Blog Archives

“RNT dünyası” tezisinin əsassızlığı

70-ci illərdə ibtidai dünya atmosferinin tərkibində olan qazların amin turşusu sintezini qeyri-mümkün etdiyinin məlum olması kimyəvi təkamül nəzəriyyəsinə böyük zərbə oldu. Stenli Miller, Sidney Foks, Siril Ponnamperuma kimi təkamülçülərin illər boyu keçirdiyi “ibtidai atmosfer təcrübələrinin” hamısının əsassız olduğu məlum olmuşdu. Bu səbəbdən 80-ci illərdə başqa təkamülçü axtarışlar başladı. Bunun nəticəsində əvvəlcə zülalların deyil, zülallar haqqında məlumat daşıyan RNT molekulunun əmələ gəldiyini irəli sürən “RNT dünyası” ssenarisi ortaya atıldı.

1986-cı ildə Harvardlı kimyaçı Volter Cilbert tərəfindən ortaya atılan bu ssenariyə əsasən bundan milyard illər əvvəl necə olubsa, öz-özünü kopyalaya bilən RNT molekulu təsadüfən əmələ gəlib. Sonra bu RNT molekulu ətraf mühitin şərtlərinin təsirilə birdən-birə zülallar hazırlamağa başlayıb. Daha sonra məlumatları ikinci bir molekulda saxlamaq ehtiyacı yaranıb və necə olubsa, DNT molekulu meydana gəlib. davamı »

Atom bombalarının dağıdıcı təsirləri

Radiasiya kosmosda saniyədə 200.000 km-ə yaxın sürətlə hərəkət edən qamma şüaları, neytronlar, elektronlar və daha bir neçə atomaltı zərrəciklərdən ibarətdir. Bu zərrəciklər insanın bədəninə asanlıqla təsir edir və bədəndəki hüceyrələrə zərər verir. Bu zərər ölümcül xəstəliyin – xərçəngin ortaya çıxmasına səbəb ola bilər və ya çoxalma hüceyrələrinə təsir edə bilər. Bu da gələcəkdə genetik dəyişikliyə gətirib çıxarır.

Bütün dünya II Dünya Müharibəsində Xerosima və Naqasakiyə atılan atom bombalarının nə qədər böyük qüvvəyə malik olduğunun şahidi olub. Atılan hər iki bomba yüz minlərlə insanın həyatına son qoyub, bir çox insanda isə bir ömür boyu bərpa olunmayan fiziki qüsurlara gətirib çıxarıb.

Bir neçə saniyə ərzində yüz minlərlə insanın ölməsinə səbəb olan atomun daxilindəki bu böyük gücün necə ortaya çıxdığını araşdıraq: davamı »

Diqqətlə Qorunan Qala: İnsan Bədəni

Nə qədər təmiz mühitdə olsaq da yaşadığımız yerləri bir çox mikroorqanizmlə bölüşürük. İndi oturduğunuz otağı bir mikroskopla tədqiq etmək imkanınız olsaydı, birlikdə yaşadığınız milyonlarla canlını rahatlıqla görə bilərdiniz.

Belə vəziyyətdə insan bu mənada “əhatə edilmiş qala” kimidir. Şübhəsiz ki, ətrafı saysız düşmənlə əhatə olunmuş qalanın qorunması da tam və planlı olmalıdır. İnsan ehtiyacı olan bu mükəmməl müdafiə ilə birlikdə yaradılmışdır, yəni düşmənlərə qarşı müdafiəsiz deyil. Allahın insan bədənində yaratdığı “mikro” mühafizə sistemləri, insanları hər cür zərərli orqanizmlərdən qoruyur və bir neçə cəbhədə mübarizə aparır. davamı »

Yaşıl möcüzə: “Xlorofil”

İnsan saniyənin mində biri ilə saniyənin iki mində biri arasındakı fərqi ayırd edə bilmir. Hər iki müddət insanın anlamayacağı və qavramayacağı qədər kiçikdir. Saniyənin on milyonda biri kimi kiçik olan müddət isə insanın xəyal belə edə bilmədiyi kiçik zamandır. Məhz yarpaqlardakı xlorofil molekulları bu qısa müddət ərzində hərəkətə keçir və möhtəşəm işlər görür.

Bir millimetrlik sahə düşünək. Bu sahə bir qələmin ucu qədər kiçik yeri tutur. İndi bu kiçik yerə 500 min xüsusi cihaz yerləşdirək. Bu cihazların hər biri xüsusi dizayna və funksiayaya sahib olsun. Bundan başqa, 500 min cihazı xüsusi sistemlə qoruyaq.

