Tag-Archive for » Kainat «

Kainatın yaradılışındakı möcüzələr

Partlayışdan qeyri-adi nizama

Yaşadığımız kainatın təqribən 15 milyard il əvvəl bir nöqtədə meydana gələn böyük partlayış ilə əmələ gəldiyi və genişlənərək indiki formasını aldığı bu gün bütün elm dünyası tərəfindən təsdiqlənən faktdır. Kosmik fəza, qalaktikalar, planetlər, Günəş, Yer, qısası, kainatı təşkil edən bütün göy cisimləri “Biq Bənq” adlanan böyük partlayışla meydana gəlmişdir.

Burada çox böyük sirr var: Biq Bənq partlayış olduğuna görə, bu partlayışdan sonra maddə atom və subatom zərrəciklər şəklində kosmik fəzada kortəbii şəkildə yayılmalı idi. Lakin belə olmamışdır, əksinə, çox sistemli, nizamlı kainat meydana gəlmişdir. Kortəbii şəkildə yayılan maddənin kainatın müəyyən hissələrində toplanıb qalaktikaları, ulduzları və ulduz sistemlərini əmələ gətirməsi elm adamlarının təbiri ilə desək, buğda anbarına atılan əl bombasının buğdaları nizamla bağlamalar şəklində toplayıb üst-üstə yığması qədər, hətta bundan daha da qeyri-adi vəziyyətdir.

Biq Bənq nəzəriyyəsinə uzun illər qarşı çıxmış prof. Fred Hoyl təəccübünü belə ifadə edir:

“Biq Bənq nəzəriyyəsi kainatın bir böyük partlayışla əmələ gəldiyini qəbul edir. Ancaq bildiyimiz kimi, partlayışlar maddəni parçalayır və nizamsız hala salır. Halbuki, Biq Bənq sirli şəkildə bunun tam əksinə təsir meydana gətirib: maddəni bir-biri ilə birləşdirmiş və qalaktikaları əmələ gətirmişdir”. (Fred Hoyle, The Intelligent Universe, London, 1984, s. 184-185.) davamı »

Protonlar və elektronlar arasındakı tarazlıq

Atomun içində çox mühüm bir tarazlıq var. Bu, atom nüvəsi ilə xaricindəki elektronlar arasındakı tarazlıqdır.

Elektronların, nüvənin ətrafında fasiləsiz şəkildə fırlandıqlarını bilirik. Bunun səbəbi, elektrik yüküdür. Bütün elektronlar mənfi (-) elektrik yükünə, bütün protonlar isə müsbət (+) elektrik yükünə malikdir. Eləcə də, əks yüklər bir-birini cəzb edər, eyni yüklər isə, bir-birini itələyər. Dolayısilə atomun nüvəsindəki müsbət yük, elektronları özünə cəzb edər. Bundan ötrü də, elektronlar, sürətlərinin özlərinə qazandırdığı mərkəzdənqaçma qüvvəsinə baxmayaraq, nüvənin ətrafından ayrılmazlar.

Atomlarda bu elektrik yüküylə əlaqədar çox mühüm tarazlıq var. Nüvədə nə qədər proton olsa, atomun xaricində də bir o qədər elektron olar. Məsələn, oksigen atomunun nüvəsində 8 proton var və dolayısilə 8 ədəd də elektronu var. Bu sayədə atomların elektrik yükü tarazlanır.

Bunlar çox təməl kimya məlumatlarıdır. Lakin bu məlumatlarda əksər insanın diqqət yetirmədiyi bir xüsus var: Proton, elektrondan olduqca böyükdür. Protonun həcmi də, kütləsi də, elektrondan olduqca çoxdur. Əgər böyüklük müqayisəsi aparmaq lazımdırsa, aralarındakı fərq bir insanla bir fındıq arasındakı fərq kimidir. Yəni elektronla protonun “tarazlı” fiziki strukturları yoxdur.

Lakin elektrik yükləri bərabərdir!

Biri müsbət elektrik yükünə, o biri isə, mənfi elektrik yükünə malikdir, lakin bu yüklər bərabərdir. Halbuki bunu tələb edən heç bir səbəb yoxdur. Əksinə, fiziki cəhətdən gözlənilən vəziyyət, elektronun elektrik yükünün olduqca az olmasıdır.

Bəs görəsən vəziyyət belə olsaydı, yəni proton və elektronun elektrik yükləri bərabər olmasaydı, nə baş verərdi?

Belə olduqda kainatdakı bütün atomlar, protondakı artıq müsbət elektrik yükündən ötrü, əlavə elektrik yükünə sahib olacaqdılar. Bunun nəticəsində isə, kainatdakı bütün atomlar bir-birini itələyəcəkdilər.

