Yer kürəsinin həyat üçün ən zəruri şərtləri, əvvəla, temperaturu və atmosferidir. Göy planet, canlıların, xüsusilə də bizim kimi olduqca mürəkkəb canlı varlıqların yaşaya biləcəyi temperatur səviyyəsinə və tənəffüs edə biləcəyi atmosferə malikdir. Lakin bu iki amil də, bir-birindən olduqca fərqli amillərin hər biri üçün ideal qiymətlərin müəyyənləşdirilməsi sayəsində mümkün olmuşdur. davamı »
Tag-Archive for » temperatur «
Mar 2017
Feb 2014
İnsanlar üçün qeyri-real görünən bir çox şey heyvanlar tərəfindən rahatlıqla həyata keçirilir. Məsələn, insanlar hamiləlik müddətini uzada bilməzlər, amma bəzi canlılar bunu asanlıqla edə bilirlər.
Allah ağıla, zəkaya və hətta bəzən beyinə belə sahib olmayan canlılara heyrətamiz işlər etdirir. Bunlar arasında ən çox qarşılaşdığımız və bəlkə də ən az əhəmiyyət verdiyimiz canlı növlərindən biri ağcaqanadlardır.
Uçuşundakı üstün dizaynından, yumurtaları üçün torpağın nəmini və temperaturunu ölçməsinə və kamuflyaja qədər bir çox fövqəladə qabiliyyətə sahib olan ağcaqanadların ən əhəmiyyətli xüsusiyyəti doğuşunu gecikdirə bilməsidir. davamı »
Jun 2010
Materialist fəlsəfə kainatdakı nizam və tarazlıqlar haqqında yalnız bir açıqlama irəli sürür: Təsadüf… Bu iddiaya görə bütün kainat təsadüflər nəticəsində meydana gəlmişdir. Lakin kainatı bir az tədqiq etdikdə belə, bu iddianın tamamilə həqiqətdən uzaq olduğunu görürük. Çünki təsadüflər sadəcə qarmaqarışıqlıq (xaos) əmələ gətirir, kainatda isə qarışıqlıq deyil, nizam var.
Kainatı tədqiq etdikdə saysız-hesabsız nizam nümunələri ilə qarşılaşırıq. Yaşadığımız Dünya da bunlardan biridir. Dünya malik olduğu bütün xüsusiyyətlərlə həyatın davam etdirilməsinə uyğun şəkildə, son dərəcə həssas tarazlıqlarla yaradılmışdır.
Dünyanın Günəşdən məsafəsi, oxunun orbitinə olan mailliyi, atmosferdəki tarazlıqlar, Dünyanın öz ətrafında və Günəş ətrafında fırlanma sürətləri, Dünyadakı okeanların, dağların funksiyaları, canlıların malik olduqları xüsusiyyətlər və bunların bir-birlərilə əlaqəsi bu ekoloji tarazlığın hissələrindən sadəcə bir neçəsidir.
Feb 2010
Yer kürəsi həm həyat üçün lazımi temperatura, həm lazımi kütləyə, həm də həyatı qoruyan xüsusi qalxanlara malikdir. Amma bunlar Yerdəki həyatın mövcud olması üçün qaneedici şərtlər deyl. Çox vacib başqa bir şərt isə atmosferin quruluşudur.
Elmi-fantastik filmlər insanları bəzən səhv istiqamətləndirirlər. Buna bir misal olaraq bu filmlərdə tez-tez rast gəlinən “asan atmosfer uyğunluğu”nu göstərmək olar. Kosmik gəmidə uzaq bir planetə yaxınlaşan insanlar planetə enməzdən əvvəl atmosferinin tənəffüs üçün yararlı olub-olmadığını yoxlayırlar. Və adətən tənəffüs üçün yararlı çıxır. Bu ssenarilər insanın asanlıqla və təsadüfən uyğun atmosferlər tapa biləcəyi kimi bir təsəvvür verir. Lakin əgər həqiqətən kosmik gəmilər ilə kainatın dərinliklərinə səyahət etsəydik, Yerdən başqa digər planetlərdə tənəffüs üçün yararlı atmosfer tapmaq demək olar ki, mümkün olmazdı. Çünki Yerin atmosferi həyat üçün lazımlı son dərəcə xüsusi şərtləri birləşdirərək nizamlanmış qeyri-adı tərkibdir. davamı »
Jan 2010
Yerin həyat üçün ən lazımlı şərtlərinin ən vacibləri temperaturu və atmosferidir. Mavi planetimiz canlıların, xüsusilə də bizim kimi son dərəcə mürəkkəb canlı varlıqların yaşaya biləcəyi temperatura və nəfəs ala biləcəyi atmosferə malikdir. Ancaq bu iki amil də bir-birindən son dərəcə fərqli faktorların hər birinin ideal ölçüdə müəyyən edilməsilə əmələ gəlmişdir.
