat edicidir. Çünki elm, dini mənbələr tərəfindən müdafiə olunan bir iddianı sübut etmişdir: Kainatın bir başlanğıcı olması iddiasını”.(2)

Özünə ateist olmaq üçün kor-koranə şərtləndirməyən bir çox elm adamı, bu gün kainatın yaradılmasında sonsuz güc sahibi olan Allahın varlığını qəbul ediblər. Məsələn, tanınmış amerikalı astrofizik Hyu Ros (Hugh Ross) kainatın Yaradıcısının bütün ölçülərdən uzaq olduğunu belə bildirir:

“Zaman, hadisələrin baş verdiyi ölçüdür. Əgər maddə, partlayışla birlikdə yaranıbsa, o zaman kainatı meydana gətirən səbəb kainatdakı zaman və məkandan tamamilə uzaq olmalıdır. Bu, bizə Yaradanın kainatdakı bütün ölçülərdən uzaq olduğunu göstərir. Həmçinin Yaradanın bəzilərinin müdafiə etdiyi kimi, kainat olmadığını və onu əhatə etdiyini, təkcə kainatdakı bir güc olmadığını sübut edir”.(3)

1) Stephen Hawking, Evreni Kucaklayan Karınca, Alkım kitabsatan və nəşriyyatı, 1993, səh. 62-63

2) Henry Margenau, Roy Abraham Vargesse. Cosmos, Bios, Theos. La Salle IL: Open Court Publishing, 1992, səh. 241

3) Hugh Ross, The Creator and the Cosmos: How Greatest Scientific Discoveries of The Century Reveal God, Colorado: NavPress, revised edition, 1995, səh. 76

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)