- Kristal necə əmələ gəlir?
- Kristal formanı parçalamaq nə üçün çətindir?
- Kristalın quruluşu pozulsa, nə baş verər?
Kristal sözünü eşitdikdə çox vaxt insanların zehnində “kristal vaza” yaxud “qar kristalları” canlansa da, kristallar insan həyatının molekulyar səviyyədə hər sahəsində mövcud olan, elm adamlarını heyran edən qüsursuz sənət əsərləridir. Bu mükəmməlliyin sirri isə bir çox mütəxəssisin uzunmüddətli cəhdləri nəticəsində yaxın dövrdə açılmışdır. Gözlə görünməyən bu qüsursuz formanı dərindən tədqiq edən elm adamları uca Rəbbimizin yaratma elmini göstərən həndəsi sənətlə qarşılaşıblar.
3 sm-in milyonda biri qədər hissədə əmələ gələn, bir bərk maddənin toz şəklində ən kiçik zərrəciklərində belə mövcud olan möhtəşəm nizama malik kristallar həyatımızın hər sahəsində mövcuddurlar. Yer üzünün bərk qabığı qüsursuz nizama malik atomların təşkil etdiyi kristal səthdir. Ona görə, insanın ayaq basdığı hər yerdə düzgün həndəsi formalarla bir-birinə birləşən simmetriya və estetika hakimdir. Bəzi insanlar bu üstün sənəti adi gözlə görmədiklərinə görə yanılırlar. davamı »