Tag-Archive for » elm «

Materializmin elmi cəhətdən süqutu

maxresdefault2“Materializmin, elmi düşüncə olduğunu bundan sonra heç kəs iddia edə bilməz”.

(Tanınmış mütəfəkkir Artur Kestler (Arthur Koestler))(1).

İçində yaşadığımız ucsuz-bucaqsız kainat necə yarandı?

Bu kainatdakı tarazlıq, ahəng və nizam necə meydana gəldi?

Üzərində yaşadığımız dünya, yaşamağımız üçün, necə belə uyğun sığınacaq ola bildi? davamı »

Klonlaşdırma Təkamül Nəzəriyyəsinə Dəlil Deyil

Canlıların klonlaşdırılması nədir?

Klonlaşdırma prosesi üçün klonlaşdırılacaq canlının DNT-sindən istifadə edilir. Canlının bir hüceyrəsində olan DNT-si mikroskop altına qoyulur və o növdən olan başqa bir canlıya aid yumurta hüceyrəsinin içinə yerləşdirilir. Bundan dərhal sonra ona şok verilir və yumurta hüceyrə şok nəticəsində bölünməyə başlayır. Bölünməyə davam edən rüşeym o növdən olan hər hansı canlının bətninə yerləşdirilir və inkişaf edib doğulması gözlənilir.

Klonlaşdırmanın nə üçün təkamüllə əlaqəsi yoxdur?

Klonlaşdırma və təkamül anlayışları təqdimat baxımından bir-birindən tamamilə fərqlidir. Təkamül nəzəriyyəsi cansız maddələrin təsadüflər nəticəsində canlı əmələ gətirməsi üzərində qurulmuşdur (bu iddianın həyata keçəcəyinə aid heç bir fakt yoxdur). Klonlaşdırma isə canlı hüceyrəsinin genetik maddəsindən istifadə edilərək həmin canlının kopyalanmasıdır. Burada proses onsuz da canlı olan hüceyrədən başlanılır və bioloji proses laboratoriya mühitində süni üsulla həyata keçirilir. Yəni ortada təkamülün əsas iddiası olan “təsadüfi” proses və ya cansız maddənin canlanması kimi bir vəziyyət yoxdur. Əslində klonlaşdırma prosesi təkamülə heç bir dəlil vermir, ancaq təkamül nəzəriyyəsini kökündən məhv edən bioloji qanunun çox açıq sübutudur. Bu qanun məşhur alim Lui Pasterin XIX əsrin sonuna yaxın ortaya qoyduğu “həyat həyatdan qaynaqlanır” prinsipidir. Bu aşkar həqiqətə baxmayaraq, klonlaşdırmanın təkamülə dəlil kimi göstərilməsi media yolu ilə həyata keçirilən yanıltma və yalandan ibarətdir. davamı »

Delfinlərdəki Üstün Yaradılış

Delfinlər üçün nəfəs almaq insanlarda və ya digər quruda yaşayan məməlilərdə olduğu kimi bir refleks deyil, iradəli hərəkətdir. (Betty Ma­ma­ne, Le Sur­do­ue du Grand Bleu, Sci­en­ce et Vie Ju­ni­our, Avqust 1998, s.79-84)

Yəni biz necə yeriməyə qərar veririksə, delfinlər də nəfəs almağa qərar verir. Bu, heyvanın suda yatarkən boğularaq ölməməsi üçün görülmüş tədbirdir. Delfin yatdıqda beyninin sağ və sol yarımkürələrini təqribən on beş dəqiqə fasilə ilə işlədir. Bir yarımkürə yatarkən, digər yarımkürə nəzarət edərək heyvanın suyun səthinə çıxmasını təmin edir.

Delfinlər balıqlar kimi su içində nəfəs alıb-verə bilmirlər. Bu səbəbdən nəfəs almaq üçün nizamlı şəkildə suyun səthinə çıxırlar. Başlarının üstündə hava alıb-vermələrini təmin edən bir dəlik var. Delfinlərin orqanizmi o qədər mükəmməl quruluşa malikdir ki, heyvan suya baş vurduqda bu dəlik bir qapaq tərəfindən avtomatik bağlanır və bu sayədə içəri su keçməsinin qarşısı alınır. Su səthinə çıxdıqda isə qapaq yenə avtomatik açılır. davamı »

Arı Yeyən Quşların Ağıllı Taktikaları

Bəzi quşlar qeyri-mümkün görünməsinə baxmayaraq, daşı belə qaza bilirlər. Möhkəm qayaları oyarkən istifadə etdikləri bir alətləri var: dimdikləri… Arı yeyən quş bu quşlardan biridir.

