»Planetimiz « Bölməsi üzrə arxiv

Günəş sisteminin qalaktikadakı yeri

Möhtəşəm müvazinəti və ölçüləri ilə yanaşı, Günəş sisteminin Südyolu qalaktikasındakı yeri də qüsursuz yaradılışın nəticəsidir. Orbit qalaktikanın mərkəzindən çox uzaqda, spiral qollardan kənarda yerləşir.

Məlum olduğu kimi, Südyolu qalaktikası spiralvarıdır. Spiralvarı qalaktikalardakı ulduzlar və göy cisimləri qabarıq yuvarlaq mərkəzi və bu mərkəzdən kənara doğru eyni səviyyədə və eyni bucaq altında qıvrılan qolları əmələ gətirəcək şəkildə yerləşirlər. Mərkəzdən çıxan spiral qolların arasında qalan kosmik boşluqda bəzi ulduz sistemləri yerləşir, ancaq bunların sayı həddindən artıq azdır. Bizim Günəş sistemimiz də spiral qolların arasında yerləşən nadir ulduz sistemlərindən biridir.

Bəs Günəş sisteminin spiral qolların arasında olması nə üçün bu qədər vacibdir? 

Əvvəla, yerləşdiyimiz mövqeyə görə spiral qollardakı qazlar və tozlardan uzaq, təmiz, aydın kosmosu görürük. Əgər spiral qollardan birinin içində olsaydıq, belə təmiz, aydın kosmosu görməzdik. Professor Maykl Denton “Təbiətin taleyi” (Nature`s Destiny) adlı kitabında belə yazır:

Çox təəccüblüdür ki, kainat təkcə bizim həyatımıza və bioloji ehtiyaclarımıza deyil, eyni zamanda, bizim onu anlamamıza da həddindən artıq uyğundur… Günəş sistemimizin bir qalaktik qolun kənarında yerləşməsi bizim gecələr göy üzünü tədqiq edərək uzaq qalaktikaları görməyimizi və kainatın ümumi quruluşu haqqında məlumat əldə etməyimizi təmin edir. Əgər qalaktikanın mərkəzində yerləşsəydik, əsla spiralvarı qalaktikanın quruluşunu müşahidə edə bilməz və ya kainatın quruluşu haqqında məlumat əldə edə bilməzdik. (Michael Denton, Nature’s Destiny, s. 262) davamı »

Kainatın yaradılışındakı möcüzələr

Partlayışdan qeyri-adi nizama

Yaşadığımız kainatın təqribən 15 milyard il əvvəl bir nöqtədə meydana gələn böyük partlayış ilə əmələ gəldiyi və genişlənərək indiki formasını aldığı bu gün bütün elm dünyası tərəfindən təsdiqlənən faktdır. Kosmik fəza, qalaktikalar, planetlər, Günəş, Yer, qısası, kainatı təşkil edən bütün göy cisimləri “Biq Bənq” adlanan böyük partlayışla meydana gəlmişdir.

Burada çox böyük sirr var: Biq Bənq partlayış olduğuna görə, bu partlayışdan sonra maddə atom və subatom zərrəciklər şəklində kosmik fəzada kortəbii şəkildə yayılmalı idi. Lakin belə olmamışdır, əksinə, çox sistemli, nizamlı kainat meydana gəlmişdir. Kortəbii şəkildə yayılan maddənin kainatın müəyyən hissələrində toplanıb qalaktikaları, ulduzları və ulduz sistemlərini əmələ gətirməsi elm adamlarının təbiri ilə desək, buğda anbarına atılan əl bombasının buğdaları nizamla bağlamalar şəklində toplayıb üst-üstə yığması qədər, hətta bundan daha da qeyri-adi vəziyyətdir.

Biq Bənq nəzəriyyəsinə uzun illər qarşı çıxmış prof. Fred Hoyl təəccübünü belə ifadə edir:

“Biq Bənq nəzəriyyəsi kainatın bir böyük partlayışla əmələ gəldiyini qəbul edir. Ancaq bildiyimiz kimi, partlayışlar maddəni parçalayır və nizamsız hala salır. Halbuki, Biq Bənq sirli şəkildə bunun tam əksinə təsir meydana gətirib: maddəni bir-biri ilə birləşdirmiş və qalaktikaları əmələ gətirmişdir”. (Fred Hoyle, The Intelligent Universe, London, 1984, s. 184-185.) davamı »

Minimal bakteriya genomunun kompleksliyi həyatın Allah tərəfindən yaradıldığını sübut edir

