- İki-üç yaşlı uşaq dil dərsi almadan böyüklər kimi necə cümlələr quraraq danışmağa başlayır?
- Danışmaq üçün bədənimizdə hansı proseslər baş verir?
- Necə olur ki, zehnimizdəki düşüncələrimiz sözlərə və cümlələrə çevrilir?
Hər insan müəyyən yaşa çatdıqda danışmağa başlayır. Təxminən hər kəs eyni yaşlarda danışmağa başladığına görə, bu vəziyyət normal görünür. Bu səbəbdən, bəzi insanlar danışmağı adi qabiliyyət kimi qəbul edir və üzərində düşünmür. Halbuki uşağın heç nə bilmədiyi vaxtda birdən-birə danışmağa başlaması böyük möcüzədir. Çünki ən sadə hesab edilən dillərdə belə sözlər kompleks dilçilik qanunları əsasında işlədilir. Dilçilik qanunları isə sözlərə cümlə tərkibində müxtəlif mənalar qazandıran riyazi əlaqələrdir.
Danışmazdan əvvəl körpələrin beynindəki hazırlıq
Körpələr təqribən 8 aylıq olduqda bütün dillər arasındakı səsləri ayırd edə bilirlər. Danışmağı öyrənməzdən əvvəl isə beyinləri ətraflarındakı səsləri qavramağa başlayır. Beyindəki bu keçidin necə baş verdiyi hələ elmə məlum deyil. davamı »