Tag-Archive for » goy cisimleri «

Göy cisimləri arasındakı məsafələr

Yer planeti, bildiyimiz kimi, Günəş sisteminin bir hissəsidir. Bu sistem kainatdakı digər ulduzlarla müqayisədə orta ölçülü ulduz olan Günəşin ətrafında fırlanan 8 planetdən və bu planetlərin peyklərindən ibarətdir. Yer sistemdə Günəşə ən yaxın üçüncü planetdir.

Əvvəlcə, bu sistemin böyüklüyünü qavramağa çalışaq. Günəşin diametri Yerin diametrindən 103 dəfə böyükdür. Bunu bir bənzətmə ilə açıqlayaq: əgər diametri 12200 km olan Yeri kürəcik ölçüsündə kiçiltsək, Günəş də futbol topundan iki dəfə böyük olan kürə olar. Ancaq ən qəribəsi aradakı məsafədir. Həqiqətə uyğun model qurmaq üçün kürəcik ölçüsündəki Yerlə top böyüklüyündəki Günəşin arasında 280 m məsafə qoymalıyıq. Günəş sisteminin ən kənarında yerləşən planetləri isə kilometrlərlə uzaqda yerləşdirməliyik.

Ancaq bu qədər nəhəng ölçüdə olan Günəş sistemi yerləşdiyi Südyolu qalaktikası ilə müqayisədə çox kiçikdir. Çünki Südyolu qalaktikasında Günəş kimi və əksəriyyəti ondan böyük olan təqribən 250 milyard ulduz var. Bu ulduzların arasında Günəşə ən yaxın olanı Alfa Sentavrdır. Əgər Alfa Sentavrı bir az əvvəl müqayisə apardığımız modelə, yəni Yerin kürəcik böyüklüyündə və Günəşlə Yer arasındakı məsafənin 280 m olduğu modelə yerləşdirsək, onu Günəşdən 78.000 km uzaqda yerləşdirməliyik!

Modeli bir az da kiçildək. Yeri çətinliklə görünən toz zərrəciyi boyda edək. Onda Günəş qoz böyüklüyündə olar və Yerdən 3 m uzaqlıqda yerləşər. Bu modeldə Alfa Sentavrı Günəşdən 640 km uzaqda yerləşdirməliyik. Südyolu qalaktikasında aralarında məhz bu qədər böyük məsafələr olan 250 ulduz var. Spiral formasında olan bu qalaktikanın qollarından birində bizim Günəşimiz yerləşir. davamı »