Tag-Archive for » kainatın yaradılışı «

Kainat sonsuz deyil

1_22Ağılasığmaz hüdudlarıyla insan ağılının qavramaqda çətinlik çəkdiyi kainat yarandığı ilk andan etibarən həssas tarazlıq və nizam daxilində qüsursuz şəkildə varlığını davam etdirir. Bu nəhəng kainatın necə yarandığı, hara getdiyi, nizam və tarazlığı təmin edən qanunların necə çalışdığı bütün dövrlərdə insanları maraqlandırıb, düşündürüb və elə indi də belədir. Elm adamları bununla bağlı saysız araşdırmalar aparıb, xeyli tezis və nəzəriyyələr irəli sürüblər. davamı »

Kainatın Yaradılışı: Böyük Partlayış

Bir partlayış xəbəri eşitdiyimizdə təlaşlanar və vurduğu zərərləri ilə maraqlanarıq. Ölülər, yaralılar, dağılan binalar, qırılan şüşələr və s… Yəni bir partlayış olduğunda zərər və nizamsızlıq meydana gəlir. Nə qədər güclü olursa olsun partlayıcıdan istifadə edərək bir şəhəri abad edə bilməzsiniz və ya bir təyyarəni daha təkmilləşmiş texnoloji səviyyəyə çatdıra bilməzsiniz. Harada olursa-olsun bir partlayışdan sonra eyni yerdə rəngarəng çiçəklərin olduğu, müxtəlif canlıların yaşadığı mənzərə ilə qarşılaşa bilməzsiniz… Ancaq dünyamız da, içərisində olduğumuz kainat da təxminən 15 milyard il əvvəl Böyük Partlayış (Big Bang) nəticəsində ortaya çıxmış və genişləyərək indiki formasını almışdır! Yəni partlayış ilə nizam qurulmuşdur. Əgər biri sizə bütün kainatın bir nöqtənin içinə sıxışdırıldığını və bu nöqtənin partlayışdan sonra bütün ulduzları, planetləri və dünyamızı meydana gətirdiyini söyləyirsə burada fövqəladə vəziyyət var. Bizim bildiyimiz bütün partlayışlar dağıdıcı və məhvedici olduğu halda, bütün kainatı bir partlayışın meydana gətirməsi çox xüsusi vəziyyətin olduğunu göstərir.

davamı »