Canlıların orqanizmi ilə bağlı hər cür informasiya hüceyrələrindəki DNT adlanan molekullarda şifrlənmişdir. DNT molekulları hər hüceyrənin nüvəsində yerləşən böyük molekullardır. Nukleotid adlanan və 4 fərqli növü olan yüz minlərlə kiçik molekulların canlıya aid xüsusi ardıcıllıqla düzülməsi ilə canlının DNT-si əmələ gəlir. Hər canlının DNT molekulunda onun xarakteristik xüsusiyyətləri ilə bağlı informasiyalar şifrlənir. Bu, insanlarda da belədir. İnsanın digər canlılardan fərqli olması kimi, hər insanın digərindən fərqli olması da DNT-sindəki xüsusi düzülüşdən qaynaqlanır. DNT-ni təşkil edən nukleotidləri əlifbadakı hərflərə bənzətmək olar. Dörd nukleotid olduğuna görə, DNT molekulu bir növ dörd hərfdən ibarət əlifba ilə yazılmış böyük ensiklopediyadır.
DNT-dəki hərflərin ardıcıllığı insanın quruluşunu ən incə təfərrüatına qədər müəyyən edir. Boy, göz, saç, dəri rəngi kimi xüsusiyyətlərlə yanaşı, bədəndəki 206 sümüyün, 600 əzələnin, 10.000 eşitmə siniri şəbəkəsinin, 2 milyon optik sinir şəbəkəsinin, 100 milyard sinir hüceyrəsinin və 100 trilyon hüceyrənin planı bir hüceyrənin DNT-sində mövcuddur. Əgər DNT-dəki genetik məlumatı kağıza köçürsək, təxminən hər biri 500 səhifəlik 900 cilddən ibarət nəhəng kitabxana əmələ gələr. Ancaq bu ağlasığmaz həcmdəki informasiya mikroskopik ölçüdəki hüceyrənin nüvəsində yerləşən DNT-də şifrlənmişdir. davamı »
DENİSOVAN İNSANI NECƏ QURAŞDIRILDI?
Dövri cədvəldə altıncı yerdə yerləşən karbon, qırmızı nəhəng adlandırılan böyük ulduzlarda hədsiz fövqəladə proses nəticəsində əmələ gəlir. Karbonun bu qədər fövqəladə şəkildə əmələ gəlməsini kəşf edən Fred Hoylun (Fred Hoyle); “fizika qanunları, ulduzlarda yaratdıqları nəticələrə baxılsa, şüurlu şəkildə nizamlanıblar” dediyinə də şahid olmuşduq.(1)






