Canlıların yaradılışındakı möcüzələr

 Ən ibtidai canlı belə, təsadüfən əmələ gələ bilməz

Günəş sistemi və Yer kürəsindəki müvazinətlərin təsadüfən əmələ gəlməsi mümkün deyil. Hər müvazinət möcüzəvi şəkildə saysız-hesabsız ehtimallar arasından ən uyğun və ən ideal dəyərdə seçilmişdir. Ən ibtidai canlı orqanizm belə təsadüfən əmələ gələ bilməz. Bu mövzunu açıqlayan elmi fəaliyyətlərdən biri Nyu-York Universitetindən kimya professoru və DNT mütəxəssisi Robert Şapironun apardığı hesablamadır. Darvinist təkamülçü olan Şapiro ibtidai bir bakteriyadakı 2000 növ zülalın təsadüfən əmələgəlmə ehtimalını hesablamışdır (insan orqanizmində təqribən 200.000 növ zülal var). Əldə edilən rəqəm 1040.000-də 1 ehtimaldır (bu rəqəm 1-in yanına 40 min sıfır qoymaqla əmələ gəlir və kainatda bir qarşılığı yoxdur).

İbtidai bir bakteriyadakı 2000 növ zülalın təsadüfən əmələgəlmə ehtimalı 1040.000-də 1-dir. İnsanda isə təqribən 200.000 növ zülal olduğuna görə, belə bir ehtimalı ifadə etmək qeyri-mümkündür.

Kardif Universitetindən Tətbiqi Riyaziyyat və Astronomiya professoru Çandra Uikramasinqh Şapironun hesablamaları ilə bağlı belə demişdir:

“Bu rəqəm (1040.000) Darvini və təkamül nəzəriyyəsini dəfn etmək üçün kifayətdir. Bu planetdə və ya başqa birində əsla (həyatın əmələ gəlməsi üçün) ibtidai şorba olmayıb və həyatın başlanğıcı təsadüfən baş verməyəcəyinə görə məqsədli bir ağılın məhsuludur”. (Fred Hoyle, Chandra Wickramasinghe, Evolution from Space, New York, Simon & Schuster, 1984, səh. 148.)

Canlıların quruluş vahidi öz-özünə əmələ gələ bilməz

Canlıların quruluş vahidi zülallardır. Ən sadə zülal belə təsadüfən əmələ gəlməyəcək qədər kompleks molekuldur. Məsələn, tərkibində 288 amin turşusu olan və 12 müxtəlif amin turşusundan təşkil olunan orta ölçüdəki bir zülal molekulunun tərkibindəki amin turşuları 10300 müxtəlif formada düzülə bilər (Bu rəqəm 1 rəqəminin sağ tərəfinə 300 sıfır qoymaqla əmələ gələn astronomik rəqəmdir). Lakin bu düzülüşlərdən ancaq biri həmin zülalı əmələ gətirir. Qalan bütün düzülüşlər heç bir işə yaramayan, hətta bəzən canlılar üçün zərərli olan faydasız amin turşusu zəncirləridir.

Ona görə də yuxarıda misal çəkdiyimiz zülal molekullarından təkcə birinin təsadüfən əmələgəlmə ehtimalı 10300-də 1-dir. Bu ehtimalın praktikada baş tutması qeyri-mümkündür (riyaziyyatda 1050-də 1-dən kiçik ehtimallar sıfır ehtimal hesab olunur).

Habelə, 288 amin turşusundan ibarət bir zülal canlıların quruluşundakı minlərlə amin turşusundan ibarət böyük zülallarla müqayisə edildikdə çox sadə hesab olunur. Eyni ehtimal hesablarını bu böyük molekullara tətbiq etdikdə isə “qeyri-mümkün” sözü belə kifayət etmir.

Canlıların inkişafında bir pillə də irəlilədikdə tək başına bir zülalın da heç bir faydasının olmadığını görürük. İndiyə qədər məlum olan ən kiçik bakteriyalardan biri olan “Mycoplasma Hominis H39”un 600 növ zülaldan təşkil olunduğu aşkar edilmişdir. Bu təqdirdə, bir zülal üçün apardığımız yuxarıdakı ehtimal hesablamalarını 600 növ zülal üçün də aparmalıyıq. Nəticədə, qarşımıza çıxan rəqəmlər ağılın hüdudlarını aşar. Halbuki, nə qədər uzun zaman verilsə də, amin turşularının təsadüfən zülal əmələ gətirməsi qeyri-mümkündür. Amerikalı geoloq Uilyam Stouks “Yerin tarixinin əsasları” (William Lee Stokes. Essentials of Earth History) adlı kitabında bu həqiqəti qəbul edərək: “Əgər milyard illər boyu milyardlarla planetin səthi tərkibində lazımi amin turşuları olan sulu konsentrat təbəqə ilə dolu olsaydı, yenə də (zülal) əmələ gəlməzdi”, -deyə etiraf edir (W. R. Bird, The Origin of Species Revisited, Nashville: Thomas Nelson Co., 1991, səh. 305).

Canlı orqanizmlər üçün zəruri zülallardan biri olan sitoxrom-C-nin təsadüfən əmələ gəlməsi ehtimalı ilə bağlı belə deyir:

“Bir sitoxrom-C-nin düzülüşünü əmələ gətirmək üçün ehtimal sıfır deyiləcək qədər azdır… Ya da əmələ gəlməsində bizim tərif edə bilmədiyimiz fövqəltəbii qüvvələr rol oynayıb. Bu sonuncunu qəbul etmək elmi cəhətdən uyğun deyil. Elə isə birinci fərziyyəni izah etməliyik”. (Ali Demirsoy, Kalıtım ve Evrim, Ankara: Meteksan Yayınları, 1984, səh. 61.)

Göründüyü kimi, təkamülçü elm adamları elmin göstərdiyi yaradılış həqiqətini qəbul etməkdənsə, materialist ön mühakimə və doqmalarına görə sıfır deyiləcək qədər az ehtimalı qəbul etməyi elmi davranış hesab edirlər. Halbuki, elmin və məntiqin qanunlarına əsasən, bir mövzu barədə sadəcə 2 alternativ açıqlama varsa və bu açıqlamalardan birinin doğruluğu sıfır ehtimaldırsa, bu təqdirdə, digər açıqlama 100% doğrudur. Bu məntiq qanununa əsasən, yuxarıdakı nümunədə bəhs edilən sitoxrom-c zülalının təsadüfən əmələ gəlməsi sıfır ehtimaldırsa, şübhəsiz ki, yaradılmışdır. Bu, elmin , məntiqin və ağılın gəldiyi qəti nəticədir.

Ancaq bir Yaradanın varlığını fəlsəfi cəhətdən qəbul etməyi qadağan edən materialist düşüncə tərzi bu düşüncədə olan elm adamlarının fəlsəfəsinə zidd olan elmi həqiqətləri kor-koranə təkzib etməyə məcbur edir. Bu da materialist düşüncəli elm adamlarının işlərinə yaramadıqda asanlıqla elmi həqiqətlərdən üz çevirib öz fəlsəfələrini zorla qəbul etdirməyə çalışacaqlarının açıq-aydın göstəricisidir. Bu səbəbdən, materialistlərin elm adamı olsalar belə, elmi cəhətdən nə qədər etibarlı və dürüst olduqları mübahisə doğurur.

 

 

 

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Bölmə: Mikrodünya
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)