Burnumuzun əsas funksiyası nəfəs aldığımız havanın içindəki toz zərrəciklərinə, bakteriya və mikroblara mane olmaq, beləcə, ağciyərdə əmələ gələcək xəstəliklərin qarşısını almaqdır.
Bu mükəmməl təhlükəsizlik mexanizmi belə işləyir: havadan daxil olan zərərli zərrəciklər tənəffüs yollarının səthindəki nəmləndirici selik təbəqəsi tərəfindən tutulur. Sonra silia adlanan kirpikciklər işə düşür. Tərkibində zərərli maddələr olan seliyi kirpikciklər dəqiqədə 1 sm sürətlə udlağa doğru itələyir, daha sonra öskürəklə xaric edilir və ya udularaq mədədəki turşularla məhv edilir. Burada ümumi izah etdiyimiz bu proseslər, əslində, çox mürəkkəbdir. Belə ki, milyonlarla kirpikciyin mütəşəkkil halda necə hərəkət etdiyi və iş mexanizminin təfərrüatları hələ tam məlum deyil. Selik təbəqəsi, selik ifraz edən hüceyrələr və kirpikciklər mükəmməl kimyəvi təmizləmə sistemi meydana gətirirlər. Bu təmizləmə sistemi elə qüsursuz işləyir ki, orqanizmimiz üçün nəyin lazımlı, nəyin təhlükəli olduğunu dərhal müəyyən edir və lazımi tədbirləri görür. davamı »

Arılar polyarizə işıqdan yaradıldıqları andan etibarən – yəni milyon illərdir istifadə edir, qüsursuz hesablama ilə istiqamət təyin edirlər. Bəs bunu necə bacarırlar?
Yer üzündə böyük canlı müxtəlifliyi var. Planetimiz qütblərdən Amazona, hündür dağlardan okean dərinliklərinə qədər çox müxtəlif canlı formaları ilə doludur. Bakteriyadan soxulcana, qarışqadan ağaca, qağayıdan delfinə qədər müxtəlif canlılar həssas işləyən sistemlərə, kompleks orqanlara malikdirlər. Bu sistemlər sayəsində ətraf mühitlə mükəmməl uyğunluq içində həyatlarını davam etdirirlər. Bioloqlar tərəfindən təfərrüatları kəşf edilən bu sistemlər insanı heyran edir.
Dünyanı qavrama formamız o qədər mükəmməldir ki, “xaricdə”, yəni bədənimizin ətrafında bir görüntü olduğuna bizi inandırır. Lakin bu vəziyyətin gecə gördüyümüz yuxulardan heç bir fərqi yoxdur. Yuxularımızda ətrafımızdakı hadisələrin, səs və görüntülərin fərqində oluruq, hətta bədənimizin də… Düşünürük və mühakimə edirik, qorxu, qəzəb, məmnuniyyət və sevgi hissləri duyuruq. Başqa insanlarla danışır, onlarla eyni şeyləri gördüyümüzü düşünərək ətrafımızdakılar haqqında fikir yürüdür, hətta üzərimizə gələn avtomobilin bizi vurmasından ehtiyat edərək kənara çəkilirik. Qısası, oyanıb yaşadığımızı zənn etdiyimiz şeylərin yalnız zehnimizdə olduğunu bilənə qədər, yuxumuzda da maddi dünyada yaşadığımızı düşünürük…
Son illərdə aparılan tədqiqatlar çox mühüm həqiqəti üzə çıxarmışdır: təkamülə dəlil kimi göstərilən apendiks (korbağırsağın soxulcanabənzər çıxıntısı) təkamülçülərin zənn etdiyi kimi rudiment orqan deyil. Əksinə, mükəmməl quruluşu ilə Allah`ın üstün ağlının dəlilidir.
Son illərdə bakteriyalar üzərində aparılan müşahidələr bu birhüceyrəli canlıların çox ağıllı davrandığını, mühiti dəyərləndirib qərar verdiklərini göstərmişdir. Tanınmış molekulyar bioloq Maykl Denton (Michael Denton) bu barədə belə yazır:
Kristal necə əmələ gəlir?