»Təbiət və Texnologiya « Bölməsi üzrə arxiv

DÜNYANI BÜRÜYƏN SİMMETRİK VƏ ESTETİK FORMA: KRİSTAL

  • Kristal necə əmələ gəlir?
  • Kristal formanı parçalamaq nə üçün çətindir?
  • Kristalın quruluşu pozulsa, nə baş verər?

Kristal sözünü eşitdikdə çox vaxt insanların zehnində “kristal vaza” yaxud “qar kristalları” canlansa da, kristallar insan həyatının molekulyar səviyyədə hər sahəsində mövcud olan, elm adamlarını heyran edən qüsursuz sənət əsərləridir. Bu mükəmməlliyin sirri isə bir çox mütəxəssisin uzunmüddətli cəhdləri nəticəsində yaxın dövrdə açılmışdır. Gözlə görünməyən bu qüsursuz formanı dərindən tədqiq edən elm adamları uca Rəbbimizin yaratma elmini göstərən həndəsi sənətlə qarşılaşıblar.

3 sm-in milyonda biri qədər hissədə əmələ gələn, bir bərk maddənin toz şəklində ən kiçik zərrəciklərində belə mövcud olan möhtəşəm nizama malik kristallar həyatımızın hər sahəsində mövcuddurlar. Yer üzünün bərk qabığı qüsursuz nizama malik atomların təşkil etdiyi kristal səthdir. Ona görə, insanın ayaq basdığı hər yerdə düzgün həndəsi formalarla bir-birinə birləşən simmetriya və estetika hakimdir. Bəzi insanlar bu üstün sənəti adi gözlə görmədiklərinə görə yanılırlar. davamı »

Asfaltı təmir edən beton icad edilib

İngiltərədə Kembric, Bat və Kardif universitetlərinin ortaq fəaliyyəti ilə öz-özünü təmir edən beton icad edilib.

Tərkibində xüsusi bakteriya növü olan betondan hazırlanacaq asfaltlar yollarda tədricən əmələ gələn çatları təmir edərək öz-özünü yeniləyə biləcək.

Betona qarışdırılan xüsusi bakteriya yağış suyu ilə birləşdikdə əhəngdaşına çevrilir və asfaltda əmələ gələn boşluqları doldurur.

Bu maddənin daha da təkmilləşdirilib inşaat sahəsində istifadə edilməsi nəzərdə tutulur.

MAĞARALARDA İNKİŞAF ETMİŞ İNCƏSƏNƏT

Təkamülçülər guya meymunabənzər insanların Avropada bundan təqribən 30-40 min il əvvəl, Afrikada bir az daha qədim dövrdə ani keçid dövrü yaşadıqlarını, beləliklə də, birdən-birə müasir insanlar kimi düşünmək və istehsal etmək qabiliyyəti qazandıqlarını irəli sürürlər. Çünki həmin dövrə aid arxeoloji tapıntılar təkamül nəzəriyyəsi ilə açıqlanması mümkün olmayan dəlillərdir. Darvinist bir iddiaya görə, təxminən 200 min il ərzində dəyişməmiş qalan daş alət texnologiyasının yerini birdən birə daha inkişaf etmiş və sürətlə inkişaf edən əl sənəti texnologiyası tutmuşdur. Guya bir müddət əvvəl ağacdan yerə düşən və müasirləşməyə başlayan xəyali ibtidai insan birdən-birə mahir qabiliyyətlər əldə etmiş, mağara divarlarını oyaraq və ya rəngləyərək heyranedici rəsmlər çəkməyə başlamış, boyunbağı, gərdənlik kimi olduqca estetik bəzək əşyaları düzəltmişlər. Bəs nə oldu ki, belə bir inkişaf yarandı? “Yarı meymun ibtidai varlıqlar” hansı səbəbdən və necə birdən birə incəsənətə meyil göstərdi? Təkamülçü alimlər bunun necə həyata keçdiyini heç bir yolla izah edə bilməzlər, lakin bir neçə fərziyyə irəli sürürlər. Təkamülçü antropoloq Rocer Levin darvinistlərin bu mövzuda keçirdiyi sıxıntını “Müasir insanın mənşəyi” kitabında bu sözlərlə ifadə edir: “Hələ də natamam olan arxeoloji qeydlərin hər baxımdan qeyri-müəyyən olmasına baxmayaraq, alimlər bu sualı fərqli şəkildə cavablandırırlar”. (Roger Lewin, The Origin of Modern Humans, W.H. Freeman and Company, New York, 1993, səh. 148)

davamı »

