İnstinktlərin mənşəyi
“İnstinkt” sözü, təkamülçü elm adamları tərəfindən, heyvanların anadangəlmə sahib olduqları bəzi davranışları xarakterizə etmək üçün istifadə olunur. Ancaq heyvanların bu instinktləri necə əldə etdikləri, instinkt ilə edilən bir davranışın ilk olaraq necə ortaya çıxdığı və bu davranışların nəsildən-nəslə necə ötrüldüyü sualı həmişə cavabsız qalmışdır. Təkamülçü genetik Gordon Rattray Taylor, The Great Evolution Mystery adlı kitabında instiktlərlə əlaqədar bu çıxılmaz vəziyyəti belə etiraf edir:
İnstiktiv bir davranış ilk olaraq necə ortaya çıxır və bir növdə irsi olaraq necə yerləşir deyə soruşsaq, bu suala heç bir cavab tapa bilmərik.1
Təkamülçülərə görə, instinktlər canlıların genlərində proqramlanmış davranışlardır. Bu izaha əsasən, məsələn, bal arısı olduqca müntəzəm və riyaziyyat möcüzəsi olan altıbucaqlı pətəkləri instinktləri ilə inşa edir. Başqa sözlə, yer üzündəki bütün bal arılarının genlərində qüsursuz altıbucaqlı pətək inşa etmə instinkti proqramlanmışdır.
“Materializmin, elmi düşüncə olduğunu bundan sonra heç kəs iddia edə bilməz”.
Kainatdakı nizamı ən açıq şəkildə müşahidə etdiyimiz sahələrdən biri də, planetimizin yerləşdiyi Günəş sistemidir. Günəş sistemində yer kürəsindən başqa 8 ayrı planet və bu planetlərə aid 54 ayrı peyk var. Bu planetlər Günəşə olan məsafələrinə görə; Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Neptun, Urandır. Bu planetlərin və 54 peyklərinin içində həyata uyğun bir səth və atmosferə sahib olan yeganə göy cismi isə Dünyadır.
Yer kürəsinin yeri
XX əsr elmi, kainatın Allah tərəfindən yaradıldığını sübut edən açıq dəlillər ortaya qoymuşdur. “Antropik prinsip” (“anthropic principle”)məhfumu, kainatın hər bir incəliyinin canlıların yarana bilməsi üçün tənzimləndiyini və bu sistemdə təsadüfə yer olmadığını göstərir.
“Materializmin, elmi düşüncə olduğunu bundan sonra heç kəs iddia edə bilməz”.
Ağılasığmaz hüdudlarıyla insan ağılının qavramaqda çətinlik çəkdiyi kainat yarandığı ilk andan etibarən həssas tarazlıq və nizam daxilində qüsursuz şəkildə varlığını davam etdirir. Bu nəhəng kainatın necə yarandığı, hara getdiyi, nizam və tarazlığı təmin edən qanunların necə çalışdığı bütün dövrlərdə insanları maraqlandırıb, düşündürüb və elə indi də belədir. Elm adamları bununla bağlı saysız araşdırmalar aparıb, xeyli tezis və nəzəriyyələr irəli sürüblər. 