Tag-Archive for » planetimiz haqda «

Canlılardakı instinktiv davranışların mənbəyi Allahın ilhamıdır

İnstinktlərin mənşəyi

“İnstinkt” sözü, təkamülçü elm adamları tərəfindən, heyvanların anadangəlmə sahib olduqları bəzi davranışları xarakterizə etmək üçün istifadə olunur. Ancaq heyvanların bu instinktləri necə əldə etdikləri, instinkt ilə edilən bir davranışın ilk olaraq necə ortaya çıxdığı və bu davranışların nəsildən-nəslə necə ötrüldüyü sualı həmişə cavabsız qalmışdır. Təkamülçü genetik Gordon Rattray Taylor, The Great Evolution Mystery adlı kitabında instiktlərlə əlaqədar bu çıxılmaz vəziyyəti belə etiraf edir:

İnstiktiv bir davranış ilk olaraq necə ortaya çıxır və bir növdə irsi olaraq necə yerləşir deyə soruşsaq, bu suala heç bir cavab tapa bilmərik.1

Təkamülçülərə görə, instinktlər canlıların genlərində proqramlanmış davranışlardır. Bu izaha əsasən, məsələn, bal arısı olduqca müntəzəm və riyaziyyat möcüzəsi olan altıbucaqlı pətəkləri instinktləri ilə inşa edir. Başqa sözlə, yer üzündəki bütün bal arılarının genlərində qüsursuz altıbucaqlı pətək inşa etmə instinkti proqramlanmışdır.

Niyə dərsliklərdən darvinizm çıxarılmalıdır?

519e2a41_untitled-2001Gecə 4:20-də oyanıb binanın damına çıxmaq və şəkil çəkib göndərmək… Növbəti gün ülgüclə qola mavi balina rəsmi çəkmək… və 50-ci mərhələnin sonunda intihar etmək… Bunlar Rusiya və Qırğızıstanda şagird və gənclər arasında məşhurlaşmış “Mavi balina” oyununun “mərhələləri”dir. Artıq 130-dan çox gəncin bu oyunun təsirinə düşərək intihar etdiyi məlumdur. Oyunun administratoru ona qoşulan gənclərə 50 maddədən ibarət tapşırıqları yerinə yetirdikdən sonra intihara hazır olduqlarını bildirərək onları ölümə təhrik etmişdir. davamı »