Möcüzəvi karbon elementi

Həyatın əsası olan karbon elementi ancaq nəhəng ulduzların mərkəzində çox xüsusi, möcüzəvi reaksiyalar nəticəsində əmələ gəlir. Bu möcüzəvi reaksiyalar baş verməsəydi, bu gün kainatda karbon adlı element, başqa sözlə, həyat deyə məfhum olmazdı. “Möcüzəvi”, -deyirik, çünki bu reaksiyalar, əslində, ehtimaldan kənar olan şərtlərin birləşməsi ilə baş verir. İndi bu prosesi təhlil edək…

Karbon atomu nəhəng ulduzların nüvəsində iki mərhələli proses nəticəsində əmələ gəlir. Əvvəlcə, iki helium atomu birləşir və beləcə, ortaya dörd protona və dörd neytrona malik ara element çıxır. Bu ara element berillium adlanır. Üçüncü helium da berilliuma birləşdikdə altı protonlu və altı neytronlu karbon atomu əmələ gəlir.

Birinci mərhələdə əmələ gələn berillium Yer kürəsindəki berilliumdan fərqlidir. Elementlərin dövri cədvəlində yerləşən normal berilliumun bir dənə artıq neytronu var. Qırmızı nəhənglərin nüvəsində əmələ gələn berillium isə fərqlidir. Buna kimyada izotop deyilir. Mövzunu tədqiq edən fiziklər qırmızı nəhənglərin nüvəsində əmələ gələn berillium izotopunun anormal dərəcədə qeyri-sabit olmasına uzun illər boyu təəccübləniblər. O qədər qeyri-sabitdir ki, əmələ gəldikdən 0.000000000000001   (10-15) saniyə qədər qısa müddətdə parçalanır!

Bəs necə olur ki, əmələ gəldiyi anda məhv olan berillium izotopu karbona çevrilir? Berillium izotopunu karbona çevirən helium atomu təsadüfən birləşir? Əlbəttə, belə bir şey mümkün deyil. Bu, təsadüfən üst-üstə düşdükdə 0.000000000000001 saniyə ərzində bir-birini itələyən iki kərpicin üstünə bunlar parçalanmadan üçüncü kərpicin də əlavə olunması və bu şəkildə ortaya bina çıxması kimi, hətta bundan da mümkünsüz prosesdir.

Pol Devis bu möcüzəvi prosesi belə izah edir:

“Yer üzündəki canlılar üçün həyati əhəmiyyəti olan karbon elementi kainatda külli miqdarda yalnız bir təsadüf sayəsində mövcud olur. Karbon nüvəsi böyük ulduzların mərkəzində üç helium nüvəsinin ard-arda çox həssas proses nəticəsində bir-biri ilə birləşməsi nəticəsində əmələ gəlir. Üç nüvənin qarşılaşması nadir hal olduğuna görə, bu reaksiya məhsuldar sürətdə ancaq rezonans adlanan çox yaxşı müəyyən edilmiş enerji səviyyəsində baş verə bilər. Bu səviyyələrdə reaksiya kvant təsiri ilə böyük ölçüdə sürətlənir. “Yaxşı təsadüf əsəri” olan bu rezonanslardan biri helium nüvəsinin böyük ulduzlardakı enerjisinə tam uyğun şəkildə tənzimlənmişdir”. Paul Davies, “The Unreasonable Effectiveness of Science”, Evidence of Purpose, edited by John Marks Templeton, 1994, The Cotinuum Publishing Company, New York, səh.49.

 

Təsadüfən baş verməsi qeyri-mümkün olan bu prosesi Pol Devis materializmə kor-koranə inandığına görə “yaxşı təsadüf”, “bir təsadüf” kimi mənasız, məntiqsiz ifadələrlə tərif edir. Prosesin açıq-aydın möcüzə olduğunu özü də gördüyü və bu prosesi heyrətlə izah etdiyi halda, Devis məhz yaradılışı inkar etmək üçün “yaxşı təsadüflər” kimi elmdən və ağıldan kənar açıqlamalar verir.

Qırmızı nəhənglərdə qoşa rezonans adlanan möcüzə baş verir. İki heliumun rezonansla birləşdiyi anda əmələ gələn berillium 0.000000000000001 saniyədə üçüncü heliumla rezonans edərək birləşir və karbonu əmələ gətirir. Bu, normal halda, qeyri-mümkün olan prosesdir.

