Orqanizmdə qüsursuz planlanmış sistem işləyir. Böyrəklər bu sistemlərdən biridir.
Əgər tərləmə və ya bir müddət su içməmə səbəbindən bir az su itirsək, qandakı suyun miqdarı azalar.
Qan beyində hərəkət edərkən hipotalamus adlanan bölgədəki xüsusi reseptorlar hərəkətə keçir və hipofiz vəzinə impuls göndərir. İmpulsu qəbul edən və orqanizmdə suyun azaldığını anlayan hipofiz vəzi böyrəklərə xüsusi mesaj (antidiuretik hormon- ADH) göndərir. Bu mesaj borucuqlardakı hüceyrələrə “orqanizmdə su çatışmazlığı var, artıq suyu geri qaytarın” əmrini verir. Borucuqlar sidikdən daha çox suyu soraraq qana qarışdırırlar və bu şəkildə orqanizmdə su çatışmazlığı aradan qaldırılır. (Arthur C. Guyton, M.D., Text Book of Medical Physiology, W.B. Saunders Company, 7th Edition, 1986, səh.613-614)
Əgər artıq su içmişiksə, bu dəfə də həmin əmr sistemi zənciri çərçivəsində xəbərləşmə baş verir. Ancaq bu dəfə borucuqlardakı hüceyrələrə “orqanizmdə artıq su var, suyu lazımsız yerə geri qaytarmayın” əmri verilir. davamı »
Bir çox elmi mövzunun tarixən çox qədimlərə gedib çıxdığını düşünürük. Halbuki elmi kəşflərin bir qismi, xüsusilə insan DNT-si ilə bağlı məlumatların tarixi o qədər də qədim deyil. Demək olar ki, bir çoxu yaxın keçmişdə edilmiş kəşflərdir.
Kirpi balığı yaxınlıqda təhlükə hiss etdikdə tikanlı dərisi dəqiqələr ərzində kürə formasını alır. Kirpi balığının şişməsi onu yem olmaq riskindən xilas edir. Kürə formasını aldıqda balıq dərin nəfəs alıb nəfəsini tutmuş kimi görünür. Ancaq şişkin vəziyyətdə də nəfəs almağa davam edir.
XVII əsrdə yaşamış belçikalı fizik Yan Baptist van Helmont elmi təcrübələrindən birində söyüd ağacının böyüməsini müşahidə edir və müxtəlif ölçmələr aparır. Ağacı əvvəlcə çəkir, 5 il sonra yenidən çəkir və ağırlığının 75 qr artdığını görür. Bitkinin böyüdüyü qabdakı torpağı çəkdikdə isə 5 il ərzində sadəcə bir neçə qram azaldığını görür. Fizik van Helmont bu təcrübəsində söyüd ağacının böyüməsinin səbəbinin sadəcə dibçəkdəki torpaq olmadığını aşkar edir. Bitki böyümək üçün torpağın çox az hissəsindən istifadə etdiyinə görə, deməli, başqa yerdən qida alır.
Hər insan ömrünün 1/3-ni yuxuda keçirir. Hər gün baş verən, əslində, böyük möcüzə olan yuxu bütün bədən sistemlərinin passivləşdiyi dincəlmə prosesi deyil. Çünki yuxuda bədəndə aktiv yenilənmə prosesi başlayır. İndi yuxuda insan bədənində necə yenilənmə prosesi olduğuna nəzər salaq.
Endryu Qliksonun (Andrew Glikson) rəhbərliyi ilə Avstraliya Milli Universitetinin əməkdaşları Avstraliyanın Kvinslend, Cənubi Avstraliya və Şimal Ərazi ştatlarının sərhədlərində geotermik aktivliyin planlı tədqiqatını aparmışlar. Bu məqsədlə 3 km dərinlikdə qazıntılar aparılarkən güclü zərbənin təsirindən şüşəyə çevrilmiş dağ süxurlarının izlərinə rast gəlmişlər.
Ən son tədqiqatlar nəticəsində artıq məlum olmuşdur ki, təxminən 30-200 min il əvvəl yaşamış “neandertal” adlandırılan qədim insanlar nitqə sahib idilər, rəsmlər çəkirdilər, ölülərini dəfn edirdilər, əmək alətləri, silahlar düzəldirdilər.


