»Təkamül Yalanı « Bölməsi üzrə arxiv

“RNT dünyası” tezisinin əsassızlığı

70-ci illərdə ibtidai dünya atmosferinin tərkibində olan qazların amin turşusu sintezini qeyri-mümkün etdiyinin məlum olması kimyəvi təkamül nəzəriyyəsinə böyük zərbə oldu. Stenli Miller, Sidney Foks, Siril Ponnamperuma kimi təkamülçülərin illər boyu keçirdiyi “ibtidai atmosfer təcrübələrinin” hamısının əsassız olduğu məlum olmuşdu. Bu səbəbdən 80-ci illərdə başqa təkamülçü axtarışlar başladı. Bunun nəticəsində əvvəlcə zülalların deyil, zülallar haqqında məlumat daşıyan RNT molekulunun əmələ gəldiyini irəli sürən “RNT dünyası” ssenarisi ortaya atıldı.

1986-cı ildə Harvardlı kimyaçı Volter Cilbert tərəfindən ortaya atılan bu ssenariyə əsasən bundan milyard illər əvvəl necə olubsa, öz-özünü kopyalaya bilən RNT molekulu təsadüfən əmələ gəlib. Sonra bu RNT molekulu ətraf mühitin şərtlərinin təsirilə birdən-birə zülallar hazırlamağa başlayıb. Daha sonra məlumatları ikinci bir molekulda saxlamaq ehtiyacı yaranıb və necə olubsa, DNT molekulu meydana gəlib. davamı »

Darvinizmin Süqutu / Video

davamı »

Riçard Davkins və “Qısqanc Sulfat Turşusu”

Richard Dawkins məşhur təkamülçülərdən biridir və dünya ateizminin bayraqdarı hesab olunur. Davkinsə görə canlıların ən mühüm hədəfi həyatda qalmaq, törəmək və genlərini qoruyaraq növbəti nəsillərə köçürməkdir. Davkinsin heç bir məntiqə sığmayan bu iddiasına görə insan “genləri qoruyan robot”dur. Bu dünyadakı yaranma məqsədi isə sahib olduğu genləri çoxaltmaq, digər genlərlə rəqabətdə öz genlərini qorumaq və sonrakı nəsillərə ötürməkdir. Elmi əsası olmayan bu materialist inanca görə əgər insanın məqsədi sadəcə genlərinin davamlı olmasını təmin etməkdirsə, onda bu insanın heç bir əxlaqi kriteriyası ola bilməz. İnsan genlərinin mənfəəti üçün mümkün olduğu qədər eqoist və mərhəmətsiz olmalıdır. Davkinsin cəhalətinin məhsulu olan bu nəzəriyyəyə görə insanın sahib olduğu genlər eqoist olduğuna görə, insan da eqoistdir.

Halbuki eqoist gen iddiası məntiqsiz və absurddur. Davkins və digər bəzi təkamülçülər genləri sanki şüur və iradə sahibi varlıqlar olaraq izah edirlər. Halbuki genlər uzun DNT zəncirləridir. DNT isə fosfat və şəkər ilə bir-birinə bərkidilmiş uzun nukleotid turşu mərtəbələrindən ibarətdir. Yəni uzun molekullardır. Su (H2O) və ya H2SO4 (sulfat turşusu) molekul olduğu kimi, DNT də molekuldur. “Eqoist su”, “eqoist duz” və ya “qısqanc sulfat turşusu” anlayışı nə qədər mənasızdırsa, eqoist gen anlayışı da bu qədər mənasızdır.

Təkamülçülər insanı bir maddə yığını olaraq göstərməyə çalışır və bu maddə yığınının hər hansı bir hissəsini şüurlu olaraq təqdim etmək istəyirlər. Genlərin şüurlu olduğu iddiası isə təkamül nəzəriyyəsinin hal-hazırkı vəziyyətini dəyərləndirmək baxımından çox ibrətamizdir. Qədimdə taxtadan və ya daşdan hazırlanmış bütlərdə ağıl və şüur olduğunu zənn edən bütpərəstliyin yerini müasir dövrdə molekullarda və bu molekulları meydana gətirən cansız atomlarda ağıl və şüur olduğunu iddia edən darvinizm almışdır. Yəni darvinizm artıq nəzəriyyə funksiyasını yerinə yetirmir, çünki paqan dininə çevrilmişdir.

