• Bir insan hərəkətlərini istiqamətləndirən qərarlar verərkən, bunu bir robot kimi məntiq qaydalarına əsasən etməz. Vicdanını dinləyər, hisslərini də buna əlavə edər. Elmi araşdırmalar beyinin ön payında mövcud olan “ventromedial prefrontal korteks” adlı hissənin bu qərarları verməsində əsas rol oynadığını müəyyənləşdirmişdir.
• Bəs beyinin bu hissəsinin olmaması insanı hansı mənfi davranışlara sürükləyə bilər?
Özünü idarə etmə, nəticə çıxarma, incə düşüncəli və nəzakətli olma, qətiyyət kimi bir çox müsbət davranışlara beynimizin ön payı nəzarət edir. Normal insanın beyninin ön payında yüksək bir hərəkətlilik olduğu məlumdur. Bu hərəkətlilik insanın hisslərinin fərqinə varmasını təmin edir. Sevgi, xoşbəxtlik, qorxu, peşmançılıq, günahkarlıq kimi romantik reflekslərin olması beyindəki ön payın yaxşı işlədiyini göstərir. Beyinin ön payının işləmə mexanizmi araşdıran elm adamları heyrətamiz nəticələrlə qarşılaşmışlar. davamı »