Bunlardan biri Yerin Günəşdən məsafəsidir. Əlbəttə, Yer Günəşə Venera qədər yaxın və ya Yupiter qədər uzaq olsaydı, həyata imkan verən temperatur ölçüsünə malik ola bilməzdi. Karbon əsaslı üzvi molekullar, 120°C ilə -20°C arasında dəyişən temperaturda əmələ gəlirlər. Günəş sistemində bu temperatura malik olan yeganə planet isə Yerdir. davamı »
Jan 2010
Yer planetinin həyat üçün xüsusi şəkildə yaradılmış və bütün xüsusiyyətləri bu məqsədə görə nizamlanmışdır. Ancaq burada bir şeyi xatırlatmaq lazımdır. Bu xüsusilə təkamül nəzəriyyəsini elmi həqiqət hesab etməyə adət etmiş və “adaptasiya” anlayışına inanan insanlara aiddir.
Adaptasiya “uyğunlaşma” deməkdir. Bütün canlıların ortaq əcdaddan təsadüflər nəticəsində törədiklərini müdafiə edən təkamül nəzəriyyəsi isə adaptasiya anlayışını tez-tez işlədir. Təkamülçülər canlıların yaşadıqları mühitə uyğunlaşması nəticədə tamamilə yeni canlı növlərinə çevrildiklərini iddia edirlər. Bu iddianın əsassızlığını, canlıların təbii şərtlərə uyğunlaşma mexanizmlərinin sadəcə müəyyən hədlər çərçivəsində həyata keçdiyini və əsla bir növü başqa bir növə çevirə bilməyəcəyini başqa yazılarımızda da nəzərdən keçirmişdik. Əslində adaptasiya ilə təkamül anlayışı Lamark dövrünün bəsit elm anlayışının qalığıdır və çoxdan elmi faktlarla təkzib edilmişdir. davamı »
Jan 2010
Suyun ən maraqlı və mühüm xüsusiyyətlərindən biri, digər bütün maddələrin əksinə, bərk halının maye halından- yəni buzun sudan daha yüngül olmasıdır. Buna görə də dənizlərdə donma yuxarıdan başlayır, çünki donan təbəqə suyun digər maye hissəsindən daha yüngüldür. Bunun sayəsində dənizin tamamilə donması və canlıların məhv olması təhlükəsi aradan qalxır. Çünki donan və yuxarı qalxan təbəqə dənizin altda qalan maye hissəsini bayırdakı soyuq havadan izolyasiya edir.
Əgər buz sudan ağır olsaydı (əslində belə olması daha təbii olardı), bu halda dənizlər də altdan donmağa başlayacaqdı. Belə olduqda sözügedən izolyasiya baş vermədiyi üçün dənizlərin hamısı asanlıqla donar və sudakı həyat məhv olardı. davamı »
Jan 2010
Külək fərqli temperatur mərkəzləri arasında əmələ gələn hava axınıdır. Atmosferdəki fərqli temperaturlar fərqli hava təzyiqləri əmələ gətirdiyinə görə, hava davamlı olaraq yüksək təzyiqdən alçaq təzyiqə doğru yer dəyişir. Təzyiq mərkəzləri, yəni atmosferdəki temperaturlar arasındakı fərq əgər çox olarsa, hava axını, yəni külək güclü olur, bu da böyük dağıntılara səbəb olan qasırğaları əmələ gətirir.
Maraqlısı odur ki, aralarında çox böyük fərq olan ekvator və qütblər kimi fərqli temperatur və təzyiq qurşaqlarına baxmayaraq, bəzi maneə və “nizamlamalar” sayəsində Yer kürəsi çox güclü küləklərə məruz qalmır. Əgər qütblər və ekvator arasında əmələ gələn nəhəng hava axınları bir azdan sadalayacağımız səbəblərlə yumşaldılmasaydı, Yerin səthi davamlı surətdə güclü qasırğaların baş verdiyi ölü planetə çevrilərdi. davamı »