Tag-Archive for » atom haqqinda «

Proton və elektron arasındakı möhtəşəm uyğunluq

Elektrik yüklərindəki uyğunluq

Proton elektrondan həcm və kütlə cəhətdən böyükdür. Protonun kütləsi elektronun kütləsindən 1835 dəfə böyükdür. Əgər konkret bir müqayisə aparsaq aralarındakı fərq insanla fındıq dənəsi arasındakı fərq qədər olacaqdır. Yəni elektronla protonun fiziki quruluşu bir-birinə bənzəmir.

Lakin maraqlıdır ki, bu iki fərqli zərrəciyin elektrik yükü bir-birinə tam uyğundur! Biri müsbət, digəri isə mənfi elektrik yüklüdür, ancaq bu yüklərin gücü bir-birinə tamamilə bərabərdir. Bunun sayəsində atomun elektrik yükü tarazlanır. Halbuki, bu yüklərin bərabər olmasını vacib edən heç bir səbəb yoxdur. Əksinə, fiziki cəhətdən elektronun elektrik yükü kütləsi ilə mütənasib olaraq protonun elektrik yükündən az olmalıdır.

Bəs proton və elektronun elektrik yükü bərabər olmasaydı, nə baş verərdi?

Bu təqdirdə, kainatdakı bütün atomlar protonun artıq müsbət yükünə görə müsbət elektrik yüklü olardı. Nəticədə də kainatdakı bütün atomlar bir-birini itələyərdi.

Bəs belə olsa, nə baş verərdi? Kainatdakı atomların hamısı bir-birini itələsəydi, nələr olardı? davamı »

Atom nüvəsindəki möhtəşəm xüsusiyyətlər

atomNormal şəraitdə atomun daxilində protonların bir-birlərini itələmələri və mümkün qədər bir-birlərindən uzaqlaşmaları gərəkir. Çünki protonlar müsbət yüklüdürlər və eyni yüklər bir-birlərini daim itələyirlər. Ancaq kainatda mövcud olan güclü nüvə qüvvəsi sayəsində protonlar yüksüz olan neytronlarla birlikdə nüvədə bir-birlərinə birləşmiş haldadır. Bir başqa sözlə, güclü nüvə qüvvəsi protonları bir yerdə tutaraq atomun mərkəzindəki nüvəni əmələ gətirir.

Bu qüvvə atomun nüvəsindəki protonların və neytronların dağılmadan bir yerdə olmalarını təmin edir. Atomun nüvəsi bu şəkildə əmələ gəlir. Bu qüvvənin şiddəti o qədər güclüdür ki, nüvənin içindəki proton və neytronların sanki bir-birinə yapışmasını təmin edir. Buna görə də bu qüvvəyə sahib olan çox kiçik zərrəciklərə latınca “yapışdırıcı” mənasını verən “glüon” deyilir. Bu yapışmanın şiddəti çox həssas nizamlanmışdır. Bu yapışdırıcının qüvvəsi proton və neytronların bir-birlərinə istənilən məsafədə olmalarını təmin etmək üçün xüsusi olaraq müəyyən edilmişdir. Həmin qüvvə bir az daha yapışdırıcı olsa, proton və neytronlar bir-birlərinin içinə keçəcək, bir az daha az olsa dağılacaqlar. Məhz bu qüvvə böyük partlayışın (Big Bang) ilk saniyələrindən bəri atomun nüvəsinin əmələ gəlməsi üçün lazım olan yeganə dəyərə malikdir. davamı »