Görəsən bu vəziyyət indinin özündə baş versə nə olar? Kainatdakı bütün atomlar bir-birini itələsə nələr baş verər?

Çox fövqəladə şeylər baş verər. Əvvəlcə sizin bədəninizdə baş verəcək bu dəyişikliklərlə nəzər salmaqla başlayaq. Atomlarda bu dəyişiklik yarandığı anda, hal-hazırda bu kitabı tutan əlləriniz və qollarınız bir anda parça-parça olardılar. Yalnız əlləriniz və qollarınız deyil, bədəniniz, ayaqlarınız, başınız, gözləriniz, dişləriniz, bir sözlə, bədəninizin hər hissəsi bir anda parça-parça olar. İçində oturduğunuz otaq, pəncərədən görünən xarici aləm də bir anda parça-parça olar. Yer üzündəki bütün dənizlər, dağlar, Günəş sistemindəki bütün planetlər və kainatdakı bütün göy cisimləri eyni anda sonsuz hissələrə ayrılıb yox olarlar. Həmçinin kainatda bir daha gözlə görüləsi heç bir cisim olmaz. Kainat dediyimiz şey, fasiləsiz şəkildə bir-birlərini itələyən atomların qarşığından ibarət olar.

Bəs görəsən bu mütləq fəlakətin yaşanması üçün, elektron və protonun elektrik yüklərində hansı səviyyədə natarazlıq meydana gəlməlidir? Yüzdə bir fərq olsa belə, yenə də bu fəlakət yaşanarmı? Yoxsa kritik sərhəd mində bir ola bilərmi? Corc Qrinsteyn (George Greenstein), “the symbiotic universe” (“simbiotik kainat”) adlı kitabında bu mövzu barədə bunları söyləyir:

“Əgər iki elektrik yükü arasında 100 milyarda bir belə fərq yaransaydı, bu, insanlar və daşlar kimi kiçik cisimlərin parçalanmasına kifayət edəcəkdi. Dünya və Günəş kimi daha böyük cisimlər üçünsə, bu tarazlıq daha həssasdır. Göy cisimlərinin ehtiyac duyacaqları tarazlıq, milyard dəfə milyardda 1-lik bir nizamdır”.(1)

Bu tarazlıq bizə bir daha, kainatın təsadüfən yaranmadığını müəyyən məqsəd üçün nizamlandığını sübut edir. Astrofizik U. Presin (W.Press) “Nature” jurnalında dərc olunmuş bir məqaləsində yazdığı kimi; “kainatda ağıllı həyatın formalaşmasını dəstəkləyən böyük dizayn var”.(2)

Eləcə də, hər dizayn, özünü meydana gətirən bir ağıl Sahibinin varlığını sübut edir. Bütün kainatı yoxdan yaradan və üstün güc və qüdrət sahibi olan aləmlərin Rəbbi Allahdır. Quranda bildirildiyi kimi; “…Allah göyü qurmuş və sonra ona müəyyən nizam vermişdir” (Naziat surəsi, 27-28).

Kainatdakı cisimlərin yuxarıda araşdırdığımız fövqəladə tarazlıqlar sayəsində qətiyyətli şəkildə varlıqlarını davam etdirmələri isə, Allahın yaratmasındakı mükəmməlliyi göstərən bir dəlildir. Quranda bildirildiyi kimi: “Göyün və yerin Onun əmri ilə öz yerlərində sabit qalması da Onun dəlillərindəndir…” (Rum surəsi, 25).

1) George Greenstein, The Symbiotic Universe, səh. 64-65

2) W. Press, “A Place for Teleology?”, Nature, vol. 320, 1986, səh. 315

 

 

Kainatın ilk anında maddənin anbaan yaradılışı

“Big Bang” nəzəriyyəsinin də göstərdiyi kimi, Allah kainatı yoxdan var edib. Bu böyük partlayış hər cəhətdən insanı düşündürən, təsadüflərlə izah edilməyəcək incə təfərrüatlarla və detallarla doludur.

Partlayışın hər anındakı istilik, atomların sayı, o anda təsir göstərən qüvvələr və bu qüvvələrin şiddəti çox həssas ölçülərə malik olmalıdırlar. Həmin ölçülərdən hər hansı birinin təmin olunmaması belə bu gün içində yaşadığımız kainatın varlığını mümkünsüz edərdi. Qeyd olunan ölçülərdən hər hansı birinin riyazi olaraq “0”-a yaxın olan bir miqdarda dəyişməsi belə bu sonu hazırlamağa kifayət edərdi. davamı »

Bölmə: Kainat  Açar sözlər: ,  Şərh yaz

Kainatdakı təməl qüvvələr

Kainatdakı fiziki qanunların böyük partlayışdan sonra ortaya çıxdığını artıq demişik. Həmin qanunlar bu gün çağdaş fizikanın qəbul etdiyi dörd əsas qüvvənin ətrafında birləşir. Bu qüvvələr kainatdakı bütün nizamı və sistemi yaratmaq üçün böyük partlayışdan dərhal sonra, ilk subatom zərrəciklərinin yaranmasıyla birlikdə formalaşıblar.

