Tag-Archive for » yaradılış «

“RNT dünyası” tezisinin əsassızlığı

70-ci illərdə ibtidai dünya atmosferinin tərkibində olan qazların amin turşusu sintezini qeyri-mümkün etdiyinin məlum olması kimyəvi təkamül nəzəriyyəsinə böyük zərbə oldu. Stenli Miller, Sidney Foks, Siril Ponnamperuma kimi təkamülçülərin illər boyu keçirdiyi “ibtidai atmosfer təcrübələrinin” hamısının əsassız olduğu məlum olmuşdu. Bu səbəbdən 80-ci illərdə başqa təkamülçü axtarışlar başladı. Bunun nəticəsində əvvəlcə zülalların deyil, zülallar haqqında məlumat daşıyan RNT molekulunun əmələ gəldiyini irəli sürən “RNT dünyası” ssenarisi ortaya atıldı.

1986-cı ildə Harvardlı kimyaçı Volter Cilbert tərəfindən ortaya atılan bu ssenariyə əsasən bundan milyard illər əvvəl necə olubsa, öz-özünü kopyalaya bilən RNT molekulu təsadüfən əmələ gəlib. Sonra bu RNT molekulu ətraf mühitin şərtlərinin təsirilə birdən-birə zülallar hazırlamağa başlayıb. Daha sonra məlumatları ikinci bir molekulda saxlamaq ehtiyacı yaranıb və necə olubsa, DNT molekulu meydana gəlib. davamı »

Yarasaların SONAR Sistemi

Yarasaların ən maraqlı xüsusiyyətlərindən biri onların istiqamət tapmaq qabiliyyətidir. Yarasaların bu qabiliyyəti elmi tədqiqatçılar tərəfindən aparılan bir sıra təcrübə ilə ortaya çıxarılmışdır. Allah hər canlıya yaradılış sənətindəki əzəməti, bənzərsiz dizaynı göstərmək üçün müxtəlif xüsusiyyətlər vermişdir. Bu xüsusiyyətlər insanı heyran edən böyük bir ağlın əsəridir. Alimlərin apardığı bir çox təcrübə nəticəsində bu canlıların yeni xüsusiyyətləri hələ də kəşf edilir.

Alimlərin apardığı bir təcrübədə yarasa qaranlıq bir otağa buraxılmış, daha sonra, otağın bir küncünə bir milçək yerləşdirilmiş və yarasanın hərəkətləri qaranlıqda çəkə bilən kameralarla izlənmişdir.  Milçək havada qanad çalan kimi qarşıdakı küncdən  sürətlə hərəkətə keçən yarasa düz milçəyə doğru gəlib onu ovlamışdır. Bu təcrübə ilə tədqiqatçılar yarasaların qaranlıqda belə işləyən çox iti bir duyğu qabiliyyətinin olduğu qənaətinə gəlmişlər. Bəs yaxşı, yarasanın bu üstün intuisiyası nədən qaynaqlanır? Bu, eşitmə hissindən qaynaqlanır, yoxsa sahib olduğu xüsusi bir gecə görmə sistemindən? davamı »

Təkmilləşmiş Kondisioner, Qüsursuz Hiss Edici: Dəri

Oxuduğunuz bir kitabın səhifələrini asanlıqla çevirə bilirsiniz. Çünki əlləriniz səhifələri hiss etməkdə heç bir problem yaratmır. Eyni şəkildə düz, sürüşkən səthi olan cisimləri də məsələn, stəkanları da əlinizə alıb apara bilirsiniz. Bir tükə toxunduqda yumşaqlığını, bir qayanı tutduqda bərkliyini hiss edə bilirsiniz. Çünki dəriniz bütün bunları qəbul edib beyninizə lazımi siqnalları göndərərək sizin cisimləri beyninizdə qavramağınıza kömək edən xüsusiyyətə malikdir.

İnsan dərisinin altında yerləşən toxunma sinirləri çox həssasdır və bədənə səpələnmişdir. Ən çox sinir ucu barmaq uclarında yerləşir. Bu da sizə hərəkət asanlığı verir və heç bir rahatsızlıq olmur. Bununla yanaşı daha “əhəmiyyətsiz” yerlərdə məsələn, kürəkdə az sayda sinir ucu var. Bu çox mühüm üstünlükdür. Bunun əksini düşünək: barmaq uclarının çox hissiyyatsız olduğunu, bütün sinir uclarının kürəkdə toplandığını fərz edək. Bu halda şübhəsiz, olduqca çətin vəziyyət olardı. Əlimizdən düzgün istifadə edə bilməz, lakin kürəyimizə toxunan ən kiçik maddəni məsələn, paltarımızın qırışlarını hiss edərdik. davamı »

Canlılardakı Mükəmməl Simmetriya

Güzgüdə üzünüzə baxın, mükəmməl simmetriyanın olduğunu görəcəksiniz. Əlinizə bir jurnal alın və səhifələrini çevirin. Çevirdiyiniz səhifələrdə qarşınıza çıxan insanlar, ətrafa baxdıqda gördüyünüz quşlar, çiçəklər, kəpənəklər də eyni simmetriyaya malikdirlər.

Simmetriya kainatdakı uyğunluğu təmin edən məsələlərdən biridir. Bütün canlılar simmetrik quruluşa malikdirlər.

Dəniz canlılarına baxın, eyni simmetriyanı görərsiniz. Balıqlar, xərçənglər, krevetlər, qabıqlı dəniz canlıları… Əlinizə yan tərəfdəki şəkillərə bənzəyən bir cüt dəniz qabığı alın və simmetrik şəkildə bu qabıqları qarşı-qarşıya qoyun. Cizgilərinin düzülüşündə, böyükdən kiçiyə doğru sıralanmasında da qüsursuz simmetriya və bənzərsiz rəng müxtəlifliyini görəcəksiniz. davamı »

Arı Yeyən Quşların Ağıllı Taktikaları

Bəzi quşlar qeyri-mümkün görünməsinə baxmayaraq, daşı belə qaza bilirlər. Möhkəm qayaları oyarkən istifadə etdikləri bir alətləri var: dimdikləri… Arı yeyən quş bu quşlardan biridir.

Arı yeyən quş (meropidae) yuvasını qumdaşı uçurumlarının üstünə və ya çayın sahilindəki bərkimiş palçıqlara dimdiyilə davamlı şəkildə vurub oyuqlar açaraq qurur. Oyuq açma prosesinə 90-100 sm uzunluğunda dar tunel açana qədər davam edir. Yuvanın kənarlarını açmaq üçün inşaat vasitəsi kimi dimdiyindən istifadə edən arı yeyən quşun qısa və güclü pəncələri də qazma işinə kömək edir. Yuvanın içində toplanan torpağı pəncəsilə bayıra boşaldır. Arı yeyən quşların bəzi növləri 1000 və ya daha çox quşdan ibarət koloniyalar halından yaşayırlar. Elm adamları bu qədər çox yuvanın içində hər quşun öz yuvasını necə tapdığını açıqlaya bilmirlər. (Da­vid At­ten­bo­ro­ugh, The Tri­als of Li­fe, s.137) davamı »