Tag-Archive for » DNT nedir «

DNT-nin möcüzəvi quruluşu

Canlıların orqanizmi ilə bağlı hər cür informasiya hüceyrələrindəki DNT adlanan molekullarda şifrlənmişdir. DNT molekulları hər hüceyrənin nüvəsində yerləşən böyük molekullardır. Nukleotid adlanan və 4 fərqli növü olan yüz minlərlə kiçik molekulların canlıya aid xüsusi ardıcıllıqla düzülməsi ilə canlının DNT-si əmələ gəlir. Hər canlının DNT molekulunda onun xarakteristik xüsusiyyətləri ilə bağlı informasiyalar şifrlənir. Bu, insanlarda da belədir. İnsanın digər canlılardan fərqli olması kimi, hər insanın digərindən fərqli olması da DNT-sindəki xüsusi düzülüşdən qaynaqlanır. DNT-ni təşkil edən nukleotidləri əlifbadakı hərflərə bənzətmək olar. Dörd nukleotid olduğuna görə, DNT molekulu bir növ dörd hərfdən ibarət əlifba ilə yazılmış böyük ensiklopediyadır.

DNT-dəki hərflərin ardıcıllığı insanın quruluşunu ən incə təfərrüatına qədər müəyyən edir. Boy, göz, saç, dəri rəngi kimi xüsusiyyətlərlə yanaşı, bədəndəki 206 sümüyün, 600 əzələnin, 10.000 eşitmə siniri şəbəkəsinin, 2 milyon optik sinir şəbəkəsinin, 100 milyard sinir hüceyrəsinin və 100 trilyon hüceyrənin planı bir hüceyrənin DNT-sində mövcuddur. Əgər DNT-dəki genetik məlumatı kağıza köçürsək, təxminən hər biri 500 səhifəlik 900 cilddən ibarət nəhəng kitabxana əmələ gələr. Ancaq bu ağlasığmaz həcmdəki informasiya mikroskopik ölçüdəki hüceyrənin nüvəsində yerləşən DNT-də şifrlənmişdir. davamı »

Cinayətkarı tapan DNT

Bir çox elmi mövzunun tarixən çox qədimlərə gedib çıxdığını düşünürük. Halbuki elmi kəşflərin bir qismi, xüsusilə insan DNT-si ilə bağlı məlumatların tarixi o qədər də qədim deyil. Demək olar ki, bir çoxu yaxın keçmişdə edilmiş kəşflərdir.

Məsələn, DNT-nin nukleotid ardıcıllığı 1987-ci ildə Leysester Universitetində biokimya professoru Alek Ceffris tərəfindən kəşf edilmişdir.

Tarixdə ilk dəfə hüquqi ekspertiza DNT vasitəsilə cinayətkarı müəyyən edə bilmişdir.

Qlobin zülalı üzərində tədqiqat aparan Ceffris bu tədqiqat zamanı nukleotid ardıcıllığının insandan-insana barkod sistemi kimi fərqləndiyini, hər kəsin DNT-sinin özünəməxsus sistem olduğunu müəyyən etmişdir.

Bu yolla səhv etmə riski, demək olar ki, qalmamış və əsl cinayətkarlar bir-bir tapılmağa başlamışdı. Çünki DNT izi (nukleotid ardıcıllığı) 99,99% ehtimalla bizə düzgün məlumat verir. Heç kimin DNT izi başqasının DNT izi ilə eyni deyil. davamı »

Bölmə: Mikrodünya, Vücudumuz  Açar sözlər: ,  Şərh yaz