Tag-Archive for » azot «

Hüceyrələrin əyləncəli həyatı

Bədənimizin hər nöqtəsində kiçik, ancaq kiçik olduğu qədər kompleks həyat yaşayan hüceyrələr var. Kiçikliyinə baxmayaraq, hüceyrə insanın həyatının davam etməsini təmin edən əsas quruluş vahididir. Hüceyrələr həyati funksiyaları yerinə yetirərkən bir-biri ilə uyğunluq içində işləyirlər. Bəs uyğunluq içində işləyərkən relslərdə sürətini artırdıqlarını, rəqs etdiklərini, akrobatik hərəkətlər etdiklərini və bayraq yarışına girdiklərini bilirdinizmi?

Elm dünyasının ortaq qənaəti ilə insanın bu günə qədər qarşılaşdığı ən kompleks sistem ünvanını qoruyan hüceyrədə hələ kəşf edilməmiş çoxlu sirlər yatır və hüceyrə Allah`ın yaratma sənətinin, üstün ağlının ən böyük dəlillərindən birini təşkil edir. Hüceyrənin həyata keçirdiyi kompleks prosesləri və bir-birini yoxlayan mükəmməl nəzarət mexanizmlərini tədqiq edən təkamül nəzəriyyəsinin müdafiəçiləri də məşhur rus təkamülçü A.İ.Oparinin: “Təəssüf ki, hüceyrənin əmələ gəlməsi təkamül nəzəriyyəsinin ən qaranlıq nöqtəsini təşkil edir”, -sözləri ilə həmfikirdirlər. Hüceyrələrin ən kiçik hissələrində belə baş verən mükəmməl mütəşəkkillik yaradılış həqiqətini bir daha sübut edir. davamı »

Atmosferin Həyat üçün Uyğunluğu

Yer kürəsi həm həyat üçün lazımi temperatura, həm lazımi kütləyə, həm də həyatı qoruyan xüsusi qalxanlara malikdir. Amma bunlar Yerdəki həyatın mövcud olması üçün qaneedici şərtlər deyl. Çox vacib başqa bir şərt isə atmosferin quruluşudur.

Elmi-fantastik filmlər insanları bəzən səhv istiqamətləndirirlər. Buna bir misal olaraq bu filmlərdə tez-tez rast gəlinən “asan atmosfer uyğunluğu”nu göstərmək olar. Kosmik gəmidə uzaq bir planetə yaxınlaşan insanlar planetə enməzdən əvvəl atmosferinin tənəffüs üçün yararlı olub-olmadığını yoxlayırlar. Və adətən tənəffüs üçün yararlı çıxır. Bu ssenarilər insanın asanlıqla və təsadüfən uyğun atmosferlər tapa biləcəyi kimi bir təsəvvür verir. Lakin əgər həqiqətən kosmik gəmilər ilə kainatın dərinliklərinə səyahət etsəydik, Yerdən başqa digər planetlərdə tənəffüs üçün yararlı atmosfer tapmaq demək olar ki, mümkün olmazdı. Çünki Yerin atmosferi həyat üçün lazımlı son dərəcə xüsusi şərtləri birləşdirərək nizamlanmış qeyri-adı tərkibdir. davamı »

“Adaptasiya” Səhvinə Dair Xəbərdarlıq

Yer planetinin həyat üçün xüsusi şəkildə yaradılmış və bütün xüsusiyyətləri bu məqsədə görə nizamlanmışdır. Ancaq burada bir şeyi xatırlatmaq lazımdır. Bu xüsusilə təkamül nəzəriyyəsini elmi həqiqət hesab etməyə adət etmiş və “adaptasiya” anlayışına inanan insanlara aiddir.

Adaptasiya “uyğunlaşma” deməkdir. Bütün canlıların ortaq əcdaddan təsadüflər nəticəsində törədiklərini müdafiə edən təkamül nəzəriyyəsi isə adaptasiya anlayışını tez-tez işlədir. Təkamülçülər canlıların yaşadıqları mühitə uyğunlaşması nəticədə tamamilə yeni canlı növlərinə çevrildiklərini iddia edirlər. Bu iddianın əsassızlığını, canlıların təbii şərtlərə uyğunlaşma mexanizmlərinin sadəcə müəyyən hədlər çərçivəsində həyata keçdiyini və əsla bir növü başqa bir növə çevirə bilməyəcəyini başqa yazılarımızda da nəzərdən keçirmişdik. Əslində adaptasiya ilə təkamül anlayışı Lamark dövrünün bəsit elm anlayışının qalığıdır və çoxdan elmi faktlarla təkzib edilmişdir. davamı »

Azotdakı Tarazlıq və Bakteriyalar

Yer kürəsinin insan həyatı üçün yaradıldığının başqa bir göstəricisi də yer üzündəki azot dövranıdır. Azot bütün canlıların toxumalarında mövcud olan ən əsas elementlərdən biridir. Atmosferin 78%-ni təşkil etdiyi halda havadakı azot insanlar və heyvanlar tərəfindən birbaşa qəbul edilmir. Azot ehtiyacının təmin edilməsində ən mühüm vəzifəni bakteriyalar həyata keçirir.

Azot dövranı havadakı azot qazı (N2) ilə başlayır. Bəzi bitkilərdə yaşayan bakteriyalar havadakı azotu ammonyaka (NH3) çevirirlər. Başqa növdən olan bakteriyalar isə ammonyakı nitrata (NO3) çevirirlər (havadakı azotun ammonyaka çevrilməsində ildırımlar da mühüm rol oynayır). davamı »

Atmosferdəki Həssas Tarazlıqlar

Dünyanın atmosferində dörd növ əsas qaz var. Bunlar azot (78%), oksigen (21%), arqon (1%-dən az) və karbondioksiddir (0.03%). Atmosferdəki qazlar “reaksiyaya girən” və “reaksiyaya girməyən”lər olaraq iki əsas qrupa bölünürlər. Reaksiyaya girən qazları tədqiq etdikdə onların həyata keçirdikləri reaksiyaların həyat üçün mühüm olduğunu, digər qazların isə reaksiyaya girdikdə canlıları yox edəcək birləşmələr əmələ gətirdiklərini görürük. Məsələn, arqon və azot passiv qazlardır, onlar çox az kimyəvi reaksiyaya girirlər. Ancaq onlar oksigen kimi asanlıqla reaksiyaya girə bilsəydilər, bu zaman okeanlar nitrat turşusuna çevrilərdi.

Digər tərəfdən oksigen digər atomlarla, üzvi birləşmələrlə və hətta qayalarla belə reaksiyaya girir. Bu reaksiyalar su və karbondioksid kimi həyatın varlığı üçün lazım olan əsas molekulları əmələ gətirir. davamı »