Tag-Archive for » hafizə «

Dünyanın Ən Qabaqcıl Kompüteri Səhv Edərsə…

Üzərində ən çox tədqiqat aparılan, haqqında ən çox yazılan, lakin ən az məlumatımız olan orqanımız beynimizdir. Tamamilə müəmmadır. Bizə çox qarışıq quruluşlu görünməsə də, elm adamları belə düşünmürlər. Onlar beyini çox inkişaf etmiş kompüterə bənzədirlər. O, ən mürəkkəb və ən qabaqcıl kompüterlərdən də üstündür. Qoxu alan, dad bilən, toxunan, yaşayan, hər şeyi ilə dünyanı hiss edən kompüterdir. Bütün kompüterlər kimi bəzən o da səhv edə bilir. Hər hansı bir kompüter səhv etdikdə çox vaxt söndürüb yandırır və işinizə qaldığınız yerdən davam edirsiniz. Əgər problem daha ciddidirsə, texniki xidmətdə ya hissələr, ya da proqramlar təzələnir. Bəs beynimiz səhv etsə?

O, ABŞ-ın tanınmış universitetlərindən Prinstona gələcək vəd edən riyaziyyat dühası kimi daxil olmuşdu. Universitetdəki ilk illərini üstünlüyünü ortaya çıxaracağı orijinal riyazi teorem kəşf etmək üçün sərf etdi. Ancaq bu sahədə konkret uğur əldə edə bilmədi və müəllimi tərəfindən xəbərdarlıq aldı. Uğursuzluğunu qəbul edə bilmirdi. Otaq yoldaşı Çarlz Herman zarafatları ilə onu şənləndirdi və yenidən işləməyə həvəsləndirirdi. Hermanın böyük dəstəyi ilə bu sıxıntılı dövrü keçdi. Bu sayədə Adam Smitin iqtisadi nəzəriyyəsi ilə bağlı orijinal riyazi teorem kəşf etdi. 1953-cü ildə Pentaqona Sovet İttifaqının istifadə etdiyi bəzi riyazi şifrələri açmaq üçün xüsusi dəvət almışdı. Burada əldə etdiyi uğur nəticəsində gizli xidmət onunla casus Uilyam Parçer vasitəsilə əlaqəyə girirdi. Parçer dövlət üçün gizli şifrələr işi ilə müntəzəm məşğul olmasını təmin etmişdi. Hətta bir gün Parçerin Sovet casusları ilə döyüşünə şahid olmuş və çox qorxmuşdu. Gizli xidmətin qoruduğu iş otağında bütün gününü şifrə açmaqla keçirirdi. davamı »

Diqqətli Nəzarətçi: Hüceyrə Qılafı

Çox güclü təhlükəsizlik tədbirləri görülən, zərərli heç bir şeyin qapıdan içəri qoyulmadığı, içəri giriş üçün çox dəqiq yoxlamaların edildiyi və gələnlərin ancaq bu şəkildə içəri buraxıldığı bir bina düşünün. Ancaq bütün bunları binanın özü etsin. Bayırdan heç bir müdaxilə, heç bir kömək almadan bina canlı kimi hərəkət etsin. Binanın düşünürmüş kimi hərəkət etməsi, yəni təhlükəsizlik yoxlamalarını kompüterin köməyilə etməsi, şəxsiyyətin yoxlamasını aparması dövrümüzün texnologiyası ilə mümkün ola bilər. Bəs belə bir sistemin 1 millimetrin 100 mində biri qədər yerə yerləşdirildiyini desək nə düşünərsiniz? İndiki texnologiya ilə belə bir uğurun reallaşması mümkün deyil. Ancaq bu o demək deyil ki, belə bir sistem dünyada yoxdur. İlk dəfə eşitdikdə mümkünsüz kimi görünən qeyri-adi sistem insan ilk ortaya çıxdığından bəri mövcuddur. Hal-hazırda yer üzündəki bütün insanların orqanizmini təşkil edən təqribən 100 trilyon hüceyrənin hər birinin qılafında belə bir sistem mövcuddur. davamı »