Tag-Archive for » hezm sistemi «

B12 VİTAMİNİNİN SƏYAHƏTİ

b12Mədə seliyinin bir xüsusiyyəti də qan hasil edən sümük iliyinə kömək etməsidir. Orqanizm üçün böyük əhəmiyyətə malik B12 vitamininin sümük iliyinə çatdırılmasını təmin edir. B12 vitamininin sümük iliyinə qədər səyahəti və mədə seliyinin bu səyahətdəki rolu təhlil edildikdə mikroskopik səviyyədə baş verən möcüzə ilə qarşılaşırıq.

B12 vitamini insan orqanizminə daxil olduqdan sonra həzm sistemi boyu hərəkət edir. Daha sonra nazik bağırsaqdan qan dövranına keçərək qana qarışır və sümük iliyi hüceyrələrinə çatır.

B12 vitamini nazik bağırsaqda həzm olunur. Ancaq nazik bağırsaqdakı hər hansı həzm hüceyrəsi B12 vitaminini tutmur. Nazik bağırsağın kiçik bir bölgəsində ancaq B12 vitaminini tutan xüsusi hüceyrə qrupu var. Bu hüceyrə qrupu bütün həyatlarını möcüzəvi şəkildə ancaq B12 vitaminini tutmağa həsr edirlər. Bu hüceyrələr trilyonlarla molekulun arasından B12 vitaminini ayırd edib tuturlar. Bəs bu hüceyrələr B12 vitaminini necə tanıyıb digər maddələrdən ayırd edirlər? B12 vitaminini tutmaqla məsul olduqlarını haradan bilirlər? davamı »