Tag-Archive for » tekamul nezeriyyesi «

Təkamülçülərdən 77 etiraf

ea227015_darwin001

1. Təkamül nəzəriyyəsinin banisi Çarlz Darvin:

“Fərqli məsafələrə fokuslanmağı tənzimləyən, müxtəlif miqdarlarda işığı içəri buraxan, sferik və xromatik yayınmaya düzəliş edən bütün misilsiz mexanizmləri ilə göz kimi bir orqanın təbii seçmə yoluyla əmələ gəlmiş ola biləcəyini düşünmək, ürəkdən etiraf edirəm ki, cəfəngiyatın pik nöqtəsidir”.1

2. 20-ci əsrin ən məşhur təkamülçülərindən biri, neodarvinizmin qurucularından olan amerikalı paleontoloq, Nyu-Yorkun Kolumbiya Universitetinin zoologiya üzrə professoru olmuş və Amerika Təbiət Tarixi Muzeyinin kuratoru işləmiş Corc Qeylord Simpson:

“Bu, bir həqiqət olaraq qalır: bütün paleontoloqlar bilir ki, yeni növlər, cinslər və fəsilələrin böyük hissəsi və fəsilədən də yüksək, demək olar ki, bütün yeni kateqoriyalar fosil qeydlərində birdən-birə təzahür edir və tədrici, tamamilə davamlı olan ardıcıl keçidlərdən söz gedə bilməz”.2

davamı »

Rudiment orqan iddialarına cavab

3162cca4_insan-uzu-qizil-nisbet1) APPENDİKS

Appendiks dərsliklərdə “rudiment” orqan nümunəsi kimi göstərilən ən məşhur orqandır. Alman təkamülçü anatomu R.Viderşeym 1895-ci ildə ortaya atdığı “rudiment insan orqanları” siyahısına appendiksi də daxil etmişdi. Appendiks, əsasən, “appendisit” kimi tanınan orqandır. Dilimizdə səhvən “appendisit” kimi tələffüz edilən bu söz, əslində, həmin orqanın iltihablanmasına verilən addır. davamı »

Materializmin elmi cəhətdən süqutu

76329355_ulduz_toplari“Materializmin, elmi düşüncə olduğunu bundan sonra heç kəs iddia edə bilməz”.

(Tanınmış mütəfəkkir Artur Kestler (Arthur Koestler))(1).

İçində yaşadığımız ucsuz-bucaqsız kainat necə yarandı?

Bu kainatdakı tarazlıq, ahəng və nizam necə meydana gəldi?

Üzərində yaşadığımız dünya, yaşamağımız üçün, necə belə uyğun sığınacaq ola bildi? davamı »

Darvinistlərin elm adına irəli sürdükləri saxtakarlıqlar

Piltdaun adamı saxtakarlıqdır

piltdaun adamiMəşhur həkim və eyni zamanda həvəskar paleontoloq olan Çarlz Dovson 1912-ci ildə İngiltərədə Piltdaun yaxınlığındakı bir çökəklikdə bir çənə sümüyü və kəllə parçası tapdığı iddiası ilə üzə çıxdı. Çənə sümüyü meymun çənəsinə bənzəməsinə baxmayaraq, dişlər və kəllə insanınkına bənzəyirdi. Əldə edilən fosillərə “Piltdaun adamı” adı verildi, 500 min illik tarix təyin edildi və fosil insanın xəyali təkamülünə ən mühüm dəlil kimi İngiltərədəki Britaniya muzeyində (British Museum) nümayiş etdirilməyə başladı. 40 ildən çox müddət ərzində haqqında bir çox elmi məqalə yazıldı, şərhlər edildi və rəsmlər çəkildi. Dünyanın müxtəlif universitetlərindən 500-dən çox akademik Piltdaun adamı haqqında doktorluq işi müdafiə etdi.

Məşhur amerikalı paleontoloq H.F. Osborn da 1935-ci ildə Britaniya muzeyinə səfərində: “Təbiət sürprizlərlə doludur, bu, bəşəriyyətin tarixdən əvvəlki dövrləri haqqında mühüm tapıntıdır”, – deyirdi.

Lakin Piltdaun adamı böyük saxtakarlıq, şüurlu şəkildə qurulmuş böyük hiylə idi. davamı »

“İnsanın əcdadı meymundur” yalanı necə üzə çıxdı?

Təkamülçülərin insanla meymunun eyni əcdaddan yarandıqları barədə xəyali hekayələrinin qaynağı nədir?

Təkamülçülərin şimpanzelərdəki bir genin yox olması ilə şimpanzelərin inkişaf edərək insana çevrilməsi barədə iddiaları nə üçün elmi deyil?

Təkamülçülər xəyali ssenarilərində meymun qalıqlarının çoxluğundan istifadə edərək insanlarla meymunların eyni əcdaddan törədiklərini iddia edirlər. Məlumdur ki, indiyə kimi 6000-dən çox meymun növü mövcud olmuşdur. Onların əksəriyyətinin nəsli kəsilmişdir. Hal-hazırda 120-yə qədər meymun növü yaşayır. Məhz 6000-ə yaxın nəsli kəsilmiş meymun növünün qalıqları təkamülçülər üçün zəngin vəsait qaynağıdır. davamı »

Meymun və İnsan Genləri Arasındakı Kəskin Fərqlər

Bir çox təkamülçü mənbədə insanla meymunun 99% oxşarlıq təşkil etdiyi və bunun təkamülə dəlil olduğu iddia edilir. Bu təkamülçü iddia xüsusilə şimpanzeyə aid edilir və bu canlının meymunlar arasında insana ən yaxın növü kimi insanla şimpanze arasında qohumluq olduğundan bəhs edilir. Əslində bu da təkamülçülərin cəmiyyətin məlumat azlığından istifadə edərək ortaya atdıqları saxta dəlildir.

99% oxşarlıq iddiası insanları çaşdırmaq məqsədi güdən təbliğat üsuludur

Əvvəla qeyd edilməlidir ki, insan və şimpanze DNT-ləri haqqında tez-tez irəli sürülən 99% oxşarlıq iddiası insanları aldatmaq məqsədi ilə edilir. İnsanla şimpanzenin genetik quruluşlarının bir-birinə 99% oxşar olduğunu iddia etmək üçün insanın genetik quruluşu ilə yanaşı, şimpanzenin də genetik quruluşu öyrənilməli, hər ikisinin genləri bir-biri ilə müqayisə edilməli və nəticə olmalıdır. davamı »