Corc Qrinşteyn qoşa rezonansın nə üçün qeyri-adi mexanizm olduğunu belə izah edir:

“Bu hekayədə bir-birindən fərqli 3 maddə (helium, berillium və karbon) ilə bir-birindən fərqli iki rezonans var. Bu atom nüvələrinin nə üçün bu qədər uyğun şəkildə işlədiyini anlamaq çox çətindir… Başqa nüvə reaksiyaları buradakı kimi … təsadüflər zənciri ilə işləmirlər… Bu, bir velosiped, bir avtomobil və bir yük maşını arasında çox dərin və kompleks rezonanslar kəşf etmək kimi bir şeydir. Nə üçün bir-biri ilə əlaqəsi olmayan maddələr bir-birlərinə uyğunlaşırlar? Bizim və kainatdakı bütün həyat formalarının varlığı bu qeyri-adi proses sayəsində mümkün olmuşdur”. George Greenstein, The Symbiotic Universe, səh. 43-44.

Göründüyü kimi, bu qeyri-adi yaradılış möcüzəsi qarşısında materialist elm adamı olan Qrinşteyn də qeyri-adi təsadüflər zənciri kimi elmdən uzaq açıqlama verir. Nəhəng ulduzların nüvəsində karbon atomunun əmələ gəlməsini velosiped, avtomobil və yük maşını arasında dərin və kompleks rezonanslar olması kimi öz-özünə təsadüfən əmələ gəlməsi mümkünsüz prosesə bənzədən Qrinşteyn materialist düşüncə tərzinə görə bunun açıq-aydın yaradılış möcüzəsi olduğunu ifadə edə bilmir.

Sonrakı illərdə oksigen kimi digər bəzi elementlərin də bu cür qeyri-adi rezonanslarda əmələ gəldiyi aşkar edilmişdir. Bu qeyri-adi prosesləri ilk dəfə kəşf edən Fred Hoyl isə “Qalaktikalar, nüvələr və kvazarlar” (Galaxies, Nuclei and Quasars) adlı kitabında bunların təsadüf olmayacaq qədər planlı proses olduğu nəticəsinə gəlmiş və qatı materialist olmasına baxmayaraq, kəşf etdiyi qoşa rezonansın “tənzimlənmiş proses” olduğunu qəbul etmişdir (Paul Davies. The Final Three Minutes, New York: BasicBooks, 1994, səh. 49-50 (Hoyldan sitat)).

Başqa bir məqaləsində isə belə yazır:

“Əgər ulduz nukleosintezi (atom nüvəsi birləşməsi) yolu ilə karbon və ya oksigen əmələ gətirmək istəsəniz, iki ayrı əyarı tənzimləməlisiniz. Və həmin əyar məhz hal-hazırda ulduzlarda mövcud olan əyardır… Həqiqətlərin ağıl süzgəcindən keçirilməsi göstərir ki, üstün bir Ağıl fizikaya, kimyaya və biologiyaya müdaxilə etmişdir və təbiətdə varlığından söz etməyə dəyən şüursuz qüvvələr yoxdur. Həqiqətlərin hesablanması ilə ortaya çıxan rəqəmlər o qədər ağlasığmazdır ki, məni bu nəticəni mübahisəsiz qəbul etməyə vadar edir”. Paul Davies. The Accidental Universe, Cambridge: Cambirdge University Press, 1982, səh. 118 (Hoyldan sitat).

Hoyl bu möcüzəvi prosesdən o qədər təsirlənmişdir ki, digər elm adamlarının da bu açıq həqiqətə etinasız yanaşmayacaqlarını belə vurğulamışdır:

“Dəlilləri təhlil edən hər hansı elm adamı bu nəticəyə gəlməyə bilməz: ulduzların içində baş verən nəticələr nəzərə alındıqda nüvə fizikası qanunları məqsədli nizamlanmışdır”. Fred Hoyle, Religion and the Scientists, London: SCM, 1959; M. A. Corey, The Natural History of Creation, Maryland: University Press of America, 1995, səh. 341.

 

 

 

 

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)