Yaradılış həqiqətinə edilən etirazlar və əsassızlığı
Buraya qədər araşdırdığımız kimi, böyük partlayışın kainatın yoxdan yaradıldığı mənasını verdiyi, yəni yaradılışı sübut etdiyi açıqdır. Bundan ötrü də, materialist fəlsəfəni mənimsəmiş astronom və fiziklər, bu həqiqətə qarşı çıxa bilmək üçün, bəzi alternativ izahlar gətirməyə çalışıblar. Bunlardan biri olan “stasionar kainat” nəzəriyyəsinə əvvəlki səhifələrdə toxunmuş və bu nəzəriyyənin əslində “kainatın yaradılması fikrindən fəlsəfi olaraq narahat olan” bəzi elm adamlarının ümidsiz səyi olduğunu ifadə etmişdik.
Materialistlərin gətirməyə çalışdıqları digər iki alternativ cavabsa, böyük partlayışı qəbul edən, lakin bunu yaradılış həqiqətindən başqa yolla izah etməyə çalışan modeldir. davamı »
Ağılasığmaz hüdudlarıyla insan ağılının qavramaqda çətinlik çəkdiyi kainat yarandığı ilk andan etibarən həssas tarazlıq və nizam daxilində qüsursuz şəkildə varlığını davam etdirir. Bu nəhəng kainatın necə yarandığı, hara getdiyi, nizam və tarazlığı təmin edən qanunların necə çalışdığı bütün dövrlərdə insanları maraqlandırıb, düşündürüb və elə indi də belədir. Elm adamları bununla bağlı saysız araşdırmalar aparıb, xeyli tezis və nəzəriyyələr irəli sürüblər.
XX əsrə daxil olanda astronomiya sahəsində çox böyük yeniliklər baş vermişdi. Öncə 1922-ci ildə rus fiziki Aleksandr Fridman kainatın sabit quruluşa sahib olmadığını aşkarladı. Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə əsaslanan Fridman hesabladı ki, ən kiçik bir təsirin kainatın genişlənməsinə, yaxud büzülməsinə səbəb ola bilər. Fridmanın hesablamalarının əhəmiyyətini dərk edən ilk şəxs isə Belçikanın ən tanınmış astronomlarından Corc Lemetr oldu.
Kainatın böyük bir partlayış nəticəsində yaranmağa başlaması həqiqəti təsdiq olunandan sonra astrofiziklər bu istiqamətdə araşdırmalarını sürətləndirdilər. Corc Qamova görə, əgər kainat böyük partlayış ilə əmələ gəlibsə, onda kainatda bu partlayışdan qalan müəyyən miqdarda radiasiya olmalı və bu radiasiya kainatın hər tərəfinə bərabər paylanmalı idi. Bu fərziyyənin yayıldığı illərdə bütün elmi tapıntılar böyük partlayışı təsdiqləyəcək şəkildə ard-arda sıralanırdı. 