“Yer kürəsi; atmosferi və okeanlarıyla, mürəkkəb biosferiylə, uyğun şəkildə oksidləşdirilmiş qabığıyla, zəngin silisium yataqlarıyla, çökmə və ya maqmatik süxurlarıyla, zəngin buzlaqları, səhraları, meşələri, tundraları, otlaq sahələri, şirin sulu gölləri, kömür və neft yataqları, vulkanları, heyvanları, bitkiləri, maqnit sahəsi, okean dibi relyefi və hərəkətli maqmasıyla… heyrətləndirəcək dərəcədə mürəkkəb sistemdir”.
(Amerikalı geoloq C. S. Levis (J. S. Lewis),)(1)
Əgər Günəş sistemində bir səyahətə çıxsanız, olduqca qəribə bir mənzərə ilə qarşılaşarsınız. Səyahətə sistemin ən kənarından başladığınızı fərz edək. İlk qarşılaşacağınız planet Pluton olacaq. davamı »
Yer kürəsinin yeri
Yer kürəsinin həyat üçün ən zəruri şərtləri, əvvəla, temperaturu və atmosferidir. Göy planet, canlıların, xüsusilə də bizim kimi olduqca mürəkkəb canlı varlıqların yaşaya biləcəyi temperatur səviyyəsinə və tənəffüs edə biləcəyi atmosferə malikdir. Lakin bu iki amil də, bir-birindən olduqca fərqli amillərin hər biri üçün ideal qiymətlərin müəyyənləşdirilməsi sayəsində mümkün olmuşdur.
Yerin, Günəşə olan məsafəsi, fırlanma sürəti və ya relyef formaları qədər, böyüklüyü də əhəmiyyətlidir. Planetimizi, kütləsinin ancaq 8%-i qədər kütləyə malik Merkuri və ya kütləsindən 318 misli qədər böyük kütləyə malik Yupiterlə müqayisə etdiyimiz vaxt, planetlərin çox müxtəlif böyüklükdə ola biləcəklərini görərik. Bəs görəsən bu qədər müxtəlif ölçülü planetlər arasında, planetimizin böyüklüyü təsadüfənmi təyin edilib?
Yer kürəsi, indiyə qədər araşdırdığımız kimi, həm həyat üçün lazımi temperatura, həm lazımi kütləyə, həm də həyatı qoruyub saxlayan xüsusi qalxanlara malikdir. Lakin bu şərtlər Yer üzündə həyatın mövcud olması üçün, kifayət etmir. Çox mühüm olan digər bir şərt, atmosferin quruluşudur.
Bədənimizin oksigendən istifadə edə bilməsi, bu qazın suda həll olma xüsusiyyətindən qaynaqlanır. Nəfəs aldığımız vaxt, ağciyərlərimizə daxil olan oksigen, dərhal həll olaraq qana qarışar. Qandakı hemoqlobin adlı zülal həll olunan bu oksigen molekullarını tutaraq hüceyrələrə daşıyar.
Günəşdən yayılan şüalar həyatı dəstəkləmək üçün xüsusi olaraq yaradılmışlar. Lakin bu mövzuda çox mühüm bir amil var: Bu şüalar Yer səthinə çata bilmək üçün, atmosferdən keçmək məcburiyyətindədirlər.
Fotosintez, hər kəsin orta məktəb və yuxarı sinif dərslərində öyrəndiyi kimyəvi əməliyyatdır. Lakin əksər insan dərsliklər arasına sığışmış bu mövzunun bizim həyatımız üçün nə qədər mühüm əhəmiyyət daşıdığını görə bilməz.
Günəşdən bizə gələn şüaların elektromaqnit şüalar intervalının üç kiçik intervalını əhatə edən çox xüsusi şüalardır. Bu intervallar;
Kainatın böyük partlayışdan dərhal sonra müəyyənləşdirilən ədədi tarazlıqların, insan həyatı üçün fövqəladə şəkildə uyğun olduğunu göstərir. Partlayış sürəti, dörd əsas qüvvənin qiymətləri və sonrakı hissələrdə araşdıracağımız bütün digər dəyişənlər, yaşanıla biləcək bir kainatın yaranması üçün münasibdir və bu münasiblik, görünməmiş həssaslıqla müəyyənləşdirilmişdir. Bu məqamda materializmin “təsadüf” iddiasını ələ alaq. 