Bəlkə bu ssenari oxunduğu zaman imkansız görünə bilər. Ancaq Allahın yaratması qüsursuz və möcüzəvidir. Yuxarıda bəhs etdiyimiz misal həyatda mövcuddur. Bir yarpağın ortasındakı bir millimetrlik sahədə 500 min xlorofil mövcuddur. davamı »

Gözdəki Texnologiya

Tibb texnologiyasının inkişaf etməsi ilə insan gözünün nə qədər böyük möcüzə olduğu daha yaxşı başa düşülür. Göz haqqında əldə edilən məlumatların texnologiyaya tətbiq edilməsi ilə getdikcə daha çox inkişaf etmiş video və foto kameralar, saysız-hesabsız optik sistemlər istehsal edilir. Ancaq texnologiya nə qədər inkişaf etsə də, istehsal edilən elektron alətlər gözün bəsit təqlidindən irəli getmir. Kompüter kameraları daxil olmaqla, insan icadı olan heç bir alət gözə rəqib ola bilməz. 1

Gözün görmə sisteminin qaba şəkildə təqlidi ilə icad edilən ən geniş yayılmış optik cihazlardan biri fotokameradır. Gözün möcüzəvi görmə sistemini qısa şəkildə xatırlatmaq və nə qədər təkmilləşmiş olsa da, gözün ən qabaqcıl texnoloji kəşflərdən daha üstün quruluş və funksiyaya malik olduğunu görmək üçün bu alətin bəzi xüsusiyyətləri ilə gözü müqayisə edək. davamı »

Darvinizmin Süqutu / Video

davamı »

Dünyanın Ən Qabaqcıl Kompüteri Səhv Edərsə…

Üzərində ən çox tədqiqat aparılan, haqqında ən çox yazılan, lakin ən az məlumatımız olan orqanımız beynimizdir. Tamamilə müəmmadır. Bizə çox qarışıq quruluşlu görünməsə də, elm adamları belə düşünmürlər. Onlar beyini çox inkişaf etmiş kompüterə bənzədirlər. O, ən mürəkkəb və ən qabaqcıl kompüterlərdən də üstündür. Qoxu alan, dad bilən, toxunan, yaşayan, hər şeyi ilə dünyanı hiss edən kompüterdir. Bütün kompüterlər kimi bəzən o da səhv edə bilir. Hər hansı bir kompüter səhv etdikdə çox vaxt söndürüb yandırır və işinizə qaldığınız yerdən davam edirsiniz. Əgər problem daha ciddidirsə, texniki xidmətdə ya hissələr, ya da proqramlar təzələnir. Bəs beynimiz səhv etsə?

O, ABŞ-ın tanınmış universitetlərindən Prinstona gələcək vəd edən riyaziyyat dühası kimi daxil olmuşdu. Universitetdəki ilk illərini üstünlüyünü ortaya çıxaracağı orijinal riyazi teorem kəşf etmək üçün sərf etdi. Ancaq bu sahədə konkret uğur əldə edə bilmədi və müəllimi tərəfindən xəbərdarlıq aldı. Uğursuzluğunu qəbul edə bilmirdi. Otaq yoldaşı Çarlz Herman zarafatları ilə onu şənləndirdi və yenidən işləməyə həvəsləndirirdi. Hermanın böyük dəstəyi ilə bu sıxıntılı dövrü keçdi. Bu sayədə Adam Smitin iqtisadi nəzəriyyəsi ilə bağlı orijinal riyazi teorem kəşf etdi. 1953-cü ildə Pentaqona Sovet İttifaqının istifadə etdiyi bəzi riyazi şifrələri açmaq üçün xüsusi dəvət almışdı. Burada əldə etdiyi uğur nəticəsində gizli xidmət onunla casus Uilyam Parçer vasitəsilə əlaqəyə girirdi. Parçer dövlət üçün gizli şifrələr işi ilə müntəzəm məşğul olmasını təmin etmişdi. Hətta bir gün Parçerin Sovet casusları ilə döyüşünə şahid olmuş və çox qorxmuşdu. Gizli xidmətin qoruduğu iş otağında bütün gününü şifrə açmaqla keçirirdi. davamı »

Riçard Davkins və “Qısqanc Sulfat Turşusu”

