“…Elə isə maddənin arxasında başqa bir şey olmalıdır, müəyyən yolla ona nəzarət edən bir şey. Eləcə də, bu, demək olar ki, bir Yaradıcının varlığının riyazi sübutudur”.
(Amerikalı elmi yazıçı Quy Murçie (Guy Murchie))(1)
1054-cü ilin 4 iyul gecəsi, Çin imperiyasının astronomları, səmada çox diqqətçəkici bir hadisənin baş verdiyini müşahidə etdilər. davamı »
XX əsrə daxil olanda astronomiya sahəsində çox böyük yeniliklər baş vermişdi. Öncə 1922-ci ildə rus fiziki Aleksandr Fridman kainatın sabit quruluşa sahib olmadığını aşkarladı. Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə əsaslanan Fridman hesabladı ki, ən kiçik bir təsirin kainatın genişlənməsinə, yaxud büzülməsinə səbəb ola bilər. Fridmanın hesablamalarının əhəmiyyətini dərk edən ilk şəxs isə Belçikanın ən tanınmış astronomlarından Corc Lemetr oldu. 