Materialist fəlsəfə kainatdakı nizam və tarazlıqlar haqqında yalnız bir açıqlama irəli sürür: Təsadüf… Bu iddiaya görə bütün kainat təsadüflər nəticəsində meydana gəlmişdir. Lakin kainatı bir az tədqiq etdikdə belə, bu iddianın tamamilə həqiqətdən uzaq olduğunu görürük. Çünki təsadüflər sadəcə qarmaqarışıqlıq (xaos) əmələ gətirir, kainatda isə qarışıqlıq deyil, nizam var.
Kainatı tədqiq etdikdə saysız-hesabsız nizam nümunələri ilə qarşılaşırıq. Yaşadığımız Dünya da bunlardan biridir. Dünya malik olduğu bütün xüsusiyyətlərlə həyatın davam etdirilməsinə uyğun şəkildə, son dərəcə həssas tarazlıqlarla yaradılmışdır.
Dünyanın Günəşdən məsafəsi, oxunun orbitinə olan mailliyi, atmosferdəki tarazlıqlar, Dünyanın öz ətrafında və Günəş ətrafında fırlanma sürətləri, Dünyadakı okeanların, dağların funksiyaları, canlıların malik olduqları xüsusiyyətlər və bunların bir-birlərilə əlaqəsi bu ekoloji tarazlığın hissələrindən sadəcə bir neçəsidir.