Lüsi (Lucy) 1974-cü ildə amerikalı antropoloq Donald Cohanson tərəfindən tapılan məşhur fosilin adıdır. Bir çox təkamülçü Lüsinin insanla meymunəbənzər əcdadları arasındakı ara keçid forması olduğunu iddia etmişdir. Ancaq növbəti illərdə aparılan tədqiqatlar Lüsinin nəsli kəsilmiş bir meymun növü olduğunu ortaya çıxarmışdır.
Bir meymun növü olduğu və insanın təkamülü ilə bağlı olmadığı ortaya qoyulan avstralopitek cinsinə aid bir növü təmsil edir. Bu növün (Australopithecus afarensis) şimpanzelərlə eyni böyüklükdə beyini var, qabırğaları və çənə sümüyü dövrümüzün şimpanzeləri ilə eyni şəkildədir, qolları və ayaqları canlının bir şimpanze kimi yeridiyini göstərir. Hətta çanaq sümüyü də şimpanzelərinki kimidir. (Richard Allan & Tracey Greenwood, Primates and Human Evolution in the textbook: Year 13 Biology, 1999. Student Resource and Activity Manual, (Biozone International, printed in New Zealand.), s. 260.)
Təkamülçülər Lüsinin daxil olduğu avstralopitek qrupuna aid canlıların meymun xüsusiyyətləri daşımalarına baxmayaraq, insanabənzər bir duruş və yeriş şəkli olduğunu iddia edirlər. Halbuki aparılan tədqiqatlar bunun doğru olmadığını göstərmişdir. Harvard antropoloqlarından Uilyam Houels Lüsinin yeriş şəklinin insanlarınkına bir keçid olmadığını yazır: davamı »
Yer üzündə böyük canlı müxtəlifliyi var. Planetimiz qütblərdən Amazona, hündür dağlardan okean dərinliklərinə qədər çox müxtəlif canlı formaları ilə doludur. Bakteriyadan soxulcana, qarışqadan ağaca, qağayıdan delfinə qədər müxtəlif canlılar həssas işləyən sistemlərə, kompleks orqanlara malikdirlər. Bu sistemlər sayəsində ətraf mühitlə mükəmməl uyğunluq içində həyatlarını davam etdirirlər. Bioloqlar tərəfindən təfərrüatları kəşf edilən bu sistemlər insanı heyran edir.
Son illərdə aparılan tədqiqatlar çox mühüm həqiqəti üzə çıxarmışdır: təkamülə dəlil kimi göstərilən apendiks (korbağırsağın soxulcanabənzər çıxıntısı) təkamülçülərin zənn etdiyi kimi rudiment orqan deyil. Əksinə, mükəmməl quruluşu ilə Allah`ın üstün ağlının dəlilidir.
“Gözü düşünmək məni nəzəriyyəmdən soyutdu!” -deyə etiraf edən Darvini bu açıqlamaya sövq edən ən əsas səbəblərdən biri mükəmməl quruluşda kompleks canlıları nəzəriyyəsi ilə açıqlaya bilməməsi idi. Xəyali təkamül mexanizmlərini bir gözü əmələ gətirmək üçün lazımi yerlərdə yerləşdirə bilmirdi. Bu kompleks orqanın xəyali təkamül mərhələləri ilə əmələ gəldiyini sübut etmək üçün gözün orqanoidlərini sadələşdirməli idi, ancaq bunu edə bilmirdi.
Təkamülçülər xəyali ssenarilərində meymun qalıqlarının çoxluğundan istifadə edərək insanlarla meymunların eyni əcdaddan törədiklərini iddia edirlər. Məlumdur ki, indiyə kimi 6000-dən çox meymun növü mövcud olmuşdur. Onların əksəriyyətinin nəsli kəsilmişdir. Hal-hazırda 120-yə qədər meymun növü yaşayır. Məhz 6000-ə yaxın nəsli kəsilmiş meymun növünün qalıqları təkamülçülər üçün zəngin vəsait qaynağıdır.
1922-ci ildə Amerika Təbiət Tarixi Muzeyinin müdiri Henri Feyrfild Ozborn Qərbi Nebraskadakı İlan dərəsi yaxınlığındakı plieosen dövrünə aid azı dişi fosili tapdığını açıqladı. Bu diş iddiaya əsasən, insan və meymunların ortaq xüsusiyyətlərini daşıyırdı. Çox keçmədən bu məsələ ilə bağlı çox dərin elmi müzakirələr başladı. Bəziləri bu dişin sahibini pitekantrop (Pithecanthropus erectus) olduğunu söyləyir, bəziləri isə bunun insana daha yaxın olduğunu deyirdilər. Böyük müzakirələrə səbəb olan bu diş fosilinə “Nebraska adamı” adı verildi. “Elmi” adı da dərhal qoyuldu: Hesperopithecus haroldcooki.
Məməlilərin mənşəyi mövzusunda əhəmiyyətli bir yer tutan başlıq çoxdandır ki, təkamülçü mənbələrin baş tacı etdikləri “atın təkamülü” əfsanəsidir. Bu bir əfsanədir, çünki elmi tapıntılara deyil, xəyal gücünə əsaslanır.
DENİSOVAN İNSANI NECƏ QURAŞDIRILDI?
Təkamülçü media yolu ilə insanlara təlqin edilən materialist fərziyyələrdən biri insan davranışlarının təkcə genetik amillərin təsiri ilə müəyyən edildiyi iddiasıdır. Bu iddianın tərəfdarları insanın göz rəngi kimi fiziki xüsusiyyətləri ilə yanaşı davranışlarının da genlər tərəfindən müəyyən edildiyini fərz edirlər. Davam edən genetik tədqiqatların mediada müntəzəm olaraq bu prizmadan şərh olunması laboratoriya reallıqlarına zidd, xurafat tipli bir sıra fikirlərin cəmiyyət içində elmi məlumat olduğu təəssüratını yaradıb. Beləliklə, “bizi insan edən amil genlərlə məhdudlaşır” kimi tanınan “gen yalanı”meydana çıxıb.
1) APPENDİKS