“…Elə isə maddənin arxasında başqa bir şey olmalıdır, müəyyən yolla ona nəzarət edən bir şey. Eləcə də, bu, demək olar ki, bir Yaradıcının varlığının riyazi sübutudur”.
(Amerikalı elmi yazıçı Quy Murçie (Guy Murchie))(1)
1054-cü ilin 4 iyul gecəsi, Çin imperiyasının astronomları, səmada çox diqqətçəkici bir hadisənin baş verdiyini müşahidə etdilər. davamı »
Yer kürəsinin yeri
Yer kürəsi, indiyə qədər araşdırdığımız kimi, həm həyat üçün lazımi temperatura, həm lazımi kütləyə, həm də həyatı qoruyub saxlayan xüsusi qalxanlara malikdir. Lakin bu şərtlər Yer üzündə həyatın mövcud olması üçün, kifayət etmir. Çox mühüm olan digər bir şərt, atmosferin quruluşudur.
Günəşdən yayılan şüalar həyatı dəstəkləmək üçün xüsusi olaraq yaradılmışlar. Lakin bu mövzuda çox mühüm bir amil var: Bu şüalar Yer səthinə çata bilmək üçün, atmosferdən keçmək məcburiyyətindədirlər. 