Tag-Archive for » van allen «

“Panspermiya” fərziyyəsi nə üçün doğru deyil?

Kosmosda həyatın izləri varmı? Bəlkə Yer üzündəki həyat kosmosun və ya yadellilərin məhsuludur? Bu və bənzəri suallar eradan əvvəlin yunan fəlsəfəsindən tutmuş bu günün tədris planına qədər özünə yer etmiş suallardır. Bu kimi düşüncələrin məcmusunu isə panspermiya fərziyyəsi daxilində incələmək lazım gəlir. “Panspermiya” fərziyyəsi, məna etibarilə, həyatın “toxumları”nın bütün kainata səpələnmiş olduğunu və bu toxumların müxtəlif planetlərə (Yer kürəsi də daxil olmaqla) yayılaraq həyata başlanğıc verdiyini irəli sürür. Belə ki, fərziyyəyə əsasən, bakteriya kimi orqanizmlər kometlər və ya asteroidlər vasitəsilə bir planetdən digər planetə səpələnir və uyğun şəraitə düşmüş bu bakteriyalar təkamül keçirərək həmin planetdə həyatın çiçəklənməsinə yol açır. Bu iddianı isə müxtəlif əsrlərin bir çox nüfuzlu elm adamları qəbul etmişdi. Lakin sonradan aparılan tədqiqatlar və yürüdülən çox sadə məntiqlər belə bu hipotezin neçə puç bir ideyadan ibarət olduğunu ortaya qoyacaqdı…

Yer Kürəsinin Kütləsi və Maqnit Sahəsi

Soldan sağa: Merkuri, Venera, Yer, Mars

Yer kürəsinin Günəşdən məsafəsi, fırlanma sürəti və ya yer üzü formaları ilə yaşanı böyüklüyü də əhəmiyyət daşıyır. Yer kürəsinin kütləsinin sadəcə 8%-nə bərabər olar Merkuri və ya Yer kürəsindən 318 dəfə artıq kütləyə malik olan Yupiterlə Yer kürəsini müqayisə etdikdə planetlərin çox müxtəlif ölçülərə malik olduğunu görürük. Bəs görəsən bu qədər müxtəlif ölçülərdəki planetlər arasında Yer kürəsinin ölçüsü təsadüfən müəyyən edilib?

Xeyr! Yer kürəsinin xüsusiyyətlərini nəzərdən keçirdikdə üstündə yaşadığımız bu göy cisminin lazımi ölçüdə olduğunu görürük. Amerikalı geoloqlar Press və Siver Yer kürəsinin bu cəhətdən “uyğunluğu” haqqında belə deyirlər:

“Yer kürəsinin ölçüsü lazımi qədərdir. Daha kiçik olsaydı, Yer kürəsinin cazibə qüvvəsi çox zəifləyəcək və atmosferini ətrafında saxlaya bilməyəcəkdi, daha böyük olsaydı, bu dəfə də Yer kürəsinin cazibə qüvvəsi çox artar və bəzi zəhərlli qazları da saxlayaraq atmosferi öldürücü hala salardı…” (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, s. 4) davamı »

Yerin Qorunan Tavanı: Atmosfer

Əksər hallarda bizim xəbərimiz olmadığı halda hər planetə olduğu kimi, Yerə də çoxlu sayda meteorit düşür. Digər planetlərə düşdükdə nəhəng kraterlər meydana gətirən bu meteoritlərin Yerə zərər verməmələrinin səbəbi planetimizi əhatə edən atmosferin düşən meteoritlərə qarşı güclü müqavimət göstərməsidir. Meteorit bu müqavimətə çox dözmür və sürtünmə nəticəsində yanaraq kütləsinin böyük hissəsini itirir. Beləliklə, böyük fəlakətlərə səbəb ola bilən bu təhlükə atmosfer sayəsində aradan qaldırılır.

Göy üzünün “qorunmuş tavan” olmasının ən mühüm nümunələrindən biri Yeri əhatə edən maqnetik sahədir. Atmosferin ən yuxarı təbəqəsi “Van Allen” adlandırılan maqnetik qurşaqdan ibarətdir. Bu qurşaq Yerin nüvəsinin malik olduğu xüsusiyyətlər nəticəsində əmələ gəlmişdir.

Nüvə dəmir və nikel kimi maqnetik xüsusiyyəti olan ağır elementləri ehtiva edir. Ancaq daha mühüm olan budur ki, nüvə iki fərqli formadan ibarətdir: daxili nüvə bərk, xarici nüvə isə maye halındadır. Nüvənin bu iki təbəqəsi bir-biri ətrafında hərəkət edir. Bu hərəkət ağır metallar üzərində bir növ maqnitləşmə təsiri yaradaraq maqnetik sahə əmələ gətirir. Van Allen qurşaqları məhz bu maqnetik sahənin atmosferin kənarına çatan hissəsidir. Bu maqnetik sahə sayəsində Yer kürəsi kosmosdan gələn təhlükələrə qarşı qorunur. davamı »