Atomlar, yəni maddi kainat ancaq bu qüvvələrin təsiri ilə mövcud olmuş və kainata nizamlı bir dizaynla dağılmışdır. Bunlar yerin cazibə qüvvəsi kimi tanıdığımız kütlələrin cazibə qüvvəsi, elektromaqnit qüvvə, güclü və zəif nüvə qüvvələridir. Hər biri digərindən fərqli gücə və təsir sahəsinə malikdir. Güclü və zəif nüvə qüvvələri sadəcə atomun quruluşunu müəyyənləşdirir. Digər iki qüvvə, yəni cazibə və elektromaqnit qüvvəsi isə atomlar arasındakı əlaqəni və dolayısilə bütün maddi obyektlərin arasındakı tarazlığı tənzimləyir. davamı »

Günəş sistemindəki həssas nizam

niKainatdakı nizamı ən açıq şəkildə müşahidə etdiyimiz sahələrdən biri də, planetimizin yerləşdiyi Günəş sistemidir. Günəş sistemində yer kürəsindən başqa 8 ayrı planet və bu planetlərə aid 54 ayrı peyk var. Bu planetlər Günəşə olan məsafələrinə görə; Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Neptun, Urandır. Bu planetlərin və 54 peyklərinin içində həyata uyğun bir səth və atmosferə sahib olan yeganə göy cismi isə Dünyadır. davamı »

Əlkimya mərkəzləri: Qırmızı nəhənglər

2f1fc4f3_red002Elementləri bir-birinə döndərmək üçün lazım olan istilik, təxminən 10 milyon dərəcədir. Bundan ötrü də, əlkimya əməliyyatı sözün əsl mənasında təkcə ulduzlarda baş verər. Bizim Günəşimiz kimi, orta böyüklükdəki ulduzlarda fasiləsiz şəkildə hidrogen heliuma çevrilir və beləliklə də, yüksək enerji ortaya çıxır. davamı »

Yer kürəsinin kosmosdakı yeri mükəmməl yaradılışın olduğunu göstərir

0d6382bd_solar-system-mean_2c8b45272794e194Yer kürəsinin yeri

Günəş sistemindəki bu möhtəşəm tarazlıqla yanaşı, üzərində yaşadığımız yer kürəsi planetinin bu sistem və ümumiyyətlə kosmosdakı yeri də, yenə mükəmməl bir yaradılışın olduğunu göstərir.

Son astronomik kəşflər, sistemdəki digər planetlərin mövcudluğunun, yer kürəsinin təhlükəsizliyi və orbiti üçün böyük əhəmiyyət daşıdığını göstərmişdir. Yupiterin mövqeyi buna bir nümunədir davamı »

Yerin kütləsi və maqnit sahəsinin həyat üçün əhəmiyyəti

429ac31e_yerin-maqnit-sahesiYerin, Günəşə olan məsafəsi, fırlanma sürəti və ya relyef formaları qədər, böyüklüyü də əhəmiyyətlidir. Planetimizi, kütləsinin ancaq 8%-i qədər kütləyə malik Merkuri və ya kütləsindən 318 misli qədər böyük kütləyə malik Yupiterlə müqayisə etdiyimiz vaxt, planetlərin çox müxtəlif böyüklükdə ola biləcəklərini görərik. Bəs görəsən bu qədər müxtəlif ölçülü planetlər arasında, planetimizin böyüklüyü təsadüfənmi təyin edilib? davamı »

Atmosferin həyat üçün ideal uyğunluğu

a95e53d3_iss044e001198Yer kürəsi, indiyə qədər araşdırdığımız kimi, həm həyat üçün lazımi temperatura, həm lazımi kütləyə, həm də həyatı qoruyub saxlayan xüsusi qalxanlara malikdir. Lakin bu şərtlər Yer üzündə həyatın mövcud olması üçün, kifayət etmir. Çox mühüm olan digər bir şərt, atmosferin quruluşudur. davamı »

Oksigenin ideal həll olma əmsalı

632d47f8_ofcoxygenBədənimizin oksigendən istifadə edə bilməsi, bu qazın suda həll olma xüsusiyyətindən qaynaqlanır. Nəfəs aldığımız vaxt, ağciyərlərimizə daxil olan oksigen, dərhal həll olaraq qana qarışar. Qandakı hemoqlobin adlı zülal həll olunan bu oksigen molekullarını tutaraq hüceyrələrə daşıyar. davamı »