Arı yeyən quş (meropidae) yuvasını qumdaşı uçurumlarının üstünə və ya çayın sahilindəki bərkimiş palçıqlara dimdiyilə davamlı şəkildə vurub oyuqlar açaraq qurur. Oyuq açma prosesinə 90-100 sm uzunluğunda dar tunel açana qədər davam edir. Yuvanın kənarlarını açmaq üçün inşaat vasitəsi kimi dimdiyindən istifadə edən arı yeyən quşun qısa və güclü pəncələri də qazma işinə kömək edir. Yuvanın içində toplanan torpağı pəncəsilə bayıra boşaldır. Arı yeyən quşların bəzi növləri 1000 və ya daha çox quşdan ibarət koloniyalar halından yaşayırlar. Elm adamları bu qədər çox yuvanın içində hər quşun öz yuvasını necə tapdığını açıqlaya bilmirlər. (Da­vid At­ten­bo­ro­ugh, The Tri­als of Li­fe, s.137) davamı »

Atmosferin Həyat üçün Uyğunluğu

Yer kürəsi həm həyat üçün lazımi temperatura, həm lazımi kütləyə, həm də həyatı qoruyan xüsusi qalxanlara malikdir. Amma bunlar Yerdəki həyatın mövcud olması üçün qaneedici şərtlər deyl. Çox vacib başqa bir şərt isə atmosferin quruluşudur.

Elmi-fantastik filmlər insanları bəzən səhv istiqamətləndirirlər. Buna bir misal olaraq bu filmlərdə tez-tez rast gəlinən “asan atmosfer uyğunluğu”nu göstərmək olar. Kosmik gəmidə uzaq bir planetə yaxınlaşan insanlar planetə enməzdən əvvəl atmosferinin tənəffüs üçün yararlı olub-olmadığını yoxlayırlar. Və adətən tənəffüs üçün yararlı çıxır. Bu ssenarilər insanın asanlıqla və təsadüfən uyğun atmosferlər tapa biləcəyi kimi bir təsəvvür verir. Lakin əgər həqiqətən kosmik gəmilər ilə kainatın dərinliklərinə səyahət etsəydik, Yerdən başqa digər planetlərdə tənəffüs üçün yararlı atmosfer tapmaq demək olar ki, mümkün olmazdı. Çünki Yerin atmosferi həyat üçün lazımlı son dərəcə xüsusi şərtləri birləşdirərək nizamlanmış qeyri-adı tərkibdir. davamı »

Darvinizm Elmi Nəzəriyyə Deyil

Təkamül nəzəriyyəsi yer üzündəki canlıların təsadüflər nəticəsində təbii şərtlər daxilində öz-özünə meydana gəlməsini müdafiə edir. Bu nəzəriyyə elmi qanun, sübut edilmiş həqiqət deyil, elmilik pərdəsi altında cəmiyyətlərə qəbul etdirilməyə çalışılan materialist düşüncə tərzidir. Müasir elm tərəfindən hər sahədə təkzib edilən bu nəzəriyyənin ən böyük əsasları hiylə, saxtakarlıq, təhrif, yalanlardan ibarət təlqin və təbliğat üsullarıdır.

XIX əsrin bəsit elmi məlumatları ilə xəyali fərziyyə kimi irəli sürülən təkamül nəzəriyyəsi bu günə qədər heç bir elmi fakt və ya təcrübə vasitəsilə sübut edilə bilinməmişdir. Əksinə, nəzəriyyənin iddialarını əsaslandırmaq üçün istifadə edilən bütün üsullar belə bir nəzəriyyənin əsassızlığını sübut etmişdir.

Ancaq bir çox insan, hətta bu gün də bu nəzəriyyəni eynilə yerin cazibə qüvvəsi və ya suyun itələmə qüvvəsi kimi sübut edilmiş elmi həqiqətlər kimi qəbul edir. Çünki təkamül nəzəriyyəsinin cəmiyyətə təqdim edilən üzü gerçək üzündən çox fərqlidir. Bir çox insan bu nəzəriyyənin nə qədər boş dəlillərə əsaslandığını və elm tərəfindən hər sahədə necə təkzib edildiyini bilmir.

