Görən, dad bilən, toxunan və eşidən bitkilər

Kənardan baxdıqda ağzı, gözü və sinir sistemi olmayan bitkilər insan kimi görmə, eşitmə, dadbilmə və toxunma hisslərindən istifadə edərək çox vaxt insanlardan daha həssas olurlar.

Bitkilərin görmə qabiliyyətinə nə üçün ehtiyacları var?

Bitkilərin dadbilmə duyğusu necədir?

Bitkilər necə eşidir?

Yer üzündəki canlı həyatında çox mühüm yeri olan bitkilərdəki ən diqqətçəkən sistemlərdən biri əks-təsir mexanizmidir. Kənardan baxdıqda nə ağzı, nə gözü, nə də sinir sistemi olan bitkilər əks-təsir mexanizmi sayəsində çox vaxt insanlardan da həssas olurlar.

Bitkilərin görmə duyğusu

Bitkilərin bizim kimi gözləri yoxdur, ancaq bizdən daha yaxşı görürlər. Çünki onların işığa həssas birləşmələrdən təşkil olunmuş zülalları var. Bu sayədə bizim gördüyümüz və görmədiyimiz bütün dalğa uzunluqlarını görürlər. Hətta bitkilərin işığa həssaslığı insan gözündən çoxdur.

Bitkilərin bu xüsusiyyətə malik olmasının səbəbi böyümək və həyatda qalmaq üçün işığa olan ehtiyaclarıdır. Bunun üçün da sanki gözləri var və işığı görürlərmiş kimi işıq istiqamətində cücərir, işıq istiqamətində böyüyürlər. Hətta gün ərzində günəşi izləyən günəbaxanlara ona görə bu ad verilib. Bitkilər görmə qabiliyyəti sayəsində işığın sıxlığı, keyfiyyəti, istiqaməti və dövrü kimi şərtləri müəyyən edirlər. Bitkinin bir günlük həyat nizamı işığa əsasən qurulmuş daxili saatın nəzarətindədir.

Bitkidə işığı qavramaq funksiyasını yerinə yetirən 2 zülal ailəsi var. Bu iki ailədən biri 5 müxtəlif növü olan fitoxrom, digəri isə iki növü olan kriptoxrom zülallarıdır. Bu zülallar həm də işıq reseptorlarıdır. Bu reseptorlar bitkinin içindəki daxili saatı işığın dəyişikliklərinə əsasən qururlar.

 

Dadbilmə duyğusu

Bitkilər sadəcə günəş işığı ilə yaşamırlar, torpaqdan bəzi qidaları da qəbul etməlidirlər. Dadbilmə duyğusu torpaqdan mineral və qidaları qəbul edən bitki kökləri üçün çox vacibdir. Arabidopsis bitkisi üzərində aparılan tədqiqatlarda bir genin nitrat və ammonium duzlarının bol olduğu yerləri müəyyən etdiyi üzə çıxmışdır. Bu gen sayəsində köklər nizamsız deyil, qida istiqamətində şüurlu hərəkət edirlər. Nitratı müəyyən edən bu gen ANR1-dir.

Bu gendən başqa Texas Universitetində aparılan başqa bir tədqiqatda apiraz adlı ferment də kəşf edilmişdir. Kökün səthində olan bu ferment göbələk kimi torpağa qarışmış mikroorqanizmlərin hasil etdiyi ATF-ni (adenozin trifosfat) müəyyən edir. ATF molekulu təbiətdə hər zaman hazır halda olan qısamüddətli enerji ehtiyatıdır. Apiraz bitkinin bu molekulu götürüb qidaya çevirməsini, sonra da sormasını təmin edir. Bitkilərin zibilyığan kimi hüceyrədən kənardakı ATF-ni toplayıb istifadəyə yararlı hala salması yeni kəşf edilmiş möcüzədir.

 

Toxunma hissi

Dadbilmə hissi kimi toxunma hissi də bitkilərdə tez-tez rast gəlinən duyğulardandır. Milçəkqapan kimi ətyeyən bitkilər üzərilərinə qonan həşəratı dərhal tuturlar. Mimoza isə yüngülcə toxunduqda belə incə yarpaqlarını aşağıya doğru endirir. Yaşıl noxud və lobya kimi sarmaşan bitkilər həssas toxunma duyğuları sayəsində zoğlarını möhkəm dəstəklərə sarıyırlar. Demək olar ki, bütün bitkilərin toxunma duyğusu var. Bitkilər, əsasən, yarpaqlara ciddi zərər verən küləyin şiddətinə qarşı da toxunma hissindən istifadə edirlər. Küləkdə qalan bitkilər toxumalarını sərtləşdirərək küləkli havada qırılmaqdan qorunurlar. Tədqiqatçılar toxunma duyğusunun toxumaları necə gücləndirdiyinə hələ də cavab tapmırlar.

