Elektrik yüklərindəki uyğunluq
Proton elektrondan həcm və kütlə cəhətdən böyükdür. Protonun kütləsi elektronun kütləsindən 1835 dəfə böyükdür. Əgər konkret bir müqayisə aparsaq aralarındakı fərq insanla fındıq dənəsi arasındakı fərq qədər olacaqdır. Yəni elektronla protonun fiziki quruluşu bir-birinə bənzəmir.
Lakin maraqlıdır ki, bu iki fərqli zərrəciyin elektrik yükü bir-birinə tam uyğundur! Biri müsbət, digəri isə mənfi elektrik yüklüdür, ancaq bu yüklərin gücü bir-birinə tamamilə bərabərdir. Bunun sayəsində atomun elektrik yükü tarazlanır. Halbuki, bu yüklərin bərabər olmasını vacib edən heç bir səbəb yoxdur. Əksinə, fiziki cəhətdən elektronun elektrik yükü kütləsi ilə mütənasib olaraq protonun elektrik yükündən az olmalıdır.
Bəs proton və elektronun elektrik yükü bərabər olmasaydı, nə baş verərdi?
Bu təqdirdə, kainatdakı bütün atomlar protonun artıq müsbət yükünə görə müsbət elektrik yüklü olardı. Nəticədə də kainatdakı bütün atomlar bir-birini itələyərdi.
Bəs belə olsa, nə baş verərdi? Kainatdakı atomların hamısı bir-birini itələsəydi, nələr olardı?
Qeyri-adi şeylər baş verərdi. Əvvəla, sizin bədəninizdə baş verəcək dəyişikliklərdən başlayaq. Atomlarda dəyişiklik baş verdiyi anda bu jurnalı tutan əlləriniz və qollarınız parçalanar. Təkcə əlləriniz və qollarınız deyil, gövdəniz, ayaqlarınız, başınız, gözləriniz, dişləriniz, qısası, bütün bədəniniz parçalanar. İçində oturduğunuz otaq, pəncərədən görünən dünya da bir anda havaya uçar. Yer üzündəki bütün dənizlər, dağlar, Günəş sistemindəki bütün planetlər və kainatdakı göy cisimləri eyni anda sonsuz hissələrə parçalanıb məhv olar. Bir daha kainatda gözlə görünən heç bir cisim olmaz. Kainat bir-birini daima itələyən atomlardan ibarət olar.
Bəs bu mütləq fəlakətin baş verməsi üçün elektron və protonun elektrik yüklərində nə qədər fərq olmalıdır? 0.01 fərq olsa, yenə də bu fəlakət baş verərmi? Yoxsa kritik hədd 0.001-dirmi? Professor Corc Qrinşteyn “Simbioz kainat” adlı kitabında belə yazır:
“Əgər iki elektrik yükü bir-birindən 100 milyardda 1 nisbətində fərqlənsəydi, bu, insanlar, daşlar kimi kiçik cisimlərin parçalanması üçün kifayət edərdi. Yer və Günəş kimi daha böyük cisimlər isə bu müvazinətə daha həssasdır. Göy cisimləri üçün lazım olan müvazinət milyard dəfə milyardda 1-dir”. (George Greenstein, The Symbiotic Universe, s. 64-65)
Saylarındakı uyğunluq
Kainatdakı protonların sayının elektrona nisbəti də mühüm miqdardadır. Bu miqdar kütlə cazibə qüvvəsi ilə elektromaqnit qüvvəsi arasındakı həssas müvazinəti təmin edir. Kainatın yaşı hələ 1 saniyədən də az ikən antiprotonlar əks zərrəcikləri olan bərabər saydakı protonu məhv edir və hazırkı kainatın quruluş vahidi olan müəyyən saydakı proton qalır. Eyni proses elektronlarla pozitronlar (antielektronlar) arasında da baş verir. Təəccüblüdür ki, qalan protonlar və elektronlar 1037-də 1 qədər kiçik fərqlə eyni saydadır.
