Tag-Archive for » partlayış «

Kainatın yaradılışındakı möcüzələr

Partlayışdan qeyri-adi nizama

Yaşadığımız kainatın təqribən 15 milyard il əvvəl bir nöqtədə meydana gələn böyük partlayış ilə əmələ gəldiyi və genişlənərək indiki formasını aldığı bu gün bütün elm dünyası tərəfindən təsdiqlənən faktdır. Kosmik fəza, qalaktikalar, planetlər, Günəş, Yer, qısası, kainatı təşkil edən bütün göy cisimləri “Biq Bənq” adlanan böyük partlayışla meydana gəlmişdir.

Burada çox böyük sirr var: Biq Bənq partlayış olduğuna görə, bu partlayışdan sonra maddə atom və subatom zərrəciklər şəklində kosmik fəzada kortəbii şəkildə yayılmalı idi. Lakin belə olmamışdır, əksinə, çox sistemli, nizamlı kainat meydana gəlmişdir. Kortəbii şəkildə yayılan maddənin kainatın müəyyən hissələrində toplanıb qalaktikaları, ulduzları və ulduz sistemlərini əmələ gətirməsi elm adamlarının təbiri ilə desək, buğda anbarına atılan əl bombasının buğdaları nizamla bağlamalar şəklində toplayıb üst-üstə yığması qədər, hətta bundan daha da qeyri-adi vəziyyətdir.

Biq Bənq nəzəriyyəsinə uzun illər qarşı çıxmış prof. Fred Hoyl təəccübünü belə ifadə edir:

“Biq Bənq nəzəriyyəsi kainatın bir böyük partlayışla əmələ gəldiyini qəbul edir. Ancaq bildiyimiz kimi, partlayışlar maddəni parçalayır və nizamsız hala salır. Halbuki, Biq Bənq sirli şəkildə bunun tam əksinə təsir meydana gətirib: maddəni bir-biri ilə birləşdirmiş və qalaktikaları əmələ gətirmişdir”. (Fred Hoyle, The Intelligent Universe, London, 1984, s. 184-185.) davamı »

Yer Kürəsinin Kütləsi və Maqnit Sahəsi

Soldan sağa: Merkuri, Venera, Yer, Mars

Yer kürəsinin Günəşdən məsafəsi, fırlanma sürəti və ya yer üzü formaları ilə yaşanı böyüklüyü də əhəmiyyət daşıyır. Yer kürəsinin kütləsinin sadəcə 8%-nə bərabər olar Merkuri və ya Yer kürəsindən 318 dəfə artıq kütləyə malik olan Yupiterlə Yer kürəsini müqayisə etdikdə planetlərin çox müxtəlif ölçülərə malik olduğunu görürük. Bəs görəsən bu qədər müxtəlif ölçülərdəki planetlər arasında Yer kürəsinin ölçüsü təsadüfən müəyyən edilib?

Xeyr! Yer kürəsinin xüsusiyyətlərini nəzərdən keçirdikdə üstündə yaşadığımız bu göy cisminin lazımi ölçüdə olduğunu görürük. Amerikalı geoloqlar Press və Siver Yer kürəsinin bu cəhətdən “uyğunluğu” haqqında belə deyirlər:

“Yer kürəsinin ölçüsü lazımi qədərdir. Daha kiçik olsaydı, Yer kürəsinin cazibə qüvvəsi çox zəifləyəcək və atmosferini ətrafında saxlaya bilməyəcəkdi, daha böyük olsaydı, bu dəfə də Yer kürəsinin cazibə qüvvəsi çox artar və bəzi zəhərlli qazları da saxlayaraq atmosferi öldürücü hala salardı…” (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, s. 4) davamı »

Kainatın Yaradılışı: Böyük Partlayış

Bir partlayış xəbəri eşitdiyimizdə təlaşlanar və vurduğu zərərləri ilə maraqlanarıq. Ölülər, yaralılar, dağılan binalar, qırılan şüşələr və s… Yəni bir partlayış olduğunda zərər və nizamsızlıq meydana gəlir. Nə qədər güclü olursa olsun partlayıcıdan istifadə edərək bir şəhəri abad edə bilməzsiniz və ya bir təyyarəni daha təkmilləşmiş texnoloji səviyyəyə çatdıra bilməzsiniz. Harada olursa-olsun bir partlayışdan sonra eyni yerdə rəngarəng çiçəklərin olduğu, müxtəlif canlıların yaşadığı mənzərə ilə qarşılaşa bilməzsiniz… Ancaq dünyamız da, içərisində olduğumuz kainat da təxminən 15 milyard il əvvəl Böyük Partlayış (Big Bang) nəticəsində ortaya çıxmış və genişləyərək indiki formasını almışdır! Yəni partlayış ilə nizam qurulmuşdur. Əgər biri sizə bütün kainatın bir nöqtənin içinə sıxışdırıldığını və bu nöqtənin partlayışdan sonra bütün ulduzları, planetləri və dünyamızı meydana gətirdiyini söyləyirsə burada fövqəladə vəziyyət var. Bizim bildiyimiz bütün partlayışlar dağıdıcı və məhvedici olduğu halda, bütün kainatı bir partlayışın meydana gətirməsi çox xüsusi vəziyyətin olduğunu göstərir.

davamı »