Bu gün biologiya, paleontologiya, genetika, biokimya, mikrobiologiya kimi elm sahələri həyatın heç cür təsadüflər və təbii şərtlər nəticəsində öz-özünə meydana gəlməsinin mümkün olmadığını sübut etmişdir. Canlı hüceyrəsi elm dünyasının ortaq qənaətinə əsasən insanın bu günə qədər qarşılaşdığı ən mürəkkəb quruluş xüsusiyyətini qoruyur. Müasir elm tək bir canlı hüceyrəsinin belə böyük bir şəhərdən daha mürəkkəb quruluşa və fövqəladə sistemlərə malik olduğunu aşkar etmişdir. Bu cür mürəkkəb quruluş ancaq bütün hissələri eyni anda və əksiksiz ortaya çıxdığı təqdirdə fəaliyyət göstərə bilər. Əks təqdirdə, heç bir işə yaramaz və zaman ərzində dağılar, parçalanar və məhv olar. Təkamül nəzəriyyəsinin iddia etdiyi kimi milyon illərlə digər hissələrinin “təsadüfən” əmələ gəlməsini gözləyə bilməz. Beləliklə, sadəcə bir hüceyrənin mürəkkəb yaradılışı belə Allahın həyatı yoxdan yaratdığını açıq-aşkar göstərir. davamı »

Atomdakı Qüsursuz Nizam

Hava, su, dağlar, heyvanlar, bitkilər, vücudunuz, oturduğunuz stul, xülasə, ən ağırından ən yüngülünə qədər gördüyünüz, toxunduğunuz, hiss etdiyiniz nə varsa, hamısı atomlardan əmələ gəlmişdir. Atomlar elə kiçik hissəciklərdirlər ki, hətta ən güclü mikroskoplar belə onları göstərə bilmir. Bir atomun ölçüləri millimetrin milyonda biri qədərdir. Bu kiçikliyin insan gözündə canlandırılması mümkün deyil. Bununla bağlı belə bir nümunə gətirək. Əlinizdə bir açar olduğunu düşünün. Şübhəsiz ki, bu açarın atomlarını görməyiniz qeyri-mümkündür. Yox, əgər “atomları mütləq görmək istəyirəm” deyirsinizsə, həmin açarı təsəvvürünüzdə Yer kürəsinin miqyasına gətirin. Əlinizdəki açar dünya boyda böyüyərsə, onda içindəki atomların da hərəsi bir gilas boyda olar və siz onları görərsiniz.

Yenə də bu kiçikliyi qavramaq və hər yerin atomlarla dolu olduğunu anlada bilmək üçün bir nümunə də göstərək. Fərz edək ki, bircə duz dənəsindəki atomları saymaq istəyirik. Əgər saniyədə bir milyard (1.000.000.000) atom saya bilsəydik, bir duz dənəciyinin içindəki atomları 500 ilə sayıb qurtarmaq mümkün olardı. davamı »

Kainatın Böyüklüyü Nə Qədərdir?

Elmi nailiyyətlər bizi çox mühüm nəticəyə gətirir. Kainatın möhtəşəm böyüklüyü! Kainatın ölçüləri haqqında düşündüyümüzdə qarşımıza çox böyük rəqəmlər çıxır.

Yer planeti, bildiyimiz kimi Günəş Sisteminin bir parçasıdır. Bu sistem kainatdakı digər ulduzlara görə orta böyüklükdə olan Günəşin ətrafında dövr edən 8 planetdən və onların 54 peykindən meydana gəlir. Yer Kürəsi bu sistemdə Günəşə ən yaxın üçüncü planetdir.

Günəşin diametri Yerin diametrinin 103 misli qədərdir. Bunu bir bənzətməylə açıqlayaq. Əgər diametri 12.200 km. olan Yer kürəsini üzüm dənəsi böyüklüyünə gətirsək, Günəş də futbol topunun iki misli böyüklüyündə olan kürə halına gələr. Amma daha maraqlı olan aradakı məsafədir. Həqiqətə uyğun model qurmaq üçün üzüm dənəsi böyüklüyündəki Dünya ilə top böyüklüyündəki Günəşin arasını təxminən 280 metr etmək lazımdır. Günəş Sisteminin lap xaricində olan planetləri isə kilometrlərlə uzağa aparmaq lazım olacaq.

davamı »