Richard Dawkins məşhur təkamülçülərdən biridir və dünya ateizminin bayraqdarı hesab olunur. Davkinsə görə canlıların ən mühüm hədəfi həyatda qalmaq, törəmək və genlərini qoruyaraq növbəti nəsillərə köçürməkdir. Davkinsin heç bir məntiqə sığmayan bu iddiasına görə insan “genləri qoruyan robot”dur. Bu dünyadakı yaranma məqsədi isə sahib olduğu genləri çoxaltmaq, digər genlərlə rəqabətdə öz genlərini qorumaq və sonrakı nəsillərə ötürməkdir. Elmi əsası olmayan bu materialist inanca görə əgər insanın məqsədi sadəcə genlərinin davamlı olmasını təmin etməkdirsə, onda bu insanın heç bir əxlaqi kriteriyası ola bilməz. İnsan genlərinin mənfəəti üçün mümkün olduğu qədər eqoist və mərhəmətsiz olmalıdır. Davkinsin cəhalətinin məhsulu olan bu nəzəriyyəyə görə insanın sahib olduğu genlər eqoist olduğuna görə, insan da eqoistdir.

Halbuki eqoist gen iddiası məntiqsiz və absurddur. Davkins və digər bəzi təkamülçülər genləri sanki şüur və iradə sahibi varlıqlar olaraq izah edirlər. Halbuki genlər uzun DNT zəncirləridir. DNT isə fosfat və şəkər ilə bir-birinə bərkidilmiş uzun nukleotid turşu mərtəbələrindən ibarətdir. Yəni uzun molekullardır. Su (H2O) və ya H2SO4 (sulfat turşusu) molekul olduğu kimi, DNT də molekuldur. “Eqoist su”, “eqoist duz” və ya “qısqanc sulfat turşusu” anlayışı nə qədər mənasızdırsa, eqoist gen anlayışı da bu qədər mənasızdır.

Təkamülçülər insanı bir maddə yığını olaraq göstərməyə çalışır və bu maddə yığınının hər hansı bir hissəsini şüurlu olaraq təqdim etmək istəyirlər. Genlərin şüurlu olduğu iddiası isə təkamül nəzəriyyəsinin hal-hazırkı vəziyyətini dəyərləndirmək baxımından çox ibrətamizdir. Qədimdə taxtadan və ya daşdan hazırlanmış bütlərdə ağıl və şüur olduğunu zənn edən bütpərəstliyin yerini müasir dövrdə molekullarda və bu molekulları meydana gətirən cansız atomlarda ağıl və şüur olduğunu iddia edən darvinizm almışdır. Yəni darvinizm artıq nəzəriyyə funksiyasını yerinə yetirmir, çünki paqan dininə çevrilmişdir.

Dünyanın Ən Möhkəm Yapışqanı

Çaylarda, su hövzələrində və su kanallarında yaşayan Caulobacter crescentus adlı şirin su bakteriyası mövcud olduğu yerdə qalmaq üçün təbiətdəki ən möhkəm yapışqandan istifadə edir.

Bakteriyanın yapışmaq üçün ifraz etdiyi yapışqan maye ən möhkəm sənaye yapışqanlarından belə üç dəfə möhkəmdir.

Caulobacter crescentus adlı şirin su bakteriyası. Elm adamları müəyyən etdilər ki, bu bakteriyalardan birini yapışdığı yerdən qoparmaq üçün 1 mikronyutonluq güc tətbiq edilməlidir.

Bakteriyanın bu yapışma gücü bir qəpik böyüklüyündəki sikkənin üstünə üç və ya dörd avtomobil qoyulduqda əldə edilən təsirə bərabərdir. Daha təəccüblü olan isə bu yapışqanın nəm yerlərdə belə təsirli olmasıdır.1 davamı »

Bakteriyalar Danışır!

Bakteriyalar canlılar aləmində çox sürətlə çoxalan canlı qrupunu təşkil edirlər. Yeni formaya düşür və dəqiqələr ərzində sayları milyardlara çata bilir. Bu canlılar çoxalmaq üçün müxtəlif mexanizmlərdən istifadə edirlər. Düşmənlərini və ya qidalarını “görmək” üçün sonara bənzər sistemlərdən və ya danışma şarlarından istifadə etmələri bu mürəkkəb mexanizmlərdən ancaq bəzisidir.

Bakteriylar bitkilərdən və heyvanlardan fərqli olaraq sürətlə çoxalan və biokimyəvi təsirləri baxımından canlılar aləminin tarazlığını təmin etəkdə çox böyük əhəmiyyət daşıyan canlı qrupunu təşkil edirlər. Demək olar ki, hər yerdə yaşaya bilirlər, ona görə də sayları hər hansı bir orqanizm növündən daha çoxdur. Bu səbəbdən bu canlılar dünyanın ən çoxsaylı canlıları hesab edilirlər. İnsan həyatına çox şəkildə təsir edən bakteriyalar olduqca təkmilləşmiş rabitə sistemlərindən istifadə edərək bir-birlərilə əlaqə qururlar. davamı »