Tag-Archive for » gunes «

Əlkimya mərkəzləri: Qırmızı nəhənglər

2f1fc4f3_red002Elementləri bir-birinə döndərmək üçün lazım olan istilik, təxminən 10 milyon dərəcədir. Bundan ötrü də, əlkimya əməliyyatı sözün əsl mənasında təkcə ulduzlarda baş verər. Bizim Günəşimiz kimi, orta böyüklükdəki ulduzlarda fasiləsiz şəkildə hidrogen heliuma çevrilir və beləliklə də, yüksək enerji ortaya çıxır. davamı »

Yerin kütləsi və maqnit sahəsinin həyat üçün əhəmiyyəti

429ac31e_yerin-maqnit-sahesiYerin, Günəşə olan məsafəsi, fırlanma sürəti və ya relyef formaları qədər, böyüklüyü də əhəmiyyətlidir. Planetimizi, kütləsinin ancaq 8%-i qədər kütləyə malik Merkuri və ya kütləsindən 318 misli qədər böyük kütləyə malik Yupiterlə müqayisə etdiyimiz vaxt, planetlərin çox müxtəlif böyüklükdə ola biləcəklərini görərik. Bəs görəsən bu qədər müxtəlif ölçülü planetlər arasında, planetimizin böyüklüyü təsadüfənmi təyin edilib? davamı »

Fotosintez və işıq

e1d9b084_fotosintezFotosintez, hər kəsin orta məktəb və yuxarı sinif dərslərində öyrəndiyi kimyəvi əməliyyatdır. Lakin əksər insan dərsliklər arasına sığışmış bu mövzunun bizim həyatımız üçün nə qədər mühüm əhəmiyyət daşıdığını görə bilməz. davamı »

Göy üzündəki rəngli isıq sənəti: Göy qurşağı

 

  • Göy qurşağı nə üçün və necə əmələ gəlir?download
  • Göy qurşağındakı rənglər hansı mərhələlərlə meydana gəlir?
  • Göy qurşağının forması necədir?

Xüsusilə yağışlı havalarda gördüyümüz göy qurşağı günəş şüalarının yağış damcılarında və ya dumanda əks olunması və sınması ilə meydana gələn, işıq spektri rənglərinin yay formasında göründüyü metereoloji hadisədir. Göy üzündəki bu möhtəşəm rəng nümayişi əslində Günəşin güzgü rolu oynayan su damcıları tərəfindən əks etdirilən görüntüsüdür. Çünki ağ rəngdə gördüyümüz günəş şüaları əslində rənglidir. Göy qurşağı qırmızı, narıncı, sarı, yaşıl, açıq mavi, tünd mavi və bənövşəyi kimi əsas rənglərdən ibarət olur. Bu rənglər günəş şüası prizma rolu oynayan su damcılarının içində keçdikdə meydana gəlir. Çünki su işığı sındırır. Suyun işığı sındırmasının təsirilə rənglər müxtəlifləşir. Ayrılan rənglər yağış damcısının arxasında əks  olunur və damcının içindən keçərək digər tərəfə əyilərək çıxırlar. davamı »

GÜNƏŞ SİSTEMİNDƏKİ MÖCÜZƏVİ TARAZLIQLAR

günəşPlanetlərlə Günəş arasındakı məsafə sabitdir:

 Günəş sistemində 8 planet və bu planetlərə bağlı 54 peyk var. Bu planetlər Günəşə yaxınlığına görə Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Neptun və Uran. Planetlərlə Günəş arasındakı məsafə sabitdir və əsla dəyişmir. Bu planetlərin və 54 peykin içində həyat üçün uyğun səthə və atmosferə malik yeganə göy cismi isə Yerdir.

Günəşin cazibə qüvvəsi və planetlərin mərkəzdənqaçma qüvvəsi arasında müvazinət var:

Planetləri kosmik fəzaya sovrulmaqdan qoruyan təsir Günəşin cazibə qüvvəsi ilə planetin mərkəzdənqaçma qüvvəsi arasındakı müvazinətdir. Günəşin böyük cazibə qüvvəsi bütün planetləri cəzb edir, onlar da fırlanmaları nəticəsində mərkəzdənqaçma qüvvəsi sayəsində bu cazibədən xilas olurlar. Ancaq əgər planetlərin fırlanma sürəti bir az yavaş olsaydı, onda planetlər sürətlə Günəşə cəzb olunar və Günəş tərəfindən partlayışla udulardılar. davamı »

Yerin temperaturundakı həssas müvazinət

Yerin temperaturunun necə həssas ölçüsü var?

Yerin temperaturunun ideal olması üçün hansı səbəblər yaradılmışdır?

 Mavi planetimizin hər yerində müxtəliflik və ehtişamla qarşılaşırıq. Bütün qitələrdə bir-birindən fərqli bitkilər, heyvanlar və insan irqləri diqqət çəkir. Dünyadakı növ müxtəlifliyinin səbəblər daxilindəki qarşılığı da iqlimdir. Allah’ın dünyada bir-birindən fərqli yaratdığı iqlim qurşaqlarının ortaq xüsusiyyəti isə hər iqlim qurşağının özünəməxsus sabit temperatur ölçüsü olması və Yer kürəsinin ümumi temperaturunun da müəyyən həddə olmasıdır. davamı »