Tag-Archive for » urek «

ORQANİZMİMİZDƏ HƏYATİ ƏHƏMİYYƏTƏ MALİK NASOSLAR

  • images (1)Yer üzünün ən mükəmməl nasosu olan ürək necə işləyir?
  • Hüceyrələrimizin enerji kimi istifadə etdiyi ATF harada və necə hasil edilir?
  • Mədəmizdəki nasosların funksiyası nədir?

Dövrümüzdə texnologiyanın ən əsas komponentlərindən biri nasoslardır. Quru, dəniz və hava nəqliyyatı vasitələrinin motorları nasoslar sayəsində işləyir. Neft, qaz kimi enerji mənbələrinin yerin dərinliklərindən çıxarılmasında, emalında və daşınmasında da nasoslar mühüm vasitədir. Qida mənbələrimizin əsasını təşkil edən taxıl da nasoslarla işləyən suvarma kanalları ilə sulanır. Odur ki, dövrümüzdə nasoslar olmadan həyatımız çətinləşər. Ancaq həyat üçün böyük əhəmiyyətə malik nasoslar sadəcə texnoloji məhsullarla məhdudlaşmır. Bütün dünyada istifadə edilən mexaniki nasoslardan daha çox nasos orqanizmimizdə yerləşir. Hər biri həyati əhəmiyyətə malik olan mexanizmlərdən ibarət bu nasoslar bütün mexaniki nasoslardan daha kompleksdir.

Allah insan orqanizmində yerləşən nasoslarda iki əsas mexanizm yaradıb. Bu mexanizmlərdən biri qanın bütün orqanizmə daşınmasıdır. Digəri hüceyrələrin daxili və xarici mühitinin ion mübadiləsini təmin etməkdir. davamı »

Bölmə: Vücudumuz  Açar sözlər: , , , ,  Şərh yaz

AVTOMOBİLLƏRDƏKİ QAZ-ƏYLƏC SİSTEMİ VƏ ÜRƏK

_73419389_heart_attack_womanBir çox insan bəzən ürəyinin daha sürətlə döyündüyünü hiss edir. Uzun bir pilləkəni sürətlə çıxdıqda, qaçdıqda və ya həyəcanlandıqda ürək döyüntülərinin artdığını, daha sonra ürəyinin yenidən əvvəlki ritminə düşdüyünü hər insan hiss edir. Ancaq bunun, əslində, nə qədər böyük möcüzə olduğunu düşünməz. Ürək döyüntülərinin sürəti orqanizmə yerləşdirilmiş kompyuter sistemi tərəfindən tənzimlənir. davamı »