»Fosillər « Bölməsi üzrə arxiv

Canlılar yer üzündə birdən-birə möcüzəvi şəkildə üzə çıxıblar

Canlıların təsadüfən əmələ gəlməsinin bioloji cəhətdən qeyri-mümkün olması ilə yanaşı, arxeoloji tapıntılar da bizə canlıların yer üzündə ani şəkildə üzə çıxdığını göstərir.

Yerin təbəqələri və fosil qeydləri tədqiq olunduqda yer üzündəki canlı həyatın birdən-birə üzə çıxdığı məlum olur. Kompleks canlı varlıqların fosillərinə rast gəlinən ən dərin təbəqə 520-530 milyon il yaşı olan Kembri təbəqəsidir.

Kembri süxurlarında tapılan fosillər ilbizlər, trilobitlər, süngərlər, soxulcanlar, meduzalar, dəniz ulduzları, dəniz qabıqlıları, dəniz lalələri kimi kompleks onurğasız canlı növlərinə aiddir. Maraqlıdır ki, bir-birindən çox fərqlənən bu növlərin hamısı bir anda üzə çıxır. Ona görə, geoloji ədəbiyyatda bu möcüzəvi hadisə Kembri partlayışı adlanır.

Bu təbəqədəki canlıların əksəriyyətinin müasir nümunələrindən heç bir fərqi olmayan, göz, qəlsəmə, qan-damar sistemi kimi kompleks sistemləri, ali fizioloji formaları var. Məsələn, trilobitlərin fasetli gözləri (bir çox həşəratın ayrı-ayrı sadə gözlərdən ibarət mürəkkəb gözlər) yaradılış möcüzəsidir. Harvard, Roçester və Çikaqo Universitetlərindən Geologiya professoru Devid Raup: “Trilobitlərin gözü ancaq dövrümüzün yaxşı təhsil almış, son dərəcə bacarıqlı optika mühəndisi tərəfindən düzəldiləcək dizayna malikdir”, -deyir. (David Raup, “Conflicts Between Darwin and Paleontology”, Bulletin, Field Museum of Natural History, cild 50, yanvar 1979, səh. 24). davamı »

Fosillər

Dələ kəlləsi

Dövr: Oliqosen

Yaşı: 36 milyon il

Bölgə: Si Çuan, Çin

Darvinizmə əsasən, fosilləri tapılmış kəllə sümükləri və digər qalıqlar dövrümüzdəki canlılardan çox fərqli olmalı idi. Fosil qeydlərində bütün canlıların təkamül keçirməkdə olan formaları ilə qarşılaşmalı, məsələn, yarıbalıq-yarısürünən, yarısürünən-yarıməməli bir çox canlının izi tapılmalı idi. Dövrümüzdə yaşayan dələ ilə eyni deyil, dələyə bənzəyən, ancaq hələ dələyə çevrilməmiş qəribə varlıqların fosilləri tapılmalı idi. davamı »

Milyonlarla il ərzində dəyişilməyən canlılara aid qalıqlar: fosillər

FOSİL NƏDİR?

Fosil uzun illər əvvəl yaşamış canlıların quruluşlarının təbii şərtlər altında qorunaraq dövrümüzə gəlib çatan izidir. Fosillər bəzən canlı orqanizminin bir hissəsinin, bəzən də canlının həyatda ikən qoyduğu izlərin (buna iz fosil deyilir) dövrümüzə gəlib çatmasıdır. Ölmüş heyvan və bitkilərin çürümədən, qorunaraq yer qabığının bir hissəsinə çevrilməsi ilə fosil əmələ gəlir. Fosilləşmənin baş verməsi üçün heyvan və ya bitkinin üzəri  palçıq təbəqəsi ilə örtülməli və sonra  ani və sürətli şəkildə gömülməlidir. Bu gömülməni, əsasən, kimyəvi proses izləyir. Bu prosesdə baş verən mineral dəyişikliklə canlı və ya bitki orqanizm qorunmuş olur. davamı »

Bölmə: Fosillər  Açar sözlər: , , , ,  Bir Şərh