Hüceyrənin mənşəyini axtarmağın mahiyyəti

Həyatın təkamül prosesi nəticəsində formalaşdığını müdafiə edən alimlərə görə bundan dörd milyard il əvvəl Yerin ibtidai atmosferində bəzi cansız kimyəvi maddələr reaksiyaya girmiş, ildırımların, yeraltı təkanların təsiri də buna qarışmış və təsadüfən ilk canlı hüceyrə meydana gəlmişdir. davamı »

“Adaptasiya” yanılmasına qarşı xəbərdarlıq

Bu başlıqda üzərində yaşadığımız yer kürəsi planetinin həyat üçün xüsusi olaraq yaradıldığını və bütün xüsusiyyətlərinin bu məqsəd əsasında təşkil olunduğunu araşdıracağıq. Lakin bundan əvvəl, mövzunun doğru şəkildə aydınlaşması üçün xatırlatma etməkdə fayda var. davamı »

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

Məşhur biokimyaçı prof. A.E.Nidham (A.E.Needham) “Bioloji materialların bənzərsizliyi” (The Uniqueness of Biological Materials) adlı kitabında həyatın olması üçün mütləq maye maddələrin mövcud olmasının zəruri olduğunu izah edir. Əgər maddə ancaq bərk və qaz halda olsaydı, həyat əsla olmazdı. Çünki bərk maddələrdəki atomlar çox sıx və sabitdir, bu isə canlı orqanizmlərin həyata keçirdiyi proseslərdə dinamik molekulyar proseslərə imkan vermir. Qazlarda isə atomlar sabit deyil, sərbəst şəkildə uçuşurlar və bu şəkildə canlı orqanizmlərin kompleks mexanizmləri işləyə bilməz.

Qısası, həyat üçün zəruri proseslərin həyata keçirilməsi üçün maye mühit olmalıdır. Yeganə ideal maye sudur. Suyun həyat üçün qeyri-adi dərəcədə uyğun xüsusiyyətlərdə olması qədim dövrdən bəri elm adamlarının diqqətini cəlb edib. Suyun ümumi təbii qanunlara zidd kimi görünən bəzi termal xüsusiyyətləri də bu maddənin həyat üçün xüsusi yaradıldığını göstərir. davamı »

Bölmə: Planetimiz  Şərh yaz

YER KÜRƏSİNİN ÖLÇÜSÜ VƏ DAXİLİ QURULUŞUNDAKI İDEAL RƏQƏMLƏR

Yer kürəsi ilə Günəş arasındakı məsafə, fırlanma sürəti və yer üzünün landşaftı qədər ölçüsü də mühüm əhəmiyyət kəsb edir. Yer kürəsi canlıların mövcud olması və yaşaması üçün məhz lazımi ölçüdədir.

Yer kürəsini kütləsinin 8%-ini təşkil edən Merkuri və ya Yerdən 318 dəfə böyük olan Yupiterlə müqayisə etdikdə planetlərin müxtəlif ölçülərdə olduğunu görürük. Aydındır ki, bu qədər müxtəlif ölçüyə malik planetlər arasında Yer kürəsinin təsadüfən məhz lazımi ölçüdə olması qeyri-mümkündür.

Yerin nüvəsindəki ağır elementlərin növü, miqdarı və reaksiya sürəti Yeri əhatə edən qoruyucu maqnit sahəsinin əmələ gəlməsində mühüm rol oynayır. Bu maqnetik qalxan Yer kürəsini kosmosdan gələn zərərli şüalar və maddələrdən qoruyur.

Yerin xüsusiyyətlərini təhlil etdikdə yaşadığımız planetin məhz lazımi ölçüdə olduğunu görürük. Amerikalı geoloqlar Frank Press və Reymond Siver Yerin bu cəhətdən uyğun olması haqqında belə məlumat verirlər: davamı »

Bölmə: Planetimiz  Şərh yaz

Yerin özünəməxsus temperatur intervalı

Amerikalı geoloqlar Frank Press və Reymond Siver Yer səthinin temperaturundakı incə əyara diqqət çəkirlər. Geoloqlar bildirirlər ki, həyat sadəcə məhdud temperatur intervalında mümkündür və bu temperatur intervalı Günəşin temperaturu ilə mütləq sıfır arasındakı ehtimal olunan temperaturların təqribən 1%-ini təşkil edir. Yerin temperaturu məhz bu dar intervaldadır. (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, s. 4)

Bu temperatur intervalının qorunması, əlbəttə, Günəşlə Yer arasındakı məsafə qədər Günəşin yaydığı istilik enerjisi ilə də yaxından əlaqədardır. Hesablamalara əsasən, Yerə gələn Günəş enerjisində 10% azalma olsa, yer üzü metrlərlə qalınlıqda buzlaq təbəqələri ilə örtülər. Enerji bir az artıq olduqda isə bütün canlılar yanaraq ölər.