Elmi Nailiyyətlər və Yaradılışı Müdafiə Edən Alimlər

Albert Eynşteyn

Təkamülçülər nə qədər özlərini yenilik, dəyişiklik, inkişaf kimi anlayışlarla tanıtmağa çalışsalar da, hər dövrdə elmin, irəliləyişin, yenilik və inkişafın əsl qabaqcılları yaradılış gerçəyini müdafiə edən elm adamları olduğunu tarix göstərmişdir.

Elmi inkişafın hər anında imanlı elm adamlarının imzası var. Astronomiyada iz qoyan Leonardo da Vinçi, Kopernik, Kepler, Qaliley, paleontolotiyanın banisi Kuvier, botanika və zoologiyanın əsasını qoyan Linney, yerin cazibə qüvvəsini kəşf edən Nyuton, qalaktikaları və kainatın genişlənməsini kəşf edən Edvin Habl və daha bir çox elm adamı Allahın varlığına, kainatı və canlıları Onun yaratdığına inanan alimlər idi.

XX əsrin ən böyük alimlərindən biri kimi qəbul edilən Albert Eynşteyn isə iman barəsində belə deyir: ”Dərin imana malik olmayan heç bir elm adamı təsəvvür edə bilmirəm. Bu, belə də ifadə edilə bilər: Dinsiz bir elmə inanmaq mümkün deyil.” (Science, Philosophy, And Religion: A Symposium, 1941, CH.13.) davamı »

DNT-nin Yaradılışında Təsadüfə Yer Yoxdur

3.1 milyard şifrədən ibarət olan DNT-dəki məlumatlar, A-T-G-C hərflərinin bir-biri ardınca xüsusi bir sıra şəklində düzülməsi ilə meydana gəlir. Ancaq bu düzülüşdə bir hərf səhvi belə edilməməlidir. Ensiklopediyada səhv yazılmış bir söz və ya hərf elə də gözə dəymir, hətta hiss olunmaz. Amma DNT-də hər hansı bir pillədəki, məsələn 1 milyard 719 milyon 348 min 632-ci pillədəki bir hərfin səhv kodlaşdırılması hüceyrə üçün və təbii ki, insan üçün ciddi nəticələrə gətirib çıxara bilər. Məsələn, uşaqlarda görülən leykemiya (qan xərçəngi) xəstəliyi bu tip səhv kodlaşmanın nəticəsidir.

Təsadüf riyazi anlayışdır. Bir hadisənin təsadüfən baş verib-vermədiyini bilmək üçün həmin hadisənin reallaşması üçün tələb olunan bütün şərtləri daxil etmək tələb olunur. Riyazi hesablamalar DNT-də yazılı məlumatların meydana gəlməsində təsadüfə yer olmadığını sübut edir. Nəinki milyonlarla pillədən ibarət DNT molekulunun, hətta DNT-ni meydana gətirən 200.000 gendən birinin belə təsadüfən meydana gəlmə ehtimalı mümkün deyil. Təkamülçü bioloq Salisbury bu qeyri-mümkün hadisə ilə əlaqədar bunları söyləyir: davamı »

“Adaptasiya” Səhvinə Dair Xəbərdarlıq

Yer planetinin həyat üçün xüsusi şəkildə yaradılmış və bütün xüsusiyyətləri bu məqsədə görə nizamlanmışdır. Ancaq burada bir şeyi xatırlatmaq lazımdır. Bu xüsusilə təkamül nəzəriyyəsini elmi həqiqət hesab etməyə adət etmiş və “adaptasiya” anlayışına inanan insanlara aiddir.

