Canlıların təməli olan atom rabitələrinin qurulması üçün lazım olan temperatur yer üzünün temperatur intervalıdır

Atomları və molekulları birləşdirən müxtəlif kimyəvi rabitələr var. Bu rabitələr ion, kovalent və hidrogen rabitəsi olmaqla 3 qrupa bölünür. Kovalent rabitələr zülalların quruluş vahidi olan amin turşularındakı atomları birləşdirir. Hidrogen rabitələri isə amin turşusu zəncirini xüsusi üçölçülü formada saxlayır. Yəni əgər hidrogen rabitələri olmasa, amin turşuları birləşərək zülalları əmələ gətirsələr də, bu zülallar üçölçülü funksional formalarını ala bilməz. Zülalların olmadığı mühitdə isə həyat olmaz.

Maraqlıdır ki, həm kovalent, həm də hidrogen rabitələri üçün lazım olan temperatur intervalı yer üzünün temperatur intervalıdır. Halbuki, hidrogen rabitələri ilə kovalent rabitələrin quruluşu və xüsusiyyətləri bir-birindən tamamilə fərqlənir.

Buna baxmayaraq, hər iki kimyəvi rabitə ancaq yer üzündəki dar temperatur intervalında qurula bilir. Əgər kovalent rabitələrlə hidrogen rabitələri müxtəlif temperatur intervalında qurulsaydı, canlı zülalları əmələ gəlməzdi. Çünki zülalların əmələ gəlməsi bu iki kimyəvi rabitənin eyni anda qurulmasından asılıdır. Yəni amin turşusu zəncirini əmələ gətirən kovalent rabitə üçün lazım olan temperatur intervalı hidrogen rabitəsi üçün uyğun olmasaydı, zülal üçölçülü formaya düşməz, amin turşusu zənciri də lazımsız molekul olaraq qalardı. Eyni şəkildə, hidrogen rabitəsi üçün lazım olan temperatur intervalında kovalent rabitə qurulmasaydı, amin turşuları birləşə bilməz və zülal əmələ gəlməzdi.

Canlıların bir hüceyrəsindəki milyonlarla zülaldan biri belə təsadüfən əmələ gəlməyəcək qədər kompleks quruluşa malikdir.

Bu məlumatlar bizə həyatın əsas quruluş vahidi olan atomla həyatın məskəni olan Yer kürəsinin şərtləri arasında böyük uyğunluq olduğunu göstərir. Professor Maykl Denton “Təbiətin taleyi” (Nature`s Destiny) adlı kitabında bu həqiqəti belə vurğulayır:

“Kainatdakı nəhəng temperatur şkalasında yeganə və dar bir temperatur intervalı var ki, bu intervalda maye su mövcud olur, həmçinin metastabilliyə malik bol miqdarda müxtəlif üzvi birləşmələr və kompleks molekulların üçölçülü formalarını sabit edən hidrogen rabitələri qurulur. (Michael Denton, Nature’s Destiny, s. 115-116)

Dentonun da bildirdiyi kimi, həyat üçün lazım olan hər cür fiziki və kimyəvi rabitələr birlikdə və təsirli şəkildə ancaq bir temperatur intervalında qurula bilərlər. Bu dar temperatur intervalı isə göy cisimləri arasında ancaq Yer kürəsindədir.

 

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Bölmə: Heyvanlar Aləmi
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)