Alimlər: neandertallar bəzək əşyaları taxırdılar

Ən son tədqiqatlar nəticəsində artıq məlum olmuşdur ki, təxminən 30-200 min il əvvəl yaşamış “neandertal” adlandırılan qədim insanlar nitqə sahib idilər, rəsmlər çəkirdilər, ölülərini dəfn edirdilər, əmək alətləri, silahlar düzəldirdilər.

Ən son tapıntılardan biri də 130 min il yaşında olan boyunbağıdır. Ağquyruq dəniz qartalının caynaqlarından hazırlanmış bu qədim boyunbağı bir daha sübut etdi ki, neandertallar inkişaf etmiş yaradıcı insanlar olublar. Xorvatiyanın Krapina rayonundan tapılmış bu arxeoloji tapıntı elmə 100 ildən çoxdur məlum olmasına baxmayaraq, üzərində ətraflı tədqiqatlar bu yaxınlarda aparılmağa başlanılmışdır.

Hazırda Kanzas Universitetinin Antropologiya fakültəsindən amerikalı antropoloq Devid Freyerlə (David Frayer) birgə Xorvatiyanın Zaqreb Təbiət Elmləri Muzeyinin və Dördüncü Dövr Paleontologiya və Geologiya İnstitutunun əməkdaşları tərəfindən boyunbağı üzərində araşdırmalar və analizlər davam etdirilir. davamı »

İşığın mükəmməl quruluşu

fbcd0a09_658087-bright-sun-light-rays“Günəşdən yayılan şüaların, Yer üzündə həyatın mövcudluğunu dəstəkləmək üçün lazım gələn çox kiçik intervala yerləşdirilmiş olması, həqiqətən çox fövqəladə haldır”.

(Yan Kempbel (Ian Campbell), ingilis fiziki) (1)

Yaşadığımız həyat boyu ən çox gördüyümüz göy cismi Günəşdir. davamı »

Ağcaqanad ağrısız inyeksiyaya ilham mənbəyi olur

images (1)Ağcaqanadların qurbağalara yem olmaqdan əlavə faydaları da var. Osaka Kanzay Universitetinin mexanika mühəndisi Seyci Aoyaqi həmkarları ilə birlikdə ağcaqanadın xortumundan ilham alaraq ağrısız dərialtı iynə icad edib. Bu iynənin ağrısız olması onun xarici səthinin hamarlığından deyil, nahamarlığından qaynaqlanır.

Ağcaqanadın sancdığı yer qaşınır və qaşınma ağcaqanad iynəsini çıxardıqdan sonra başlayır. Bu da həşəratın yeritdiyi antikoaqulyantda olan bakteriyalarla əlaqədardır. İlkin “sancma” demək olar ki, hiss edilmir. Axı bu necə mümkündür? davamı »

KÜLƏKLƏRDƏKİ BİLİNMƏYƏN HİKMƏTLƏR

images (5)Həyatımız boyu hamımızın şahid olduğu, çoxumuz üçün adi hadisə olan küləklər əmələ gəlməsi, təsiri və nəticəsi ilə Allah’ın bir çox hikmətlə yaratdığı böyük nemətdir.

 

Küləklər necə əmələ gəlir?

 

Havanın isinməsi isinən kütlənin genişlənməsinə, beləliklə, hərəkətə keçərək yuxarı qalxmasına səbəb olur. Ancaq yüksələn hava kütləsi atmosferdən kənara çıxa bilmədiyinə görə əvvəlcə şaquli, sonra üfüqi istiqamətdə hərəkət edir. İsinən hava kütləsinin yerini dəyişməsi təzyiqin əmələ gəlməsinə səbəb olur. Lakin atmosfer təzyiqi dünyanın hər yerində eyni deyil, çünki yerin cazibə qüvvəsinə, temperatura və ərazinin hündürlüyünə görə fərqlənir. Bu şəkildə, yüksək və alçaq təzyiq zonaları formalaşır. Atmosferdəki yüksək təzyiq zonalarını təpələrə, alçaq təzyiq zonalarını isə çuxurlara bənzətmək olar. Hava axıcı olduğuna görə, cazibə qüvvəsinin təsiri ilə yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru, sanki yamaclardan axan su kimi hərəkət edir və küləkləri meydana gətirir. davamı »