Bu bərabərlik isə kainatdakı elektromaqnit müvazinətinin təmin edilməsində mühüm ünsürdür. Çünki elektron və ya protonların sayındakı fərq eyni elektrik yüklü zərrəciklərin bir-birini itələməsinə və bir-birindən uzaqlaşmasına səbəb olardı. Bu isə kainatdakı subatom zərrəciklərin atomları, maddəni və bütün göy cisimlərini əmələ gətirmək üçün bir-biri ilə birləşməsinə mane olardı. Nəticədə isə qalaktikalar, ulduzlar, planetlər əsla mövcud olmazdı. Təbii ki, həyat üçün ən uyğun planet olan Yer kürəsi də…
Ağlasığmaz ehtimal
Bütün fiziki kəmiyyətləri birlikdə düşündükdə bizə həyat imkanı verən belə bir kainatın təsadüfən əmələ gəlməsi ehtimalı nə qədərdir? Milyard dəfə milyardda 1-mi? Yaxud trilyard dəfə trilyarda dəfə trilyardda bir ehtimalmı? Yaxud daha kiçik rəqəmmi?
Bu rəqəmi Stiven Hokinqin yaxın həmkarı, məşhur ingilis riyaziyyatçı professor Rocer Penrouz hesablayıb. Bütün fiziki kəmiyyətləri, bunların neçə fərqli şəkildə düzüləcəyini nəzərə almış və canlıların yaşaması üçün uyğun mühitin əmələ gəlməsinin Biq Bənqin digər mümkün nəticələri arasında neçə ehtimal olduğunu müəyyən etmişdir.
Penrouzun tapdığı ehtimal budur: 10 üstü 123-də 1 ehtimal! Bu rəqəmin nə məna ifadə etdiyini düşünmək belə çətindir. Riyaziyyatda 10123 rəqəmi 1 sayının yanına 123 sıfır qoymaqla yazılır (bu, kainatdakı bütün atomların sayının cəmindən, yəni 1078-dən də böyük astronomik rəqəmdir). Ancaq Penrouzun tapdığı rəqəm bundan da böyükdür. Çünki Penrouzun tapdığı rəqəm 1 rəqəminin yanına 10123 ədəd sıfırın yazılması ilə əmələ gəlir.
Bu rəqəmi bir neçə misalla açıqlaya bilərik: 103 1000 sayını ifadə edir. 10 üstü 103 isə 1 rəqəminin yanına 1000 ədəd sıfırın qoyulması ilə əmələ gəlir. 1 rəqəminin yanına 9 sıfır qoysaq, bir milyard edər. 12 dənə sıfır qoysaq, 1 trilyon edər. Ancaq burada 1 rəqəminin yanına 10123 dənə sıfır qoymalıyıq ki, bunun da riyaziyyatda bir adı yoxdur.
Riyaziyyatda 1050-də 1-dən kiçik ehtimallar sıfır ehtimal hesab olunur. Ancaq bu rəqəm 1050-də 1-dən trilyard dəfə, trilyard dəfə, trilyard dəfə böyükdür. Qısası, bu rəqəm kainatın təsadüflə açıqlanmasının qeyri-mümkün olduğunu göstərir. Professor Penrouz ağılın hüdudlarını aşan bu rəqəm haqqında belə deyir:
“Bu rəqəm, yəni 10 üstü 10123-də 1 ehtimal, Yaradanın məqsədinin nə qədər qəti və müəyyən olduğunu bizə göstərir. Bu, həqiqətən, qeyri-adi rəqəmdir. Heç kim bunu təbii rəqəmlər şəklində belə yazmağı bacarmaz, çünki 1 rəqəminin yanına 10123 dənə sıfır qoyulmalıdır. Kainatdakı bütün proton və neytronların üzərinə bir ədəd sıfır yazsa belə yenə də bu sayı əldə etməkdən çox-çox uzaq qalacaqdır” (Roger Penrose, The Emperor’s New Mind, 1989; Michael Denton, Nature’s Destiny, The New York: The Free Press, 1998, s. 9.)
Yaşadığımız kainatın əmələ gəlməsi ilə bağlı riyazi cəhətdən ifadə edilməyəcək qədər yüksək sayda ehtimal arasından məhz lazımi ehtimalın ən mükəmməl şəkildə baş verməsi yaradılışın açıq-aşkar dəlilidir. Şübhəsiz ki, belə qüsursuz kainatda yaşamağımız kortəbii təsadüflərin, şüursuz atomların verdiyi qərarların, əmələ gətirdiyi nizamın əsəri deyil. Bütün kainat, içindəki qüsursuz sistemlər, canlı və cansız varlıqlar aləmlərin Rəbbi olan Allah`ın qüsursuz yaratması ilə mövcud olmuşdur.
Leave a Reply