“Materializmin, elmi düşüncə olduğunu bundan sonra heç kəs iddia edə bilməz”.
(Tanınmış mütəfəkkir Artur Kestler (Arthur Koestler))(1).
İçində yaşadığımız ucsuz-bucaqsız kainat necə yarandı?
Bu kainatdakı tarazlıq, ahəng və nizam necə meydana gəldi?
Üzərində yaşadığımız dünya, yaşamağımız üçün, necə belə uyğun sığınacaq ola bildi? davamı »
“…Elə isə maddənin arxasında başqa bir şey olmalıdır, müəyyən yolla ona nəzarət edən bir şey. Eləcə də, bu, demək olar ki, bir Yaradıcının varlığının riyazi sübutudur”.
Günəşdən yayılan şüalar həyatı dəstəkləmək üçün xüsusi olaraq yaradılmışlar. Lakin bu mövzuda çox mühüm bir amil var: Bu şüalar Yer səthinə çata bilmək üçün, atmosferdən keçmək məcburiyyətindədirlər.
“Klassik olaraq, “böyük partlayış” (Big Bang) nəzəriyyəsi, kainatın bütün parçalarının birdən genişlənməyə başladığını qəbul edir. Lakin kainatın bütün parçaları necə eyni anda genişlənməyə başlaya bilər? Əmri verən kimdir?”
1920-ci illər, müasir astronomiyanın inkişafı baxımından çox mühüm illər idi. 1922-ci ildə rus fiziki Aleksandr Fridman, Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə görə kainatın sabit olmadığını və ən kiçik bir qarşılıqlı təsirin kainatın genişlənməsinə və ya daralmasına səbəb olacağını müəyyənləşdirdi. Fridmanın gətirdiyi çıxış yolunun əhəmiyyətini ilk görən insan isə, Belçikalı astronom Corc Lemetr (Georges Lemaître) oldu. 