Bir bitkinin yaşamaq üçün ehtiyacı olan bütün xüsusiyyətlərə kompleks sistemlər sayəsində malik olması bir bitkinin bircə yarpağının belə təsadüfən əmələ gəlmədiyini görmək və qavramaq üçün kifayətdir. Bitki hüceyrələri beyni, əli, gözü, şüuru və biliyi olmayan, gözlə görünməyən kiçik varlıqlardır. Bu varlıqların: “küləyə qarşı bitkini necə qoruya bilərik?” -deyə düşünüb metod tapması qeyri-mümkündür. Bütün bunlar sonsuz elm və ağıl sahibi olan uca Allah`ın varlığının dəlillərindən sadəcə bir neçəsidir.

 

Eşitmə duyğusu

Başda Şimali Karolina Ueyk Forest Universiteti olmaqla, müxtəlif mərkəzlərdə aparılan tədqiqatlar nəticəsində bitkilərin müəyyən səs tezliyini və ya titrəyişi hiss etdiyi üzə çıxmışdır. Məsələn, Ueyk Forest-də keçirilən bir təcrübədə normal cücərmə faizi 20% olan turp toxumlarının müəyyən tezlikli səsə uzun müddət məruz qaldıqda cücərmə faizlərinin 80-90% artdığı müşahidə olunmuşdur. Tədqiqatçılar bitkinin boyunun uzanması və toxumun cücərməsinə kömək edən giberellin turşusu adlı bitki hormonunun bitkilərin eşitmə duyğusunda da rol oynadığını düşünürlər.

Allah hər canlıya nəzarət edir

İnsan orqanizmi də eynilə digər varlıqlarda olduğu kimi, şüursuz atomlardan təşkil olunmuşdur və orqanizmimizdə bu atomların təşkil etdiyi şüursuz hüceyrələr bir çox proses həyata keçirirlər. Beynimiz də düşünməmizin mənbəyi kimi görünsə də, öz-özlərinə qərar vermə mexanizmi olmayan sinir hüceyrələrindən təşkil olunmuşdur. Qısası, şüur müəyyən səbəb-nəticə əlaqələri ilə açıqlana bilməz. Şüurla bağlı təkamülçü Culian Hakslinin bu sözləri diqqət çəkir:

“Şüurlu hal qədər qeyri-adi vəziyyətin bir sinir hüceyrəsinin başladıcı hərəkəti nəticəsində meydana gəlməsi eynilə Ələddinin lampası nağılında lampanın sürtülməsi ilə cinin görünməsi qədər anlaşılmazdır”. (The Problem of Consciousness, Colin McGinn)

Burada bir neçə nümunəsini verdiyimiz bitkilərdəki şüurlu hərəkətlər, əslində, Allah`ın sonsuz ağlının təcəllilərindəndir. Rəbbimiz yer üzündəki hər şeyi nəzarətdə saxlayır:

… O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın yazıda olmasın. (Ənam surəsi, 59)

Bitkilərin beyni və sinir sistemi yoxdur. İnsan bir cismə toxunduqda, gördükdə və ya daddıqda sinir sistemində və beynində müəyyən xəbərləşmələr və əmrlər ardıcıllığı işə düşür. Hafizə, dərrakə kimi ünsürlərin də iştirakı ilə şüurlu hərəkət üçün qərar verilir. Halbuki bitkilərin belə sinir sistemi, beyni, dərrakəsi və hafizəsi yoxdur. Buna baxmayaraq, çox şüurlu hərəkətlər edirlər. Sanki görürmüş kimi müəyyən istiqamətə çevrilir, toxunurmuş kimi özlərinə ən uyğun yeri tapır və ya dad alırmış kimi torpaqdakı bir çox maddə arasından özlərinə lazım olanları seçirlər. Bütün bu hərəkətlərin ardındakı ağılın sahibi, əlbəttə, bitkilər deyil. Onları və hər şeyi üstün elmlə aləmlərin Rəbbi olan uca Allah yaratmışdır.

 

 

 

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)