Yerin ideal temperaturunun planetdə mütənasib paylanması da vacibdir. Bu müvazinətin tənzimlənməsi üçün bəzi xüsusi tədbirlər görülmüşdür. Məsələn, Yerin oxunun 23 dərəcə, 27 dəqiqə maili olması qütblərlə ekvator arasında atmosferin əmələ gəlməsinə mane olan ifrat temperaturun qarşısını alır. Əgər Yerin oxu maili olmasaydı, qütb bölgələri ilə ekvator arasındakı temperatur fərqi artar və həyat üçün əlverişli atmosfer əmələ gəlməzdi. davamı »

Bölmə: Planetimiz  Şərh yaz

Alimlər Günəş haqqında yeni məlumatlar əldə etdi

NASA-nın IRIS (Interface Region Imaging Spectrograph) elmi-tədqiqat aparatı günəş atmosferi haqqında yeni məlumatlar əldə etdi. Bu barədə NASA-nın rəsmi saytı məlumat yaydı. Yeni məlumatlara əsasən, günəş tacının səthə nisbətən daha çox qızdığı və bunun da “günəş küləyi” adlandırılan hissəciklərin fasiləsiz olaraq yaymasına səbəb olduğu məlum oldu.

Aparat günəş atmosferində indiyə qədər məlum olan aşağı temperatura malik nahiyyələrdən 93000 °C daha aşağı temperatura malik nahiyələr aşkara çıxarıb. Alimlər qısa zaman kəsiyində buraxdığı enerji həcminə görə bu nahiyələri “günəş istilik bombaları” adlandırıblar. Gözlənilmədən istilik buraxan bu enerji mənbələrinin aşkara çıxarılması bütün günəş atmosferinin qızmasının mexanizmlərinin daha dərindən anlamağa yardım edəcək. davamı »

Planet formalaşmasının ən dəqiq fotoşəkili çəkilib

“Alma” radioteleskopu körpə ulduzun ətrafında əmələ gələn planetlərin indiyə qədərki ən dəqiq görüntüsünü çəkib.

BBC-nin verdiyi xəbərə əsasən, teleskopun çəkdiyi fotoşəkildə hələ bir milyon yaşı olmayan, Buğa bürcündə yerləşən “HL Tau” ulduzunu əhatə edən böyük toz və qaz buludundakı tünd halqa formasındakı boşluqları orbitdəki körpə planetlər əmələ gətirir.

Yer kürəsindən 450 işıq ili uzaqlıqda, mərkəzi “HL Tau” ulduzu olan bu proses “Alma” radioteleskopunun yeni yüksək meqapikselli xüsusiyyətləri sayəsində görüntülənib.

Elm adamları teleskopun yeni xüsusiyyətlərini sınaqdan keçirərkən antenaların “HL Tau”ya istiqamətlənib və planetlərin formalaşma prosesini çox təfərrüatlı şəkildə izləyiblər.

Oksford Universitetində astrofizik Apracita Verma görüntünü qeyri-adi səciyyələndirib.

 

 

www.trthaber.com

Bölmə: Planetimiz  Şərh yaz

Yerdəki ən böyük meteorit kraterinin Avstraliyada olduğu kəşf edilmişdir

Endryu Qliksonun (Andrew Glikson) rəhbərliyi ilə Avstraliya Milli Universitetinin əməkdaşları Avstraliyanın Kvinslend, Cənubi Avstraliya və Şimal Ərazi ştatlarının sərhədlərində geotermik aktivliyin planlı tədqiqatını aparmışlar. Bu məqsədlə 3 km dərinlikdə qazıntılar aparılarkən güclü zərbənin təsirindən şüşəyə çevrilmiş dağ süxurlarının izlərinə rast gəlmişlər.

Sonrakı tədqiqatlarda bu nahiyədə zərbənin təsirindən eni 190 km olan və 30 km dərinliyə qədər nüfuz etmiş iki kraterin mövcudluğu aşkara çıxarılmışdır.

Zərbənin təsir dairəsi ümumi olaraq 400 km təşkil edir. Bu da alimlər tərəfindən bəzi növ canlı növlərinin, o cümlədən dinozavrların kütləvi tələfinə səbəb olduğu hesab edilən Meksikanın Yukatan yarımadasına düşmüş asteroidin zərbəsindən yaranmış Çiksulub kraterindən azı 4 dəfə böyükdür. davamı »