Tag-Archive for » astronomiya haqqinda «

Yerin kütləsi və maqnit sahəsinin həyat üçün əhəmiyyəti

429ac31e_yerin-maqnit-sahesiYerin, Günəşə olan məsafəsi, fırlanma sürəti və ya relyef formaları qədər, böyüklüyü də əhəmiyyətlidir. Planetimizi, kütləsinin ancaq 8%-i qədər kütləyə malik Merkuri və ya kütləsindən 318 misli qədər böyük kütləyə malik Yupiterlə müqayisə etdiyimiz vaxt, planetlərin çox müxtəlif böyüklükdə ola biləcəklərini görərik. Bəs görəsən bu qədər müxtəlif ölçülü planetlər arasında, planetimizin böyüklüyü təsadüfənmi təyin edilib? davamı »

Atmosferin həyat üçün ideal uyğunluğu

a95e53d3_iss044e001198Yer kürəsi, indiyə qədər araşdırdığımız kimi, həm həyat üçün lazımi temperatura, həm lazımi kütləyə, həm də həyatı qoruyub saxlayan xüsusi qalxanlara malikdir. Lakin bu şərtlər Yer üzündə həyatın mövcud olması üçün, kifayət etmir. Çox mühüm olan digər bir şərt, atmosferin quruluşudur. davamı »

Böyük partlayışdan sonra elementlərin yaradılışı

52eeb9ca_davies001“Əgər təbiətin dərinliklərində baş verən işlərin mürəkkəbliyi, dünyanın ən ağıllı beyinləri tərəfindən belə çətin başa düşülürsə, bu işlərin yalnız bir qəza və ya bir kortəbii təsadüf əsəri olduğunu necə düşünə bilərik?”

(Fizika professoru Pol Devis (Paul Davies)) (1)

Böyük partlayış elm adamlarının hesablamalarına görə dövrümüzdən təxminən 13.7 milyard il əvvəl baş verdi. davamı »

Müasir elm: kainat yoxdan yaradılmışdır

1200x630_267788_big-bang-teorisi-aydinlaniyor-680x365“Klassik olaraq, “böyük partlayış” (Big Bang) nəzəriyyəsi, kainatın bütün parçalarının birdən genişlənməyə başladığını qəbul edir. Lakin kainatın bütün parçaları necə eyni anda genişlənməyə başlaya bilər? Əmri verən kimdir?” davamı »

Kainatın genişlənməsi və “böyük partlayış” nəzəriyyəsinin yaranması

galaksi-buyuk-patlama1920-ci illər, müasir astronomiyanın inkişafı baxımından çox mühüm illər idi. 1922-ci ildə rus fiziki Aleksandr Fridman, Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə görə kainatın sabit olmadığını və ən kiçik bir qarşılıqlı təsirin kainatın genişlənməsinə və ya daralmasına səbəb olacağını müəyyənləşdirdi. Fridmanın gətirdiyi çıxış yolunun əhəmiyyətini ilk görən insan isə, Belçikalı astronom Corc Lemetr (Georges Lemaître) oldu. davamı »

Kainatın genişlənməsi və “Big Bang” həqiqəti

15403844862_a7ed97e054_oXX əsrə daxil olanda astronomiya sahəsində çox böyük yeniliklər baş vermişdi.  Öncə 1922-ci ildə rus fiziki Aleksandr Fridman kainatın sabit quruluşa sahib olmadığını aşkarladı. Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə əsaslanan Fridman hesabladı ki, ən kiçik bir təsirin kainatın genişlənməsinə, yaxud büzülməsinə səbəb ola bilər. Fridmanın hesablamalarının əhəmiyyətini dərk edən ilk şəxs isə Belçikanın ən tanınmış astronomlarından Corc Lemetr oldu. davamı »