Bölmə: Təbiət və Texnologiya  Açar sözlər:  Şərh yaz

FERMENTLƏR HƏYATIMIZI NECƏ ASANLAŞDIRIR?

fermentDövrümüzdə təbiətdən ilham alaraq icad olunan bir çox texnologiya məhsulu var. Məsələn, gözə baxıb video və fotokameralar, iynəcədən nümunə götürüb vertolyot dizayn edilmişdir. Fermentlər də son dövrlərdə elm adamlarının bu sahədə nümunə götürdüyü maddələrdən biridir.

Fermentlər hüceyrəni nizamla işləyən çox qabaqcıl miniatür fabrikə çevirən zülallardır.

Bir ferment mikroskopik ölçüdə yüzdən çox quruluş vahidinin  üçölçülü birləşməsindən ibarət kimyəvi möcüzədir. Bu kimyəvi maddənin ikinci möcüzəvi cəhəti isə təbiətdə bizə hazır şəkildə təqdim olunmasıdır. Məhz bu üstünlüklərinə görə, mikroskopik ölçüdəki fermentlərdən müasir sənayedə birbaşa istifadə olunur. davamı »

Səssiz uçan bayquş

images

Maksimum sürəti 320 km/saat olan Yaponiyanın Şinkansen qatarlarının müəyyən sürətə çatana qədər çıxardığı səsin səbəbi təkərlərinin relslər üzərində hərəkətidir. Ancaq sürəti 200 km/saatdan çox olduqda səsin əsl mənbəyi qatarın havanın içində hərəkəti nəticəsində meydana gələn aerodinamik uğultudur. Aerodinamik uğultu hava axınında əmələ gələn hava girdablarından qaynaqlanır. Girdablar böyüdükcə səs də artır.

Bu uğultunu aradan qaldırmaq üçün tədqiqat aparan mühəndislər sürətli, ancaq səssiz uçan bayquşdan nümunə götürüblər. Bayquşun qanadında çoxlu qırışlı çıxıntılar olduğuna görə böyük hava girdabları əvəzinə kiçik girdablar əmələ gəlir və nəticədə bayquş çox səssiz uçur. Yapon mühəndis və dizaynerlərin bayquş qanadlarının bu xüsusiyyətlərini öyrənib texnologiyaya tətbiq etməsi daha səssiz qatarların istehsalına təkan vermişdir.

VİRUSLARA QARŞI “VİP” NANOZƏRRƏCİK METODU

130402nano_particle.hlargeAlimlər virusların törətdiyi infeksiyaları müəyyən etmək və aradan qaldırmaq üçün virusla etiketlənmiş nanozərrəciklərdən istifadə etməyi düşünürlər.

Biologiya və tibb sahəsində nanotexnologiyanın nailiyyətlərindən getdikcə daha çox faydalanmağa başlayan alimlər ürək xəstəliklərinin müalicəsində kök hüceyrələrə nanozərrəcik köçürdükdən sonra indi də viruslarla mübarizədə nanozərrəciklərdən istifadə etməyə hazırlaşırlar.

İsveçrəli tədqiqatçılar orqanizmə daxil olan virusları müəyyən edəcək və onları məhv etmək üçün mübarizə aparacaq nanozərrəciklər hazırlamağa çalışır. İmmun sistemi viruslar bədənə daxil olduqda qarşılaşdığı təhlükəyə aid xüsusi antitellər hasil edir. Antitellər ilə viruslar arasında baş verən mübarizə üç şəkildə nəticələnə bilər: viruslar zərərsiz məhv edilir, müvəqqəti xəstəlik törətdikdən sonra zərərsizləşdirilir və ya ən pis ehtimalla orqanizmdə nəzarətsiz şəkildə yayılırlar. davamı »