Atomları və molekulları birləşdirən müxtəlif kimyəvi rabitələr var. Bu rabitələr ion, kovalent və hidrogen rabitəsi olmaqla 3 qrupa bölünür. Kovalent rabitələr zülalların quruluş vahidi olan amin turşularındakı atomları birləşdirir. Hidrogen rabitələri isə amin turşusu zəncirini xüsusi üçölçülü formada saxlayır. Yəni əgər hidrogen rabitələri olmasa, amin turşuları birləşərək zülalları əmələ gətirsələr də, bu zülallar üçölçülü funksional formalarını ala bilməz. Zülalların olmadığı mühitdə isə həyat olmaz.
Maraqlıdır ki, həm kovalent, həm də hidrogen rabitələri üçün lazım olan temperatur intervalı yer üzünün temperatur intervalıdır. Halbuki, hidrogen rabitələri ilə kovalent rabitələrin quruluşu və xüsusiyyətləri bir-birindən tamamilə fərqlənir.
Buna baxmayaraq, hər iki kimyəvi rabitə ancaq yer üzündəki dar temperatur intervalında qurula bilir. Əgər kovalent rabitələrlə hidrogen rabitələri müxtəlif temperatur intervalında qurulsaydı, canlı zülalları əmələ gəlməzdi. Çünki zülalların əmələ gəlməsi bu iki kimyəvi rabitənin eyni anda qurulmasından asılıdır. Yəni amin turşusu zəncirini əmələ gətirən kovalent rabitə üçün lazım olan temperatur intervalı hidrogen rabitəsi üçün uyğun olmasaydı, zülal üçölçülü formaya düşməz, amin turşusu zənciri də lazımsız molekul olaraq qalardı. Eyni şəkildə, hidrogen rabitəsi üçün lazım olan temperatur intervalında kovalent rabitə qurulmasaydı, amin turşuları birləşə bilməz və zülal əmələ gəlməzdi. davamı »