Adaptasiya “uyğunlaşma” deməkdir. Bütün canlıların ortaq əcdaddan təsadüflər nəticəsində törədiklərini müdafiə edən təkamül nəzəriyyəsi isə adaptasiya anlayışını tez-tez işlədir. Təkamülçülər canlıların yaşadıqları mühitə uyğunlaşması nəticədə tamamilə yeni canlı növlərinə çevrildiklərini iddia edirlər. Bu iddianın əsassızlığını, canlıların təbii şərtlərə uyğunlaşma mexanizmlərinin sadəcə müəyyən hədlər çərçivəsində həyata keçdiyini və əsla bir növü başqa bir növə çevirə bilməyəcəyini başqa yazılarımızda da nəzərdən keçirmişdik. Əslində adaptasiya ilə təkamül anlayışı Lamark dövrünün bəsit elm anlayışının qalığıdır və çoxdan elmi faktlarla təkzib edilmişdir. davamı »

Darvinizm Elmi Nəzəriyyə Deyil

Təkamül nəzəriyyəsi yer üzündəki canlıların təsadüflər nəticəsində təbii şərtlər daxilində öz-özünə meydana gəlməsini müdafiə edir. Bu nəzəriyyə elmi qanun, sübut edilmiş həqiqət deyil, elmilik pərdəsi altında cəmiyyətlərə qəbul etdirilməyə çalışılan materialist düşüncə tərzidir. Müasir elm tərəfindən hər sahədə təkzib edilən bu nəzəriyyənin ən böyük əsasları hiylə, saxtakarlıq, təhrif, yalanlardan ibarət təlqin və təbliğat üsullarıdır.

XIX əsrin bəsit elmi məlumatları ilə xəyali fərziyyə kimi irəli sürülən təkamül nəzəriyyəsi bu günə qədər heç bir elmi fakt və ya təcrübə vasitəsilə sübut edilə bilinməmişdir. Əksinə, nəzəriyyənin iddialarını əsaslandırmaq üçün istifadə edilən bütün üsullar belə bir nəzəriyyənin əsassızlığını sübut etmişdir.

Ancaq bir çox insan, hətta bu gün də bu nəzəriyyəni eynilə yerin cazibə qüvvəsi və ya suyun itələmə qüvvəsi kimi sübut edilmiş elmi həqiqətlər kimi qəbul edir. Çünki təkamül nəzəriyyəsinin cəmiyyətə təqdim edilən üzü gerçək üzündən çox fərqlidir. Bir çox insan bu nəzəriyyənin nə qədər boş dəlillərə əsaslandığını və elm tərəfindən hər sahədə necə təkzib edildiyini bilmir.

Bu gün biologiya, paleontologiya, genetika, biokimya, mikrobiologiya kimi elm sahələri həyatın heç cür təsadüflər və təbii şərtlər nəticəsində öz-özünə meydana gəlməsinin mümkün olmadığını sübut etmişdir. Canlı hüceyrəsi elm dünyasının ortaq qənaətinə əsasən insanın bu günə qədər qarşılaşdığı ən mürəkkəb quruluş xüsusiyyətini qoruyur. Müasir elm tək bir canlı hüceyrəsinin belə böyük bir şəhərdən daha mürəkkəb quruluşa və fövqəladə sistemlərə malik olduğunu aşkar etmişdir. Bu cür mürəkkəb quruluş ancaq bütün hissələri eyni anda və əksiksiz ortaya çıxdığı təqdirdə fəaliyyət göstərə bilər. Əks təqdirdə, heç bir işə yaramaz və zaman ərzində dağılar, parçalanar və məhv olar. Təkamül nəzəriyyəsinin iddia etdiyi kimi milyon illərlə digər hissələrinin “təsadüfən” əmələ gəlməsini gözləyə bilməz. Beləliklə, sadəcə bir hüceyrənin mürəkkəb yaradılışı belə Allahın həyatı yoxdan yaratdığını açıq-aşkar göstərir. davamı »

Həyatın Kosmosdan Gəlməsi Nə üçün Mümkün Deyil?

Darvin XIX əsrin ortalarında nəzəriyyəsini irəli sürdükdə həyatın mənşəyindən, yəni ilk canlı hüceyrələrinin necə əmələ gəldiyindən heç bəhs etməmişdi. XX əsrin əvvəlində həyatın mənbəyini araşdıran elm adamları isə təka

mül nəzəriyyəsinin əsassızlığını anlamağa başladılar. Canlılardakı mürəkkəb və mükəmməl quruluş bir çox tədqiqatçının yaradılış gerçəyini görmələri üçün zəmin hazırlamışdı. Həyatın təkamül nəzəriyyəsinin iddia etdiyi kimi “təsadüf məhsulu” olmayacağı riyazi hesablamalar, elmi təcrübə və müşahidələrlə sübut edilmişdi. davamı »